Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Azərbaycanın Avropaya yeni siyasi məntiqi təklifi

Azərbaycanın Avropaya yeni siyasi məntiqi təklifi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Çağdaş dünyanın siyasi xəritəsi həm sərhədlərlə, həm də münasibətlər sistemi ilə və daha da dərin qatlarda – sivilizasiya səviyyəli davranış kodları ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər cari diplomatik mövqedən daha üstün – yeni bir geosiyasi düşüncə modelinin konturlarını ortaya qoyur.

Bəli, sülh praktik mexanizmdir və o, deklarasiya sayıla bilməz.

Azərbaycan – Ermənistan münasibətlərində son dönəmdə müşahidə olunan dinamika, klassik diplomatik ritorikanın hüdudlarını aşaraq praktik sülh mexanizminə çevrilməkdədir. Sülhün sənədlərlə birgə, logistik və iqtisadi axınlarda ifadə olunması bunu təsdiqləyir. Azərbaycan ərazisi üzərindən Ermənistana minlərlə ton yükün çatdırılması, eyni zamanda neft məhsullarının ixracına başlanması sülhün artıq gerçək iqtisadi davranışa transformasiyasını göstərir. Bəli, bu, klassik anlamda “savaşsonrası mərhələ” olmaqdan daha irəli – qarşıdurmadan sonrakı mədəniyyətinin başlanğıcıdır. Bəli, bəli, mədəniyyətin!..

Belə addımlar qarşılıqlı güvənin institusional əsasını yaradır, regional kommunikasiya xəritəsini yenidən qurur və ən əsası, sülhü “məcburi pauza”dan “şüurlu seçim”ə çevirir.

Biz bu məqamda tarazlıq siyasətinin Bakı modelinə keçid edə bilərik.

Azərbaycanın irəli sürdüyü və qəbul olunmuş təşəbbüs – “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Bakıda keçirilməsi – tarazlıq prinsipinin siyasi institusionallaşmasıdır. Yəni söhbətin sadəcə diplomatik jestdən getmədiyi hər kəsə aydındır. Ermənistanda keçirilən sammitə dəstək verilməsi və paralel olaraq Azərbaycanın ev ыaршиliyi təklifinin qəbul olunması regiona yeni anlayış gətirir. Bəli, sülh kompromis olmaqdan irəli – qarşılıqlı legitimlikdir. Bu, keçmiş Sovet məkanında nadir rast gəlinən yanaşmadır. Burada artıq “qalib-məğlub” dili işlək sayılmır və necə deyərlər, “bərabər iştirakçı” dili formalaşır.

Avropa ilə dialoq isə bizi işbirliyi və ziddiyyətin dialektikasına toxunmağa çağırır. Azərbaycanın Avropa strukturları ilə münasibətlərində diqqət çəkən məqam iki xəttin paralel mövcudluğudur: bir tərəfdə – Avropa Komissiyası ilə konstruktiv işbirliyi, digər tərəfdə isə – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə ciddi fikir ayrılıqları vardır…

Bu təzad Avropanın öz içində mövcud olan normativ parçalanmanın xarici siyasətdə əksidir. Azərbaycan Respublikasının irəli sürdüyü əsas tezis – “ikili standartların qəbuledilməzliyi” – milli maraq mövqeyi olmaqdan başqa, həm də daha geniş miqyasda beynəlxalq hüququn universallığına çağırışdır. Əgər ərazi bütövlüyü prinsipi ayrıcalıqlı (selektiv) tətbiq olunursa, o zaman bu prinsip artıq hüquqi norma olmaqdan enir, konkret siyasi alətə çevrilir… Onda belə çıxır, biz narrativ savaşa – informasiya məkanında qarşıdurmaya fokuslanmalıyıq.

Budur, günümüzdə qarşıdurma fiziki məkanlarla yanaşı, informasiya sahəsində də davam edir. Son illərdə Avropa Parlamenti tərəfindən qəbul edilən çoxsaylı qətnamələr və onların ritorikası bunu açıq-aydın göstərmirmi? Bu durumda Azərbaycan öz suverenliyini bərpa edən aktor, regional sabitlik yaradan mərkəz və habelə, narrativ hücumlara məruz qalan subyekt kimi çıxış edir. Bu isə yeni bir gerçəklik yaradır: geosiyasət artıq həm də semantika savaşına çevrilib… – Yəni, sözlərin, anlayışların və anlamların üzərində gedən savaşa… Örnək verək: biz haqlı olaraq, “antiterror əməliyyatı” deyirik, Avropalı “barış biliciləri” – “sülhşünaslar” dönüb-dönüb “hücum” deyəcəklər… Hərçənd erməni hökuməti İrəvanda da, İrəvandan qıraqda da heç bu mövzuya yaxınlaşmaq istəmirlər – düz də edirlər – savaşöncəsinə qayıdıb-qayıdıb, barışı necə təmin edəcəksən? – Axı “Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır”…

Sülhə sədaqət strateji seçim olmalıdır. Ən önəmli məqam isə budur ki, bütün təzyiqlərə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur. Bu, gücün daha yüksək formasıdır. Çünki savaşı qazanmaq bir mərhələdirsə, sülhü qurmaq və onu davam etdirmək sivilizasiya mərhələsi – daha doğrusu, sivilizasion mərhələdir. Əgər sivilizasiya mərhələsi zamanın bölgüsüdürsə, sivilizasion mərhələ məzmunun dəyişməsidir.

Beləliklə, yeni siyasi fəlsəfə yaranır…

Budur, Bakı ilə Brüssel arasında münasibətlər yalnız diplomatik çərçivədə incələnə bilməz; burada daha dərin proses gedir. Yəni: milli maraq ilə qlobal norma arasında balans axtarışı, regional liderlik ilə beynəlxalq legitimlik arasında körpü quruculuğu və ən əsası, savaşsonrası dönəmin yeni fəlsəfəsinin formalaşmasından danışırıq... Azərbaycan bu prosesdə artıq yalnız iştirakçı kimi çıxış etmir və oyunun qaydalarını təklif edən aktora çevrilir.

Ona görə, indi “Avropa Azərbaycanı necə qəbul edir?“ sualını “Azərbaycan Avropaya hansı yeni siyasi məntiqi təklif edir?” şəklində dəyişdirməkdə haqlıyıq.

Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 May 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see439

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see332

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see331

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see310

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see288

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see287

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see277

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see258

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see242

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see235

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see219

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see218

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see209

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see203

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see202

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see194

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see190

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri