Icma.az
close
up
RU
Azərbaycanın Avropaya inteqrasiya xətti... Deputat

Azərbaycanın Avropaya inteqrasiya xətti... Deputat

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq modelinə çevrildiyini bir daha nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Onun fikrincə, Prezidentlərin mətbuata bəyanatları göstərdi ki, tərəflər münasibətləri sadəcə diplomatik etiketi qorumaq üçün deyil, real geosiyasi maraqların uzlaşdığı, qarşılıqlı etimadın maksimum səviyyədə formalaşdığı bir müstəvidə inkişaf etdirirlər:

“Cənab Prezident İlham Əliyevin “Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır” fikri təsadüfi bəyanat deyil, son illərdə imzalanan sənədlərin və həyata keçirilən layihələrin məntiqi nəticəsidir. Xüsusilə ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri yalnız siyasi deyil, iqtisadi, enerji və təhlükəsizlik müstəvilərində də ən yüksək səviyyəyə qaldırdı. Cənab Prezidentin vurğuladığı kimi, bu sənəddən sonra əməkdaşlığın bütün istiqamətlərində dinamika kəskin şəkildə artdı və bu gün tərəflər sözdə deyil, əməldə strateji tərəfdaşlıq nümayiş etdirirlər. Bu, həm Azərbaycanın Avropaya inteqrasiya xəttinə, həm də Slovakiyanın Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş axtarışına tam uyğun gəlir”.

Fikirlərini davam etdirən millət vəkili daha sonra bildirib ki, Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlər qarşılıqlı siyasi iradənin təkcə Bakıda deyil, eyni zamanda, Bratislavada da prioritet səviyyədə olduğunu nümayiş etdirdi:

“Prezident Pelleqrininin “Slovakiya Azərbaycanı regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir” sözləri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu kontekstdə cənab Prezident İlham Əliyevin enerji təhlükəsizliyi haqqında verdiyi bəyanat xüsusi əhəmiyyət daşıyır: Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatması, həmçinin boru kəmərləri ilə qaz ixracında birinci yerə çıxması artıq ölkəmizin qlobal enerji xəritəsində aparıcı oyunçuya çevrildiyini sübut edir. Yeni yataqların işə düşməsi ilə Slovakiyaya və onun qonşularına qaz tədarükünün artırılması perspektivi Azərbaycanın Avropa üçün yalnız bu günün deyil, həm də yaxın onilliklərin etibarlı enerji tərəfdaşı olaraq qalacağını göstərir. Bu səfər bir daha sübut etdi ki, Bakı–Bratislava xətti təkcə siyasi dialoq deyil, Avropanın enerji təhlükəsizliyinə və regional sabitliyə real töhfə verən strateji xəttdir və Azərbaycan bu əməkdaşlığın mərkəzində duran əsas aparıcı qüvvədir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri