Azərbaycanın Batumidəki Baş konsulluğu Acarıstanda aztəminatlı ailələrə yardım edib FOTOLAR
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Respublikasının Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə Acarıstan Muxtar Respublikasının Xulo rayonunda Müqəddəs Ramazan bayramı ilə əlaqədar aztəminatlı ailələrə yardım edib. SİA xəbər verir ki, bu məqsədlə təşkil olunan tədbirdə Xulo rayon meriyasının və Bələdiyyə Şurasının rəhbərliyi, Azərbaycan və Gürcüstanın ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş konsul Fuad Əzizov Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyini, dövlətimiz tərəfindən xaricdə yaşayan soydaşlarımıza da diqqət və qayğı göstərildiyini bildirib.
Diplomat xeyriyyə mərasimini Azərbaycan ilə Gürcüstan arasında yüksələn xətlə inkişaf edən dostluq və əməkdaşlığın daha bir təzahürü kimi dəyərləndirib.
Xulo rayon rəhbərliyi Azərbaycan Dövləti tərəfindən göstərilən yardıma görə rayon camaatı adından minnətdarlığını bildirib.
Baş konsulluğun kollektivi 60 aztəminatlı ailəyə bayram sovqatı paylayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Mart 2025 05:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















