Deputatdan aztəminatlı ailələrə bayram dəstəyi FOTOLAR
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Mahir Süleymanlının təşəbbüsü ilə qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə Şabran və Xaçmaz rayonlarında yaşayan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət bayram sovqatları paylanılıb.
Deputatın qərargahından Modern.az-a bildirilib ki, təşəbbüs çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələr ziyarət olunub, onlara dövlət qayğısının bir nümunəsi olaraq dəstək göstərilib.
Bayram sovqatlarının paylanması zamanı vətəndaşlarla səmimi görüşlər keçirilib. Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və deputata dərin minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 29 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















