Icma.az
close
up
RU
Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb AZƏRTAC

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tbilisi, 27 dekabr, AZƏRTAC

Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının (MR) Ali Şurasının sədri David Qabaidze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ali Şuranın sədri “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığını ifadə edib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Baş konsul bu ağır gündə dərdimizə şərik olduğuna görə qarşı tərəfə minnətdarlığını bildirib, həmçinin baş konsulluğun inzibati binasında hadisə ilə əlaqədar başsağlığı kitabının açıldığını qeyd edib.

Söhbət zamanı müxtəlif sahələr üzrə münasibətlərin inkişafı fonunda parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. F.Əzizov deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqli dövlət kimi daim bir-birinin yanındadır. Dövlət və hökumət başçılarımızın dostluğu ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır.

Naxçıvan və Batumi şəhərlərinin qardaşlaşmış şəhər olmasından məmnunluqla söhbət açılıb. Ali Şuranın sədri Batumi Şota Rustaveli Dövlət Universitetinində Naxçıvanın və Heydər Əliyevin adları verilmiş otaqların fəaliyyət göstərdiyini qeyd edib. Gələcəkdə iki şəhər arasında dostluq və qardaşlıq əlaqələrin daha da inkişaf etdirilməsinin və bu baxımdan qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.

Görüşdə 2025-ci ildə ölkələrimiz arasında iqtisadiyyat, logistika, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verilib. Batumi şəhərində il ərzində biznes-forum və sərgilərin keçirilməsinin mümkünlüyü bildirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri