Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bakıda 28 istiqamətdə sıxlıq var

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Azərbaycanın beynəlxalq arenada çəkisi gündən günə artır ŞƏRH

Azərbaycanın beynəlxalq arenada çəkisi gündən günə artır ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətləri də bu prinsip əsasında inkişaf edir. Ölkəmizin qitənin enerji təhlükəsizliyində oynadığı həlledici rol və regionda yaratdığı yeni geosiyasi reallıqlar Bakını Brüssel üçün əvəzolunmaz tərəfdaşa çevirib. Bu kontekstdə, martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında yeni və strateji bir səhifənin açıldığını deməyə əsas verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

O bildirib ki, bu səfər, sadəcə, diplomatik bir protokol deyil, həm də Avropanın Azərbaycana olan etimadının növbəti nümayişidir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıq yaradıb. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq mümkün deyil. Buna görə də müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır. Təbii ki, ötən illər ərazində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradıb. Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqları düşməndən təmizləyib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.

“Aİ Şurasının Prezidentinin Bakıya gəlişi də regionda davamlı sülhün bərqərar olması prosesinə dəstək xarakteri daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həyata keçirdiyi quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar Brüssel tərəfindən yüksək qiymətləndirilir. Koştanın bu səfəri Aİ-nin regionda sabitliyin qorunmasında Azərbaycanın liderlik rolunu qəbul etdiyinin bariz nümunəsi kimi ölkəmizin Cənubi Qafqazda sabitlik faktoru kimi artan nüfuzunun göstəricisidir.

Səfər çərçivəsində keçirilən görüşlər göstərdi ki, Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı qaz tədarükçüsü kimi deyil, həm də yaşıl enerji keçidində mühüm tərəfdaş kimi görür. Dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi fikirlər də ölkəmizin bu sahədəki qlobal liderliyini və strateji vizyonunu açıq şəkildə ortaya qoyur", - deyə A.Məmmədov qeyd edib.

Azərbaycanın Avropanın enerji xəritəsindəki yerinin əhəmiyyətini vurğulayan deputat bildirib ki, 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında sənəd bu əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Bu gün Azərbaycan qazı həm həcm, həm də coğrafi əhatə dairəsi baxımından rekord göstəricilərə imza atır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, artıq Avropa İttifaqının 10 üzvü, ümumilikdə isə 16 ölkə Azərbaycan qazını qəbul edir. Bu fakt Azərbaycanı dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli ölkə statusuna yüksəldib.

Onun sözlərinə görə, bu səfər nəinki iqtisadi dividendlər, həm də siyasi baxımdan mühüm mesajlar daşıyır. Azərbaycanın təqdim etdiyi logistik imkanlar, xüsusən “Orta Dəhliz” layihəsi Avropa üçün iqtisadi təhlükəsizlik deməkdir. Səfərin ən mühüm siyasi tərəflərindən biri regionda yaranmış dinc şərait və sülh quruculuğu prosesidir. Sülh sazişinin paraflanması “Orta Dəhliz”in potensialını artırmaqla bərabər, ikitərəfli ticarət əlaqələrinin də bərpasına geniş yol açır.

"Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixinin ən dinc dövrü yaşanır və sülhün qalıcı olması üçün ölkəmiz tərəfindən güclü siyasi iradə nümayiş etdirilir. Artıq Azərbaycan ərazisindən Ermənistana gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin də aradan qaldırılması ölkəmizin sülhpərvər və konstruktiv mövqeyinin növbəti təzahürüdür. Bu addım regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi yolunda atılan strateji addımdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq arenada çəkisini hər gün daha da artırır. Antonio Koştanın səfəri bir daha göstərdi ki, Bakı və Brüssel arasında qurulan körpülər sarsılmazdır. Bu əməkdaşlıq təkcə Azərbaycanın deyil, bütövlükdə böyük bir coğrafiyanın enerji təhlükəsizliyinə, iqtisadi inkişafına və sülh içində gələcəyinə xidmət edir", - deyən Anar Məmmədov fikirlərini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see738

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see591

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see305

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see302

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see294

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see293

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see281

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see271

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see256

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see254

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see251

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see248

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see248

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see246

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see244

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see228

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see222

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see214

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see209

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri