Icma.az
close
up
RU
Azərbaycanın beynəlxalq çəkisi artır Zəfərin siyasi nəticələri

Azərbaycanın beynəlxalq çəkisi artır Zəfərin siyasi nəticələri

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin hər bir müsahibəsi mühüm çağırışlarla zəngindir. Bu baxımdan “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi hazırda ölkə və dünya mətbuatında geniş işıqlandırılır. Dövlət başçısı İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə dünya və regional gündəmə də toxundu. Dövlət başçısının çıxışı həm regional təhlükəsizlik məsələlərinin, həm də qlobal əməkdaşlığın dərin təhlili ilə yadda qaldı. Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar prinsipial mövqedə olduğunu bildirərək vurğuladı ki, Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın mövqelərinə əsaslanır. Bu bir reallıqdır ki, Vaşinqton anlaşması 44 günlük müharibədən sonra Azərbaycanın təşəbbüsü ilə başlanan sülh danışıqlarının məhz ölkəmizin maraqlarına uyğun şəkildə məntiqi sonluğa çatdırılması idi. İmzalanmmış Birgə Bəyannamədə isə Azərbaycanın bütün tələbləri təsbit edilib. Bununla Azərbaycan və Ermənistan ATƏT-in baş katibinə de-fakto mövcud olmayan Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciət ünvanlayıb. Bununla da 30 ildə heç bir müsbət fəaliyyəti ilə xarakterizə olunmayan Minsk Qrupu tarixin arxivinə göndərildi. Qarabağ münaqişəsinin həllindən sonra belə bir qurumun mövcudluğuna ehtiyac yoxdur. Minsk qrupunun 28 illik fəaliyyətsizliyini Azərbaycan ən yüksək tribunalardan bəyan edib. ATƏT-in Minsk qrupuna həmsədr ölkələr vasitəçilikdən çox, Ermənistana dəstəkləri ilə diqqətdə oldular.

Cənab İlham Əliyev müsahibədə bir daha diqqəti Vaşinqtonda əldə olunan tarixi sülh razılaşmasına yönəldərək bildirdi ki, avqustun 8-də ABŞ-da baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm də daha geniş mənada Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açır.

Cənab İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, 30 illik işğal dövrünün reallıqları diqqətə çatdırılmasın. Ermənistanın əsassız torpaq iddiası artıq tarixə qovuşan Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdu.

Prezident İlham Əliyev müsahibədə Vaşinqtonda əldə olunan digər tarixi razılaşmadan - Zəngəzur dəhlizinin açılmasına xüsusi diqqət göstərdi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Prezident Donald Tramp və onun komandası sülh prosesinə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır. Yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir. Yalnız Ermənistanın verdiyi zəmanətlər kifayət deyil. Tramp administrasiyası bu qanuni narahatlığı doğru şəkildə qəbul etdi və bunun nəticəsində TRIPP ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") meydana gəldi. Cənab İlham Əliyev  bu layihənin çox yaxın zamanda reallaşacağına əminliyini ifadə etdi.  O da vurğulandı ki, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir. Əgər biz tikməli olsaq, bir il ərzində tamamlayardıq. Ermənistan üçün isə bəlkə də daha bir neçə il lazım olacaq, çünki dəmir yolu tikintisi sahəsində bizim təcrübəmiz daha çoxdur”.

Dövlət başçısının sözügedən müsahibəsində Azərbaycanın xarici siyasət uğurları, əlaqələrin inkişafında əsas faktorlardan biri olan enerji sektorunda qazandığı nailiyyətlər, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə olaraq müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirməsi, türk dünyasının birliyinə çağırışlarını atdığı addımları ilə təsdiq etməsi geniş şərh edilir.

İlham Əliyev sözügedən müsahibəsi ilə bir daha Azərbaycanın Cənubi Qafqazda aparıcı lider dövlət, dünya siyasətində söz sahibi kimi qətiyyətli mövqeyini, strateji hədəflərini açıqladı. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinə böyük önəm verilir.

Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalına dövlət başçımızın müsahibəsi regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir.  

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri