Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Azərbaycanın beynəlxalq əlaqələri inkişaf edir

Azərbaycanın beynəlxalq əlaqələri inkişaf edir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli möhtəşəm tədbirlərdə iştirak edib. Onlardan biri də Davos İqtisad Forumudur. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında olduqca vacib əhəmiyyətli müzakirələr aparılıb.
Xatırladaq ki, Azərbaycan Davos Forumunda ilk dəfə 27-31 yanvar 1995-ci il tarixində tiştirak edib.
Azərbaycanın forumda ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və ümummilli lider Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Heydər Əliyev ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.‎ O, bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".
Prezident Heydər Əliyev 27-30 mart 2000-ci ildə Davosda "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda sessiyada iştirak edib. Səfər çərçivəsində Heydər Əliyev Dünya İqtisadi Forumunun prezidenti Klaus Şvab ilə görüş keçirib. Klaus Şvab dünyanın bütün ölkələrinin Qafqaza böyük maraq göstərdiyini bildirib, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə dair imzalanmış sazişi Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasının əyani nümunəsi kimi dəyərləndirib. Heydər Əliyev DİF ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açacağını bildirib. Eyni zamanda Heydər Əliyev İsveçrə Prezidenti A.Oqi və maliyyə departamentinin rəhbəri (Maliyyə Naziri) K.Villiqerlə görüşüb, digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.
Beynəlxalq forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda keçirilib. Bu forumda 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ‎hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. Forumda Azərbaycan Prezidenti Heydər Əliyev də iştirak edib və öz çıxışında sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində baş vermiş terror aktından son dərəcə narahatlıq duyduğunu bildirib. Dövlət başçısı bütün dünya dövlətlərinin səylərini beynəlxalq terrorizmlə birgə mübarizə üçün birləşdirməyin vacibliyini bildirib. Heydər Əliyev Beynəlxalq terrorizmin qaynaqlarından birinin separatizm olduğunu bildirərək bunu Dağlıq Qarabağın timsalında izah edib: "... Bu ərazidə münaqişə məhz separatçılıq niyyətinə görə başlanmış, sonra Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilmiş və nəticədə Azərbaycan ərazisinin təxminən 16 min kvadrat kilometr hissəsi nəzarətsiz sahəyə çevrilmişdir, daha dəqiq desək, qanunsuz silahlı qüvvələrin nəzarətində qalmışdır. Bu əraziyə dünya birliyi, heç bir beynəlxalq təşkilat nəzarət etmir. Təbii ki, orada çoxlu silah toplanmışdır, orada narkotik maddələrin qanunsuz dövriyyəsi də ola bilər. Deməli, bu, münaqişə törətmək mənbəyidir, terrorizm mənbəyidir..."
Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib.
Azərbaycan beynəlxalq aləmdə özünün mövqeyi var. Azərbaycan öz mövqeyini həm bölgədə, həm beynəlxalq aləmdə bildirir. Atılan addımlar Azərbaycan xalqının rifahına xidmət edir. Uğurlu perspektivlər üçün dövlətimzi daimi irəli addımlayr. Bu baxımdan Azərbaycanın gələcək inkişafı və fəaliyyətinin daha da uğurlu olacağına mütləq əminliyimiz var.
Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov "Xalq Cəbhəsi"nə deyib ki, Azərbaycan öz bütün əhdlərinə sadiq olan bir ölkədir. Və ölkəmizin beynəlxalq əməkdaşlıq məsələsi xüsus olaraq burada qeyd olunmalıdır. Məhz bunun sayəsində Azərbaycan artıq dünyanın diqqətindədir. Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibədə bildirib ki, Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur: “Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Azərbaycan güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurdu. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.
Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, namizədliyimizi təqribən 200 ölkə və beynəlxalq təşkilat yekdilliklə dəstəklədi.
Bundan əvvəl 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir”.
Cənab Prezidentin bu fikirlərinə Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda strateji bir mövqeyə malik olduğu bir daha aydın şərh olunub. Bu ölkə, enerji resursları, ticarət yolları və coğrafi mövqeyi ilə önə çıxır. Eyni zamanda, Azərbaycanın siyasi və iqtisadi əlaqələri, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində də əhəmiyyətli rol oynayır. Xəzər dənizinin sahilində olması, enerji resurslarının ixracı üçün mühüm dəhlizlər təmin edir, bu da onun regional və beynəlxalq əhəmiyyətini artırır: “Azərbaycan, Asiya ilə Avropa arasında bir körpü rolunu oynayır. Bu, ticarət və nəqliyyat marşrutlarının inkişafı üçün əlverişli şərait yaradır. Ölkəmiz Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarına malikdir. Bu resurslar, regionda enerji təhlükəsizliyinin təmin edilməsi və Avropaya enerji tədarükü üçün əhəmiyyətlidir. Azərbaycanın strateji mövqeyi, regiondakı münaqişələrin azaldılmasına və əməkdaşlığın inkişafına töhfə verə bilər. Ölkə, müxtəlif regional və beynəlxalq təşkilatlarda aktiv iştirak edərək, sabitliyin təmin olunmasına çalışır. Azərbaycanın ərazisi, İpək Yolu kimi tarixi ticarət yollarının modern versiyalarının keçdiyi yerdir. Bu, iqtisadiyyatın diversifikasiyası və beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi üçün imkanlar yaradır. Azərbaycanın geosiyasi mövqeyi, NATO və digər beynəlxalq təhlükəsizlik təşkilatları ilə əməkdaşlığı artırır, bu da regionda hərbi balansı qorumağa kömək edir. Bu amillər Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionundakı etibarlı mövqeyinin əhəmiyyətini artırır”.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvülüyü məsələsinə də toxunub: “Ümumdünya Ticarət Təşkilatına daxil olmaq böyük bir prosesdir. Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, baxmayaraq, uzun illərdir, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindədir. Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf proteksionizm, ikili standartlar, tariflərdir - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Bu ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir.
Buna görə də danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Narahat edən məqamlardan biri indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək ixracın əsas hissəsi qazıntı enerji növləridir. Bunun üçün Ümumdünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil. Ölkə əmtəələrini bazarda satır.
Beləliklə, bazarlarını bütün dünyaya açmaqla Ümumdünya Ticarət Təşkilatına üzv ölkələr rəqabəti artıracaq. Lakin, eyni zamanda, onlar yerli istehsalçıların maraqlarına ziyan vura bilərlər. Beləliklə, bu prosesi balanslaşdırırıq və gələcək danışıqlar prosesində maksimum müsbət şərtləri əldə etməyə çalışırıq. Artıq Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Malik olduqlarımızı itirmək istəmirik. Lakin, eyni zamanda, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz, - istər ikitərəfli əlaqələr istiqamətində ölkələrlə danışıqlar prosesində, istərsə də ümumilikdə təşkilatla bağlı, - qəbul olunarsa, hesab edirəm ki, proses daha da rəvan gedər”.
Qeyd olunduğu kimi, ölkəmiz bu təşkilata daxil olmaq üçün danışıqlar aparır. ÜTT-yə üzvlük, ölkələrin ticarət siyasətlərini beynəlxalq standartlara uyğunlaşdırmasını və ticarət mühitini daha da açıq etməsini tələb edir. Bu proses bir neçə il davam edə bilər, çünki müxtəlif iqtisadi və hüquqi tələblərə cavab vermək lazımdır.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması əhəmiyyətlidir. Çünki ÜTT üzvlüyü, ölkənin beynəlxalq ticarət sistemində iştirakını artırır, digər ölkələrlə ticarət əlaqələrinin genişlənməsinə imkan yaradır. Bu təşkilata üzv olmaq, xarici investorlar üçün daha etibarlı mühit yaradır. Bu, Azərbaycanın iqtisadiyyatına yeni investisiyaların cəlb edilməsinə kömək edə bilər. ÜTT, üzv ölkələr arasında ticarət müqavilələrinin bağlanmasını asanlaşdırır və bu da Azərbaycanın məhsullarının beynəlxalq bazarlara çıxışını artırır. Ticarət imkanlarının genişlənməsi, Azərbaycanın iqtisadiyyatının neftdən asılılığını azaltmağa və daha diversifikasiya olunmuş sektorlara yönəlməyə şərait yaradır. ÜTT-yə daxil olmaq, Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir və ölkənin beynəlxalq ticarət sistemindəki mövqeyini gücləndirir. Bütün bunlar Azərbaycanın iqtisadiyyatını gücləndirmək və beynəlxalq səviyyədə daha fəal rol oynamaq üçün vacibdir”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Fevral 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri