Azərbaycanın İtaliya ilə turizm əlaqələri inkişaf etdirilir FOTOLAR
Icma.az, Azvision saytına istinadən bildirir.
AzVision.az xəbər verir ki, Romada başlayan tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin birinci katibi Xaqani Hacıyev, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda (Vatikan) fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak ediblər.
Silsilə tədbirlərdə İtaliyadan olan media nümayəndələrin iştirakı ilə 80 turizm şirkəti və Azərbaycanın yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlər və şəbəkələşmə tədbirləri təşkil olunub. Həmçinin Azərbaycanın qonaqpərvərlik sahəsi, sağlamlıq turizmi layihələri, həmçinin mədəni turizm imkanları ilə bağlı təqdimat nümayiş etdirilib.
Tədbirdə azərbaycanlı pianoçu və bəstəkar İsfar Sarabski musiqi ifaları ilə çıxış edib.
İtaliyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti 28-30 sentyabr tarixlərində İtaliyanın Roma şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edib. Sammitdə iştirak edən yüksək səviyyəli spikerlər arasında İtaliyanın Baş naziri Giorgia Meloni, BMT-Turizmin Baş katibi Şeyxa Nasser Al Novais və aparıcı beynəlxalq turizm şirkətlərinin yüksək vəzifəli rəhbərləri yer alıb.
Qeyd edək ki, AZAL tərəfindən Milandan Bakıya hər gün, “WizzAir” hava yolları şirkəti tərəfindən isə Romadan Bakıya həftədə dörd dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanın beynəlxalq əlaqələri inkişaf edir
19 Fevral 2025 23:40
İtaliya Azərbaycan əlaqələri çox uğurla inkişaf edir
06 Oktyabr 2025 18:27
Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir FOTOLAR
07 May 2025 18:00
Azərbaycanın yüksələn xətlə inkişaf edən beynəlxalq əlaqələri
25 Aprel 2025 18:50
Azərbaycan İtaliya əlaqələri daha da möhkəmlənir
07 Oktyabr 2025 16:04
Baxış sayı:75
Bu xəbər 03 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları