Icma.az
close
up
RU
Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı

Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

İtaliya ilə ölkəmiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan İtaliya ilə yaxın tarixi dostluq əlaqələrinə malikdir. Rəsmi Roma sadiq və prinsipial dövlət kimi beynəlxalq tribunalardan həmişə Azərbaycanın haqlı mövqeyini, yürütdüyü qətiyyətli siyasəti daim dəstəkləyərək ədalətli dövlət prinsipiallığını ifadə edib. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirilməsində maraqlı olan Azərbaycan üçün İtaliya ilə münasibətlərin dərinləşməsi Avropaya inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, regionda lider dövlət olan Azərbaycanla əməkdaşlıq rəsmi Romanın regionun iqtisadi həyatında aktiv yer alması üçün də şərait yaradır. İki ölkə arasında Çoxtərəfli Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin coğrafiyasını artırmaqla və şaxələndirməklə Roma ilə Bakı arasında olan iqtisadi körpünü daha da möhkəmləndirib. Bunun nəticəsidir ki, Azərbaycan Qafqazda İtaliyanın ən yaxın strateji tərəfdaşına çevrilib.

Neft Fondunun 3 milyard dollara yaxın investisiyası

Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında çıxış edən komissiyanın Azərbaycan tərəfindən həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, hər iki ölkənin dövlət başçılarının və hökumət üzvlərinin qarşılıqlı səfərləri və imzalanan mühüm sazişlər ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Tərəflər arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası dayanmadan hər il artım nümayiş etdirib və iqtisadi münasibətlərin keyfiyyəti və strukturu genişlənib, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşına çevrilib. 2025-ci ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11,3 milyard dollar təşkil edib ki, Azərbaycanın toplam ticarət dövriyyəsinin 25 faizi bu dövlətin  payına düşür. Azərbaycanın ixracının isə 46,7 faizi İtaliyada cəmləşir. Eləcə də hər iki tərəf fəal investisiya mübadilələri qurub. İndiyədək Azərbaycan İtaliyaya 342 milyon dollar, qarşı tərəf isə ölkəmizə 805 milyon dollar məbləğində investisiya yatırıb.

Hazırda Azərbaycan Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir. Bu göstəricilərin artımını təmin etmək üçün sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması qarşıda duran zəruri məsələlərdən biri hesab edilir.

Neft ixracında birinci, qaz nəqlində ikinci

İtaliya ilə Azərbaycan arasında iqtisadi sahədə əlaqələrin ən mühüm sahələrindən biridə enerji əməkdaşlığıdır. Azərbaycan ötən il təkcə SOCAR vasitəsilə 10 milyon 340 min ton neft və ümumilikdə 9,5 milyard kubmetr qaz tədarük etməklə İtaliyanın xam neft üzrə əsas, təbii qaz üzrə isə ikinci ən böyük təchizatçısı mövqeyini qorub saxlayıb.  Bu yaxın tərəfdaşlıq modeli eyni zamanda, Cənub Qaz Dəhlizi üzrə genişşaxəli əməkdaşlıq alyansını gücləndirir, Avropa regionunda nümunəvi neft və qaz təchizatı zəncirini qurmaqdadır. Həmin əməkdaşlığın mühüm töhfəsi kimi Trans-Adriatik Boru Kəmərinin (TAP) əhəmiyyəti xüsusi önəm daşımaqdadır. TAP kəməri ilə 5 il ərzində Avropaya 54,3 milyard kubmetr qaz nəql olunub ki, bu da Azərbaycanın Pan-Avropa ailəsində mövqeyinin güclənməsinə səbəb olub. Bu enerji ailəsində ilk yerdə dayanan İtaliya Avropada Azərbaycanın neft və qazının ən böyük alıcısı olub, ümumi neft ixracının təxminən 45 faizi, qaz ixracının isə 38 faizi bu ölkəyə yönəlib.

“Eni” və SOCAR-ın təmiz enerji planları

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliya Respublikasının “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu” isə təmiz enerjiyə keçid və ekoloji səmərəliliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İtaliya Avropada təmin enerjiyə keçid üzrə ən iddialı ölkələrdən biri kimi qətiyyətli layihələr icra edir və öz təcrübəsini yaxın tərəfdaşları ilə bölüşür. Tərəflər Azərbaycanda ənənəvi enerjidən günəş və külək, su elektrik stansiyalarının istifadəyə verilməsində və qazla işləyən stansiyaların yeni enerjiyə keçidində yeni modulları tətbiq edəcək. Nəticədə “Eni” şirkətinin SOCAR-la bu istiqamətdə əməkdaşlığı isə ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının səviyyəsinin 35 faizə qədər azaldılması öhdəliyinin icrasında mühüm bir vasitə rolunu oynayacaq.

P.Şahbazov vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında regional “yaşıl enerji” dəhlizi təşəbbüsləri Azərbaycan-İtaliya əlaqələri üçün də yeni perspektivlər açır. “İtaliyanın “CESI” şirkəti “Xəzər-Qara dəniz-Avropa və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhliz”i layihəsinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi kimi ölkəmizin yaxın tərəfdaşıdır.

İtalyan şirkətləri azad ərazilərdə layihələr icra edir

İtaliya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində bərpaolunan enerji ilə bağlı həyata keçirilən layihələrə də böyük maraq göstərir. İtalyan investorları Qarabağ və Şərqi Zəngəzura 10 min meqavatdan çox günəş və külək enerjisi potensialı yüksək alternativ mənbə hesab edir, “yaşıl enerji zonası” elan edilmiş bu ərazilərdə müştərək müəssisələr yaratmaq niyyətindədir. Bu bölgədə təmin edilmiş əlverişli sərmayə mühiti, eləcə də tətbiq olunan vergi-gömrük güzəştləri və iqtisadi stimullar onlarda motivasiyanı artırır. Artıq bir neçə italyan şirkəti bu ərazilərdə layihələrin icrasına başlayıb. Məsələn, “Ansaldo Energia” şirkəti azad edilmiş ərazilərdə yarımstansiyaların qurulmasında və enerji infrastrukturunun bərpasında yaxından iştirak edir. Bu, Azərbaycanın “yaşıl enerji” keçidi üzrə ortamüddətli strateji proqramlarında İtaliya ilə əməkdaşlığın yeni müstəviyə çatmasını təmin edəcək, ənənəvi enerji resurslarının təchizatı ilə yanaşı, gələcəyin gündəliyi olan “yaşıl enerji”nin investisiya platformasının yaradılmasına töhfə verəcək.

Orta Dəhlizdə ölkəmizin yaxın müttəfiqi

Qafqazın ən mühüm geostrateji nöqtəsində, Şimal və Cənub, Qərb və Şərq dəhlizlərinin qovuşuğunda yerləşən Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Cənub Qaz Dəhlizinin ən axıcı qollarından biri olan Trans-Adriatik (TAP) qaz boru kəmərində də İtaliya təchizatçı kimi yer almaqdadır. Hazırda iki ölkə enerji-nəqliyat dəhli?lərində yeni gündəliyə uyğun olaraq tərəfdaşlıq imkanlarını daha da artırmaqda qərarlıdır.

Əməkdaşlığın gündəliyi olduqca genişdir, tərəflər birgə mübadilələri, sərmayə təşviqlərini və müştərək müəssisələrin sayını artırmaq niyyətindədir. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İki il əvvəl “Ansaldo Energia” ilə “AzərEnerji” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchizatı nəzərdə tutulub. İtaliyanın qabaqcıl texnologiyaları və Azərbaycanın əlverişli biznes mühiti bu sahələrdə də birgə uğurlara imza atmağa imkan verir. Hərbi-texniki sahələr üzrə də əlaqələr inkişaf edir, İtaliyanın “Leonardo” şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycana “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi tədarük edib.

Qeyd edək ki, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasının yekunlarına dair Protokol imzalanıb. Həmin sənəd və iclasda əldə edilən yeni razılaşmalar biznes ictimaiyyəti və investorlar üçün konkret layihələrdə praktiki fəaliyyəti təşviq etməklə, yeni layihələrin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Yanvar 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri