Azərbaycanın boks millisi Böyük İpək Yolu beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub
Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın boks millisi Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub.
"Aznews.az" xəbər verir ki, yığma 8 qızıl, 3 gümüş və 7 bürünc medalla yarışın kubokuna yiyələnib.
Turnirdə qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.
Qeyd edək ki, təmsilçilərimizdən Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar.
Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 15 Aprel 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















