Icma.az
close
up
RU
TURAN a xəyanət zərbəsini sağaltmaq və onu yenidən qurmağın tək yolu: ANALİZ

TURAN a xəyanət zərbəsini sağaltmaq və onu yenidən qurmağın tək yolu: ANALİZ

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Xəbər vermişdik ki, Orta Asiyanın türk dövlətlərinin (Qırğızıstan istisnadır) Kipr Respublikasında səfirlik açması, bununla da qalmayıb, türkmən səfirin Kiprin “ərazi bütövlüyü”nü dəstəkləyən açıqlama verməsi Türkiyəyə arxadan zərbə olaraq qiymətləndirilir.


Bunu müxtəlif ölkələrin bir çox media orqanları da təsdiq edir.Bu həmin ölkələrdir ki, 30 illik Azərbaycan işğalına susdular.


Təbii ki, bu birliyin quruculuğuna ilk anlarda böyük əngəllər olacağını anlamamaq korafəhimlik və ya iyasi savadsızlıq olardı. Hamı çox gözəl anlayırdı ki, 100 illərdir ki, qurulan və fəaliyyəti ilə dünyanı təsir altına almış beynəlxalq və məqsədli fəaliyyəti olan humanirar təşkilatlar türklərin dünyada genişlənməsinə inkişaf etməsinə güclü tərəf olmasına razı olmayacaqlar.
Amma Turan Dövləti Təşkilatlarını ard-arda çağırılan sammit və görüşləri türkə düşmən olan Yunanıstan, Fransa, Almaniya, ABŞ, Rusiya Ermənistan və s. kimi ölkələrdə narahatlıq yaradırdı.Amma TDT üzvləri olan ölkələrin Yunan Kiprin tanıması və orada səfirlik açması bu narahatçılığı ortadan götürdü.
Qazaxıstanlı turançı ziyalı Kuat Əhməd bu prosesi daha aydın şəkildə izah etdi: “Yunan Kiprinə səfir göndərmək türk idealını satmaq deməkdir”.
Türkiyəli politoloq Engin Özər də məsələyə təəssüf hissi ilə yanaşaraq bildirib ki, Türkiyənin hər diplomatik addımı Rusiya ilə münasibətləri riskə atdığı üçün üzv ölkələr bu mövzuda daha ehtiyatlı davranır. Artıq Türkiyənin bu məsələdə ciddi gözləntisi olmamalıdır. Bu ölkələrin heç biri Türkiyənin bu mövqeyini açıq şəkildə dəstəkləmir. Heç bir ölkə bu istiqamətdə təşəbbüs göstərmir".
Məhz E. Özərin dediyi ki, ən çox ruslar nəticənin belə olmasına sevinir.
Bu nöqtey nəzərdən Kremlin "ağzı" olaraq tanınan, türkə, türklüyə münasibəti ilə seçilən, ermənidən daha çox erməni olan rusiyalı politoloq Stanislav Tarasovun sevincini də anlamaq mümkündür. O , Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın məlum addımından sonra bildirib ki, artıq türk dünyasının birliyi yoxdur. Səmərqənddə Türkdilli Dövlətlər Təşkilatına üzv olan üç Mərkəzi Asiya ölkəsi Şimali Kiprin legitimliyini tanımaqdan imtina etdi və bu da sondur.
Halbuki, o ötən ilin sentyabrında Türkiyə lideri Ərdoğanın iranlı həmkarı Məsud Pezeşkianla Manhettenin mərkəzindəki 36 mərtəbəli Türk Evi göydələnində ilk görüşünu həyəcanla izlədikdən sonra : "Görüş cəmi bir saat çəkdi, lakin tərəfdaşlar birmənalı olmayan simvolizmlə dolu görüşdə türkcə danışırlar. “Böyük Ermənistan” “Böyük Azərbaycan”la əvəz oluna bilər"-deyərək təlaşa düşmüşdü.
Bu dünya siyasətçilərinin də gözündən qaçmadı.Xüsusən, anti-türk dövlətlərin...
Bu "çat"ın müayinəsi varmı? deyən milyonlarca türkçü, turançı yollar axtarır.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar bir neçə gün əvvəl dərin yara kimi görünən həmin "çat"ın "çarə"sini elan etdi. O, türk dövlətlərinə ölkəsində səfirlik açmaları ilə bağlı çağırış etdi.
ŞKTR-nı lideri bəzi türk dövlətlərinin Yunan Kiprini tanıdığı kimi, Şimali Kiprlə də eyni əlaqələri qurmasını istədi.
Bu həqiqətən də çat vermiş Turan quruculuğunun bərpası olardı. Stanislav Tarasovun simasında "türk dünyasının birliyi yoxdur" deyən deyən və sevinən bütün antitürkləri belə məyus edə bilərik.

 Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri