Icma.az
close
up
RU
“Qara siyahı”da olanların NƏZƏRİNƏ Banklar sizə pul verəcək KONKRET

“Qara siyahı”da olanların NƏZƏRİNƏ Banklar sizə pul verəcək KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bir sıra vətəndaşlar banklardan kredit götürən zaman çətinlik çəkirlər. Bəzən şərtlər tam ödənilsə belə, bu, mümkün olmur. Paralel olaraq, bankların “qara siyahı”sına düşənlər də narazılıq edir.

Kimlər bankdan kredit ala bilməz? “Qara siyahı”ya necə düşürük?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, mövcud qanunvericiliyə görə, hər kəs bankdan kredit götürə bilər:

“Hətta “qara siyahı”da olanlar da bura daxildir. Kimsə əvvəl vəsaitləri qaytaranda problem yaşayıbsa, bu, Azərbaycan Kredit Bürosunun tarixçəsində əks olunur. Beləliklə, bank şəxsə pul vermək istəyəndə həmin hesabatı nəzərdən keçirir. Lakin borclarla bağlı problemlərin olması, o demək deyil ki, vətəndaşa kredit verilə bilməz. Sadəcə bank ehtiyat edir”.

İqtisadçı bildirib ki, müvafiq tarixçəsi pis olanların belə, banka yaxşı girov qoymaqla kredit alması mümkündür:

“Məsələn, sabah borcu qaytara bilməsə, əmlakı məhkəmə yolu ilə hərraca çıxarılacaq. Nəticədə bank əmlakı sataraq pulunu götürəcək. Eyni zamanda yaxşı maaşı olan biri zamin dursa, şəxs kredit götürə bilər. “Qara siyahı”da olmadığı halda, kredit götürə bilməyənlərin məsələsinə gəldikdə, burada banklar risklərini ölçürlər. Seçim edilməsə, problemli kreditlərin artması ehtimalı yüksəkdir. Borc qaytarılmadıqda bank da öhdəliklərini yerinə yetirə bilmir. Banklar əsasən müştərilərdən yığdığı pullar hesabına kredit verir. Borc qaytarılmadıqda bu, mümkünsüz olur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Aprel 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri