Icma.az
close
up
RU
Azərbaycanın bu formata tamhüquqlu üzv olması o deməkdir ki... ŞƏRH

Azərbaycanın bu formata tamhüquqlu üzv olması o deməkdir ki... ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Azərbaycanın Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Səfər zamanı Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv olması barədə qərar qəbul olunub.

Redaktor.az-a  Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tamhüquqlu üzv kimi qəbul olunmasından danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd etdi ki, bu, gözlənilən idi:

"Qonşu regionlarda yaşasaq da, tarixən bir kökdən, bir mədəniyyətdən olmuşuq. Mərkəzi Asiya ilə Cənubi Qafqazın Azərbaycan bölgəsi çox sıx əlaqədə olub. Həm də sovet dönəmində belə münasibətlər güclü olub. Müstəqilliyimiz bərpa edildikdən sonra isə bu artıq dövlət səviyyəsində strateji siyasətdən biri kimi həyata keçirilib. Həm ulu öndər Heydər Əliyev, həm də cənab prezident bu ölkələrlə münasibətə xüsusi önəm verib. Siyasi sahədə əlaqələrimiz çox güclüdür və demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edirik".

Millət vəkilinin sözlərinə görə, ticarət və iqtisadi əlaqələr isə günü-gündən dərinləşir:

"Ticarət dövriyyəsi artır, birgə layihələr həyata keçirilir. Artıq birgə investisiya fondları yaradılmağa başlayıb. Qarşılıqlı surətdə bir-birinin iqtisadiyyatına investisiya qoyulmasına başlanılıb. Beynəlxalq birlikdə birgə hərəkət etmək təcrübəmiz də var. Artıq neçənci dəfədir ki, cənab prezidentimiz bu sammitə dəvətli edilir. Bu dəfə də isə artıq Azərbaycan bərabərhüquqlu üzv kimi ora qəbul edilib. Bu o deməkdir ki, onun icra katibliyində Azərbaycan nümayəndəsi olacaq. Həmin tədbirlərin Azərbaycanda keçirilməsi də mümkündür. Həmçinin, bu əlaqələrin genişləndirilməsində və dərinləşməsində cənab prezidentimizin nüfuzu da böyük rol oynayıb. Onun qardaş türk dövlətlərinə, o cümlədən Tacikistana qardaşlıq münasibəti həmin ölkələrdə yüksək qiymətləndirilir. Regional birlik həmişə ölkələrin suverenliyinin, öz hüquqlarının müdafiəsinin yüksək səviyyədə olmasına şərait yaradır".

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirdi ki, bu gün Azərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf edir:

"Ölkələrimiz arasında səfərlərin müntəzəm xarakter aldığını görürük. Cənab prezidentin artıq davamlı olaraq Orta Asiya respublikalarına səfər etməsi, burada görüşlər keçirməsi, tədbirlər təşkil etməsi onu göstərir ki, Azərbaycan bu prosesə sistemli töhfəsini verir. Ümumiyyətlə, bu gün Azərbaycanın xarici siyasətində bir neçə istiqamətdə addımların atıldığını açıq-aşkar görürük. Sistemli, ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ayrı-ayrılıqda hər bir türk respublikası ilə strateji əlaqələrə malikdir. Azərbaycan ən çox və ən sıx əlaqə qurduğu ölkələrdən biri də Özbəkistandır".

Millət vəkili vurğuladı ki, bu gün Özbəkistan sürətlə inkişaf edir:

"Özbəkistan həm də Orta Dəhlizdə yerləşir. Nəqliyyat əlaqələrinin güclənməsi baxımından da bu səfər xüsusi önəm daşıyır. Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında çox sıx, ardıcıl əlaqələr, münasibətlər mövcuddur. Biz hər iki ölkə liderinin bir-birinə hörmətlə yanaşdığını görürük. Hər iki ölkənin siyasətində bu sistemli inkişaf özünü göstərir. Prezidentin özü qeyd etdiyi kimi, 14 dəfə prezident özü Özbəkistan və Orta Asiya respublikalarına səfər edib. Bu gün Azərbaycan-Özbəkistan əlaqələri özünün yeni inkişaf mərhələsindədir. Biz bu əlaqələrin daha da inkişaf etdiyini, daha da irəli getdiyini, daha da möhkəmləndiyini görürük. Heç şübhə yoxdur ki, proseslərin təhlili onu göstərir ki, əlaqələrin inkişafı gələcəyə doğru bizə, bizim münasibətlərimizə, bizim əlaqələrimizin inkişafına ciddi və müsbət töhfəsini verəcək. Yəni bu gün proseslərin təhlili də bunu açıq-aşkar göstərir. Azərbaycanın uğurları da bunu qeyd etməyə və söyləməyə ciddi əsas verir. Biz deyə bilərik ki, bu əlaqələr strateji əlaqələrdir, gün-gündən daha da möhkəmlənir, daha da inkişaf edir, daha da irəliyə gedir. Burada şübhəsiz ki, cənab prezidentin addımlarının, gördüyü və həyata keçirdiyi siyasətin çox böyük rolu var".

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri