Icma.az
close
up
RU
Azərbaycanın bu təşkilata üzv olması beynəlxalq mövqeyimizi gücləndirəcək Deputat

Azərbaycanın bu təşkilata üzv olması beynəlxalq mövqeyimizi gücləndirəcək Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

2024 həm yaxşı, həm də pis hadisələrlə yadda qaldı. Amma ümumi baxanda, bu il Azərbaycan siyasəti üçün düşərli oldu. Belə ki, ölkəmiz beynəlxalq tədbirlərdə iştirak etdi, mühüm COP29 sammitinə ev sahibliyi etdi və təşkilatlara qoşuldu. Bunlardan biri də D8 İqtisadi Əməkdaşlıq Təşkilatıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirdi ki, Azərbaycanın D8-ə üzv olması ölkəmizə yeni imkanlar yaradacaq və beynəlxalq təsir gücümüzü artıracaq:

"Azərbaycan D8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmasıyla, bundan sonra təşkilat D9 adlanacaq. Birliyin məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir. D9 regional deyil, qlobal mahiyyətli təşkilatdır. D9-un yaradıcıları qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də təşkilatın qapılarını açıq olduğunu vurğulayır. Təşkilat regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərinə heç bir mənfi təsir göstərməyən bir qurumdur. İqtisadi cəhətdən inkişaf edən müsəlman ölkələrin birliyinin yaradılması ideyası Türkiyədə hələ XX əsrin ortalarında yaranıb". 

Deputat Azərbaycanın D9-a üzv olan ilk postsovet dövləti olmasının, ölkənin beynəlxalq etimadını göstərdiyini və Azərbaycan dövlətinin qlobal miqyasda mövqeyini möhkəmləndirəcəyini vurğuladı.

"Azərbaycanın da belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzundan xəbər verir. Əslində bu dövlətimizin etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanın D8-ə qəbul edilməsi ona olan beynəlxalq etimaddan irəli gəlir. D9-a üzvlük lkəmizə yeni əməkdaşlıq kimi imkanları yaradacaq. Təşkilat bizə beynəlxalq aləmdə iqtisadi, sosial, siyasi proseslərə təsir etmə və bu istiqamətlərdə yaxından iştirak etmək imkanı qazandıracaq. Azərbaycan təşkilata üzv olmaqla yeni müstəmləkəçiliyə, ədalətsizliyə, ikili standartlara qarşı mübarizə aparmaq üçün D9-dan dəstək də alacaq. Azərbaycan bu təşkilata üzv olan ilk postsovet dövlətidir. Bu, quruma yeni təcrübə, baxış, yeni əlaqələr qazandıra bilər. D9-da üç qitəni təmsil edən ölkələr var. Azərbaycanda Avropa və Asiyanın birləşdiyi bölgədədir", - deyə M.Cəfərov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri