Icma.az
close
up
RU
“Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması tarixi uğurumuzdur”

“Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması tarixi uğurumuzdur”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması tarixi uğurumuzdur”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəllov bildirib. Polkovnik qeyd edib ki, bu, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə mövcud olan tarixi dostluq münasibətlərini strateji müttəfiqlik münasibətləri səviyyəsinə qaldırdığını göstərir:

“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında tarixən mövcud olan sıx dostluq əlaqələrinin Prezident İlham Əliyevin hakimiyyəti dövründə sürətlə inkişaf edərək yeni mərhələyə yüksəldiyi heç kimə sirr deyil. Təkcə bir faktı qeyd edək ki, son üç il ərzində Azərbaycanın dövlət başçısı Mərkəzi Asiya ölkələrinə 14 dəfə, Mərkəzi Asiya dövlətlərinin rəhbərləri isə ölkəmizə 23 dəfə səfər edib ki, bu da tərəflərin qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyini göstərir. Məhz bütün bu görüşlərin nəticəsidir ki, bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə ölkəmizlə bağlı alınan qərar bunu bir daha sübut edir.

Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması ölkəmizə Mərkəzi Asiya ilə bağlı keçirilən bütün görüşlərdə iştirak etməyə, öz mövqeyini daha prinsipial şəkildə ortaya qoymağa, bu coğrafiyada nüfuzunu və aktivliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Buna görə də Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması faktı Prezidentimizin və dövlətimizin ən böyük uğurlarından biri kimi dəyərləndirilməlidir”.

Polkovnik qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması türk dünyası daxilindəki birlik və inteqrasiya prosesinə də müsbət təsir göstərəcək:

“Bildiyiniz kimi, son vaxtlar Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində ciddi irəliləyişlər müşahidə edilməkdədir. Bu quruma üzv olan ölkələr arasında siyasi-iqtisadi və mədəni əlaqələrin sürətli inkişafı, hərbi əməkaşlıq məsələlərinin aktiv müzakirəyə çıxarılması və s. türk dünyası daxilindəki birlik əzmini əks etdirir. Bu mənada Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərində tamhüquqlu üzv olması, türk dövlətləri daxilindəki bu birliyi daha da gücləndirəcək, türk dünyasının qlobal müstəvidə vahid strategiya sərgiləməsi üçün geniş imkanlar açacaq”.

Cəlil Xəlilov yaxın gələcəkdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında beynəlxalq əhəmiyyətli layihələrin də reallaşacağına diqqət çəkdi:

“Azərbaycan Mərkəzi Asiyanın enerji ehtiyatlarının dünya bazarına, xüsusilə Avropa bazarına çıxarılması baxımından böyük perspektivə malikdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidentinin son açıqlamalarından da məlum olur ki, yaxın gələcəkdə Mərkəzi Asiya ilə Azərbaycan arasında beynəlxalq əhəmiyyətli yeni layihələr gerçəkləşəcək. Bunlardan biri Xəzərin dibi ilə fiber-optik kabelin, digəri isə elektrik kabelinin çəkilməsidir.

Bu iki nəhəng layihə bir daha sübut edir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr sürətlə genişlənməkdədir və əlaqələrin bu şəkildə inkişafı türk dövlətləri arasında digər müstəvilərdə də əlaqələrin inkişafına imkan yaradacaq”.

Seymur ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri