Icma.az
close
up
RU
Azərbaycanın müxtəlif regionlarında 31 torpaq hərracı keçiriləcək

Azərbaycanın müxtəlif regionlarında 31 torpaq hərracı keçiriləcək

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Dekabrın 24-də Azərbaycanın müxtəlif regionlarında 31 torpaq hərracı keçiriləcək.

Avtosfer.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraclar dövlət xidmətinin Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran, Ucar, Bərdə, Qazax, Xaçmaz, Beyləqan, Şəki və Qəbələ ərazi şöbələrində təşkil olunacaq. Satışa bələdiyyə orqanlarına məxsus 31 torpaq sahəsi çıxarılacaq.

Hərraca çıxarılan torpaqlar arasında ən ucuz ilkin qiymət Füzuli rayonunun Əhmədbəyli Bələdiyyəsinə məxsus 1 hektarlıq heyvandarlıq təyinatlı sahədə qeydə alınıb. Torpaq 15 illik icarəyə təklif olunur və ilkin qiyməti 200 manatdır.

Siyahıda ən yüksək ilkin satış qiyməti isə Naftalan şəhərinin Qasımbəyli kəndində yerləşən 300 kv.m sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş torpaq sahəsinə aiddir. İlkin qiyməti 11 700 manat təşkil edir.

Siyəzən rayonunun Həmyə Bələdiyyəsinə aid 225 hektar torpaq sahəsi 15 illik icarəyə 7875 manat ilkin qiymətlə hərraca çıxarılıb. Eyni bələdiyyənin 474 hektar sahəsi 16 590 manat ilkin qiymətlə, 200 hektarlıq digər sahə isə 7 min manat ilkin qiymətlə təklif olunur.

Sabirabad rayonunun Quruzma Bələdiyyəsində 5.28 hektar əkin sahəsi 528 manat ilkin qiymət, 4.56 hektarlıq sahə isə 593 manat ilkin qiymətlə icarəyə çıxarılıb. Güdəcühür Bələdiyyəsinin 2 hektar sahəsi 528 manat ilkin qiymətlə 15 illik icarəyə təqdim edilib.

Ağdaş rayonunda Ağdaş Bələdiyyəsinə məxsus 1.64 hektar torpaq 328 manat ilkin qiymətlə hərraca çıxarılıb.

Yevlax rayonunun Aran Bələdiyyəsində 86.13 hektar sahə 10 852 manat, 50 hektar sahə 6 300 manat, 10 hektar sahə isə 1260 manat ilkin qiymətlə 5 illik icarəyə təklif olunur.

Astara rayonunun Pensər kəndində 180 kv.m yaşayış sahəsi tikintisi üçün nəzərdə tutulan torpaq 1867 manat ilkin satış qiymətilə təqdim edilib.

Ucar rayonunun Alpout kəndində 10 hektar torpaq sahəsi 1000 manat, 1.84 hektar sahə isə 202 manat ilkin qiymətlə icarəyə çıxarılıb.

Kürdəmir rayonunda 60 hektar sahə 9000 manat, 400 kv.m yaşayış sahəsi üçün nəzərdə tutulan ərazi isə 2860 manat ilkin qiymətlə hərraca çıxarılıb.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində iki 5 hektarlıq sahə hər biri 550 manat ilkin qiymətlə icarəyə təklif edilir.

Boluslu kəndində 4.5 hektar sahə 1350 manat ilkin qiymətlə 20 illik icarəyə çıxarılıb.

Naftalan şəhərinin Qasımbəyli kəndində 300 kv.m sahibkarlıq məqsədli torpaq sahəsi 11700 manatla siyahının ən bahalı torpaq sahəsi kimi hərraca təqdim olunub.

Qazax rayonunda 4.8 hektar sahə 960 manat ilkin qiymətlə icarəyə verilir.

Xaçmaz rayonunda 15.8 hektar sahə 2 370 manat ilkin qiymət ilə icarəyə çıxarılıb.

Şabran rayonunda 1200 kv.m yaşayış təyinatlı torpaq sahəsi 9 min 156 manat ilkin satış qiymətilə təklif olunur.

Qusar rayonunda 4600 kv.m sahə 230 manat, 8.4 hektar sahə isə min 554 manat ilkin qiymətə icarəyə verilir.

Şəki rayonunda 2 hektar torpaq sahəsi 240 manat ilkin qiymətlə təklif edilib.

Qax rayonunda 300 kv.m torpaq sahəsi 6000 manat ilkin qiymətlə satılır.

Qəbələ şəhərində 54 kv.m yaşayış təyinatlı sahə 1566 manat ilkin qiymətlə, Həmzəli kəndində 500 kv.m sahə 6500 manatla, Zarağan kəndində 1000 kv.m sahə isə 8000 manat ilkin qiymətlə satışa çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri