Icma.az
close
up
RU
Azərbaycanın bu təşkilata marağının əsası var

Azərbaycanın bu təşkilata marağının əsası var

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayevin bir neçə gün əvvəl Hindistana səfəri diqqət çəkib. Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Yermekbayev ötən il Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi təyib olunub. O bu vəzifədə 2027-ci ilə qədər fəaliyyət göstərəcək.
Baş katib Dehlidə Hindistan rəsmiləri ilə görüşlərində təşkilatın fəaliyyət istiqamətlərini müzakirə edib. Nurlan Yermekbayev öncə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarla görüşüb. Onunla əsasən regional təhlükəsizlik mövzusu müzakirə olunub. Hindistanın xarici işlər nazirinin müavini Tanmay Lal isə Nurlan Yermekbayevlə görüşdə rəqəmsal texnoloji layihələrin və ətraf mühitin dəyişməsi ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparıb. Baş katib Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalla görüşündə təşkilat çərçivəsində enerji, nəqliyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı yollarını müzakirə edib. Baş katibin təkliflərindən biri üzv ölkələrdə müxtəlif sahələrlə bağlı sərgilərin keçirilməsidir.
Şanxay Əməkdaşlıq Təşkilatına hazırda Çin sədrlik edir. Təşkilata üzv ölkələrin liderlərinin və xarici işlər nazirlərinin növbəti sammitinə hazırlıq işləri gedir. Bu məsələ də Dehlidə müzakirə olunub. Baş katib təşkilatın səmərələliyinin artırılması təkliflərini hindli rəsmilərlə müzakirə edib. Maraqlıdır ki, Nurlan Yermekbayev Dehlidə təşkilata üzv ölkələrin səfirləri ilə də görüşüb.
Nurlan Yermekbayevin Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlərin qəbulu məsələsinin müzakirəsi barədə xəbər yayılmasa da, bu mövzunun baş katibin diqqət mərkəzində olduğu aşkardır. Mümkündür ki, Dehlidə qapalı müzakirələrdə təşkilata yeni üzvlərin qəbulu mövzusu da müzakirə olunub. Çünki, hansısa dövlət Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq və ya müşahidəçi statusu qazanmaq istəyirsə, buna bütün üzv dövlətlərin razılığı lazımdır. Qazaxıstan Azərbaycanın təşkilatla sıx əməkdaşlığını dəstəkləyir. Ötən ilin iyulun 3-də Qazaxıstanın paytaxtı Astanada təşkilatın zirvə toplantısı keçirilib. “ŞƏT+” formatında keçirilən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək niqt söyləyib. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatıın dialoq tərəfdaşı statusundadır. Azərbaycan ilə ŞƏT arasında 2016-cı ildə əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin hər biri ilə ikitərəfli əsasda tərəfdaşlıq münasibətləri mövcuddur. Bu səbəbdən Azərbaycanın bu təşkilata marağı əsaslıdır. Digər tərəfdən Azərbaycan bölgənin regional nəqliyyat layihələrini əsas üzvüdür. ŞƏT ölkələri arasında isə əsas mövzulardan biri regional nəqliyyat layihələrinin reallaşdırılmasıdır. Azərbaycanın növbəti mərhələdə hədəfi ŞƏT-də müşahidəçi statusu almaqdır.
“Atlas” Araşdırmalar Mərkəzi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Fevral 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri