Icma.az
close
up
RU
Yeni tarixin əsası

Yeni tarixin əsası

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, Azərbaycan dövlətçiliyinin həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 ili tamam olur. 32-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində, Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin mövcud olduğu bir zamanda yaranmış və vətənimiz Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. YAP yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, dövlətçiliyin qorunub saxlanılması, müdafiə qüdrətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının durğunluqdan sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. İndi partiyanın və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək, Azərbaycan dövlətinin sürətli inkişafı, xalqımızın güzəranının durmadan yaxşılaşdırılması məqsədi ilə sıralarında olan 730 mindən artıq partiya üzvlərini səfərbər edərək, özünün ümumxalq partiyası statusunu qoruyub saxlamaqdadır.

Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən YAP nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirərək, realist siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.
Partiyamızın yarandığı 32 il zaman baxımından o qədər böyük müddət sayılmır. Lakin bu illər ana vətənimiz Azərbaycanımız üçün XX əsrin mürəkkəb, ən faciəli, eyni zamanda ən dinamik dövrü olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı ilə hakim partiyaya çevrilən YAP-ın işləyib hazırladığı və həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin təntənəsi nəticəsində sosial-iqtisadi və hərbi qüdrətini möhkəmləndirən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı azad edərək nigarançılağa son qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyevin siyasi strategiyasından güc alan Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş sürətli və kompleks inkişaf proqramı müvəffəqiyyətlə həyata keçirilir. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində böyük siyasi nüfuz, ictimai dayaq qazanmışdır. YAP saf amallar üzərində qurulmuş və milli mənafelərə xidmət edən partiya kimi öz tarixi missiyasını uğurla yerinə yetirir.
Prezident İlham Əliyevin gərgin zəhməti və müdrik siyasəti nəticəsində Azərbaycanda müşahidə edilən müsbət dəyişikliklərdə, qazanılmış diplomatik uğurlarda, ǝsl vətəndaş cəmiyyətinin formalaşmasında YAP-ın özünəməxsus rolu vardır.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xilaskarlıq, quruculuq və milli dirçəliş kursuna sadiq olan YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin tarixində həmişə həlledici söz sahibi olaraq yaşayacaqdır. Yeni Azərbaycan Partiyasının yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixin əsası qoyulub. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan partiya keçdiyi 32 il ərzində özünü bütün mənalarda təsdiq edərək, tarixin yeni çalarlarını özündə birləşdirməyi bacardı.

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri