Icma.az
close
up
RU
Azərbaycanın COP zəfəri

Azərbaycanın COP zəfəri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

V MƏQALƏ

COP və böyük güclər

Azərbaycanın regional və beynəlxalq təşkilatlardakı təcrübəsi ilə konkret problemləri həll etmək istiqamətində kollektivçi fəaliyyəti maraqlı ümumi mənzərə yaradır. Bu, Avrasiyada özəl təcrübəyə malik müstəqil dövlət kimi iki aspektdə nümunə ola bildi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Cənubi Qafqazın uzun müddət çətin vəziyyətə salınmış bir dövləti ondan çox-çox qısa olan müddətdə həm inkişafa nail oldu, həm ərazisini işğaldan azad etdi, həm də beynəlxalq miqyasda kifayət qədər təcrübə topladı. Bunlar birbaşa Heydər Əliyev–İlham Əliyev siyasi xəttinin verdiyi töhfələrdir. Onun tərkibində COP məsələsinin xüsusi əhəmiyyəti vardır.

COP ona görə xüsusi əhəmiyyətə malikdir ki, qlobal problem kimi iqlim dəyişikliyi barədə ABŞ-la Avropa arasında mövqelər fərqlidir. Eyni zamanda, real olaraq ABŞ–Çin–Aİ “üçbucağında” bu problemə vahid baxış mövcud deyildir. Bu qüvvələr iqlim dəyişikliyindən bir–birinə qarşı ittihamlar irəli sürmək üçün istifadə etməyə çalışırlar. Məsələnin qlobal miqyasda əsas ziddiyyətli tərəfi bundan ibarətdir.

COP-la bağlı tədbirləri təşkil etmək baxımından həmin ziddiyyətli məqam ciddi təsir faktorudur. Bu tezisi izah etməyə çalışaq.

COP təməldən iqlim dəyişikliyini bəşəriyyətin xeyrinə həll etmək məqsədi ilə yaradılmışdır. Təbii olaraq, burada problemə vahid baxış önəmlidir. Yəni iştirakçı dövlətlər iqlim dəyişikliyini eyni anlamda qiymətləndirməlidirlər. İkinci addım kimi qiymətləndirmənin nəticəsi olaraq ortaq tədbirlər planı hazırlamalıdırlar. Maliyyəsini həll etməlidirlər. Üçüncü addımda isə obyektiv və ədalətli olaraq problemi həll etməyin konkret proqramlarını həyata keçirməlidirlər. Deməli, faktiki olaraq COP həm çoxaspektli, həm də reallaşma baxımından mərhələli prosesdir.

Sözdə hər bir iştirakçı dövlət bu prinsipləri qəbul edir. Reallıqda isə tamam fərqli mənzərə yaranır. ABŞ Çini ittiham edir. Çin isə Amerikanı tənqid edir. Avropa İttifaqı da hər iki güclü dövləti. Bununla atmosferi ən çox çirkləndirən və dünyanın ekologiyasını ən çox pozan dövlətlər əlbir olmaq əvəzinə, bir-birini qınayırlar. Onun praktiki nəticəsi isə atmosferin çirklənməsinin davam etməsidir.

İndi alimlər yeni daha qorxunc faktlar ortaya qoyurlar. Məsələn, hətta elektron tullantıların ekologiyanı daha sürətlə korladığı ilə bağlı rəqəmlər ifadə edirlər. Belə məlum olur ki, “elektron tullantılar” ekologiyanı daha çox pozur. Eyni zamanda, dünyanın bir sıra inkişaf etmiş dövlətləri yeni elekrton texnika yaratmaq, süni intellekti təkmilləşdirmək yarışına girmişlər. Deməli, qlobal miqyasda iqlim dəyişikliyinə qarşı faktiki olaraq kollektiv mübarizə mövcud deyildir. Bunun mümkün nəticələrini təsəvvür etmək olar!

Bakının fədakarlığı

Məhz bu cür kritik bir durumda rəsmi Bakının ekoloji siyasətə çox ciddi yanaşması və ədalətli mübarizə aparması dövləti fədakarlıq təsiri bağışlayır. Həmin məqamda da ölkənin əldə etdiyi təcrübənin əhəmiyyəti ön plana çıxır. Burada Azərbaycan təcrübəsinin bir sıra mühüm məqamlarını COP29 kontekstində təhlil etmək lazım gəlir.

Öncəki məqalələrdə aparılan təhlil göstərir ki, Azərbaycan beynəlxalq təşkilatlarda kollektiv fəaliyyətin tərəfdarı olmaqla, konkret qlobal problemlərin həllində bu məsələni uyğunlaşdırmaq təcrübəsinə malikdir. Onun nümunəsi kimi Qoşulmama Hərəkatı və MDB-dəki fəaliyyəti müqayisəli göstərə bilərik.

Birincisi, MDB özünün daxili problemi hesab etdiyi Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətli və obyektiv həll etməyə girişmədiyi zamanda, rəsmi Bakı həm təşkilatdakı mövqeyini saxladı, həm də təkbaşına münaqişəni həll etdi. Bununla Azərbaycan Respublikası bir regional təşkilatda kollektiv dövlət identikliyi kontekstində təşkilat üçün ortaq olan münaqişəni həll etmək nümunəsini göstərdi. Ancaq məsələ bununla məhdudlaşmadı.

Azərbaycan Qoşulmama Hərəkatında kritik durumlarda ədalətli və obyektiv mövqedən qlobal miqyasda problem kimi qəbul edilən bir məsələni də həll etməkdə xüsusi töhfələr verdi. COVID-19-da dünyanın ədalətsiz, qərəzli, qeyri-obyektiv mövqe tutan bir sıra inkişaf etmiş dövlətlərinə, sözün həqiqi mənasında, kollektiv davranmaq dərsi keçdi.

Bununla maraqlı formada Azərbaycan problemlərin həllində regional miqyasdan qlobal miqyasa uğurlu keçid formulunu yaratdı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilməklə yanaşı, pandemiya müddətində qlobal miqyasda qlobal bir problemin ədaləti və obyektiv həlli nümunəsi meydana gəldi.

Bu iki proses paralel aparıldı. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü təmin etdi və həm də beynəlxalq miqyasda QH-nin sədri kimi ədalətsizliyin digər nümunəsi olan peyvəndləmə və humanitarlıqdakı çətinlikləri aradan qaldırmaqda xüsusi təşəbbüs göstərdi. Həmin dövrdə Azərbaycanın BMT-nin pandemiya ilə bağlı xüsusi iclasının keçirməsini təklif edəndə rəqiblərin çaşqınlığını təsəvvür etmək çətin deyildir. Çünki onlar üçün Azərbaycanın regional miqyasda geosiyasi dinamikanı ciddi dəyişməsinin izahını tapmadan Bakının qlobal mqiyasda ciddi sayılan problemi ədalət və hüquqla həll etmək təşəbbüsündə olması elə də xoş xəbər deyildi.

Ancaq dünya görürdü və qəbul edirdi. Bununla Azərbaycan COP kontekstində çox mühüm bir mesaj vermiş oldu. Yəni regional miqyasda ən çətin münaqişəni ədalət və hüquqla həll edən bir müstəqil dövlətin qlobal əhəmiyyəti olan COP tədbirini təşkil etmək haqqını təsdiqlədi. Fəlsəfədə bu transformasiyaya praktikadan nəzəri-konseptual səviyyəyə keçid deyirlər. Yəni, Azərbaycan diplomatiyası praktiki fəaliyyəti ilə aldığı təcrübələrin politoloji və fəlsəfi ümumiləşdirilməsi üçün zəngin faktlar verdi.

İndi bu faktların işığında COP29-un fəlsəfi çalarlarına baxaq.

Azərbaycanın COP fəlsəfəsi

Mövzu ilə bağlı silsilə məqalələrdə fəlsəfi və politoloji xarakterli məqamları ümumiləşdirmək olar. Aydın olur ki, Azərbaycan Respublikası, hər şeydən öncə, dünyaya özünün kollektiv dövlət identikliyinə malik olduğunu praktiki fəaliyyətdə sübut etmişdir. Avrasiyada başqa belə bir dövlətin mövcudluğunu xatırlamırıq. Postsovet məkanında isə bu istiqamətdə Azərbaycan qədər dayanıqlı, davamlı və uğurlu addımlar atan ölkə yoxdur. Deməli, müasir mərhələdə dövlətçilik üçün çox mühüm olan identiklik məsələsini Azərbaycan uğurla və perspektivi olan məcrada həll etmişdir.

İndi bu vəzifənin öhdəsindən rəsmi Bakının üç səviyyədə - milli, regional və qlobal miqyaslarda gəldiyini qətiyyətlə deyə bilərik. Hər üç səviyyənin özünəməxsus faktları vardır.

Milli səviyyədə kollektiv dövlət identikliyinin əlamətləri kimi sülhsevər güclü dövlətin qurulmasını, azərbaycançılığı və multikulturalizmi göstərə bilərik. Bu üç faktor bir yerdə COP kimi problemlərin həllində dövləti fəaliyyətə ayrıca perspektivlər yaratmışdır.

İkinci miqyas regional səviyyədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə regionda ümumi mənzərəni və dinamikanı ciddi surətdə dəyişdi. Cənubi Qafqaz daxili problemlərini kollektivçiliklə həll etməyə inandı. Bundan başqa, uzun müddət birtərəfli geosiyasi mövqe tutan Gürcüstan Azərbaycandan nümunə götürərək, daha təmkinli və gerçəkçi mövqe tutmağa başladı. Bu da onu göstərir ki, rəsmi Bakı artıq regional miqyasda daxili problemlərin kollektiv həll edilməsinə təkan vermişdir.

Üçüncü qlobal miqyası əhatə edir. Burada da Azərbaycan COP29 nümunəsində dünya üçün aktual olan və hətta daxili ziddiyyətlər daşıyan mühüm problemi kollektivçi mövqedən həll etməyin mümkünlüyünü nümayiş etdirdi. Azərbaycan 200 dövlətin iştirakçısı olduğu qlobal məsələnin konstruktiv həllində ciddi rol oynadığını göstərdi. Dünya iki həftə boyunca həm Bakının nizam-intizamını, həm də oraya toplaşanların səmərəli müzakirə aparmaq imkanlarını müşahidə etdi. Bu baxımdan COP29 Azərbaycan Respublikası dövlətinin həm də strateji perspektiv imkanlarını ortaya qoymaqdadır!

Vurğuladığımız üç miqyasdakı nəticələrin bir məntiq altında izahı da çox maraqlıdır. Çünki müstəqil dövlət kimi Azərbaycan Respublikasının tarixi baxımdan çox az müddətdə milli, regional və qlobal miqyaslarda problemləri həll etmənin fəal iştirakçısı olması adi məsələ deyildir.

Hər şeydən öncə, bu, Azərbaycanın öncədən dəqiq müəyyən olunmuş strateji konsepsiyaya uyğun idarə edildiyini göstərir. Ulu öndər bütün bu addımların fəlsəfi və siyasi “yol xəritəsi”ni keçən əsrin 90-cı illərində hazırlamışdı. Prezident İlham Əliyev onu davamlı, təmkinli şəkildə və siyasi varisliyi tam gözləməklə yeni səviyyəyə yüksəltdi. Azərbaycan yeni-yeni müsbət təcrübələr qazandı.

Digər məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası postsovet məkanında ilk ölkədir ki, dövlət identikilyini hər üç miqyasda real praktiki fəaliyyəti ilə təsdiq etdi. Bu, 2030-cu ilə qədərki strateji inkişaf kursunun tam aydın, şəffaf və məqsədli reallaşma mahiyyətində olduğu deməkdir!

Nəhayət, Azərbaycan COP29-la dünyaya göstərdi ki, yeni fəaliyyət mərhələsinə qədəm qoyur. Bu anlamda COP29 sadəcə bir başlanğıcdır. Azərbaycan Respublikası dövlətinin daha güclü qlobal aktor olmaq yolunda başlanğıc və yeni mərhələdir! Bu o deməkdir ki, Azərbaycan yaxın 5 ildə başqa bir çox mühüm qlobal problemin həlli ilə bağlı dünyanın yığışacağı ölkə olmaq şansını saxlayır. O hansı problem ola bilər? Sülh və müharibə seçimimi? Yaxud dünya üçün perspektivi böyük olan yeni əməkdaşlıq platforması ilə bağlımı? Onu əlahəzrət Zaman göstərəcək! Biz istərdik ki, növbəti qlobal tədbir bəşəriyyətin xilası, barışı, sülhü, təhlükəsizliyi və əməkdaşlığı ilə bağlı olsun! Xəzərin incisi Bakıya məhz bu yaraşır!

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri