Azərbaycanın Dövlət Agentliyilə Türkiyənin “Ataseven Group” şirkəti arasında razılıq əldə olunub
Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Energetika nazirinin müavini Samir Vəliyevlə Türkiyənin külək enerji sənayesində fəaliyyət göstərən “Ataseven Group” şirkətinin sədri Mustafa Atasevenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə şirkətin Türkiyədə külək elektrik stansiyalarının qurulması ilə yanaşı, turbin avadanlıqlarının istehsalı və onların, eləcə də istehsal olunan enerjinin ixracı sahəsində fəaliyyəti barədə məlumat verilib. Azərbaycanla bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Azərbaycanda həyata keçirilən “yaşıl enerji”, o cümlədən, külək enerjisi layihələrindən bəhs edilib. Qeyd edilib ki, bərpa olunan enerji avadanlıqlarının yerli istehsalı və “yaşıl enerji”nin ixracı Azərbaycanın yaxın gələcək üçün gündəliyində yer alan məsələlərdəndir.
Söhbət zamanı vurğulanan istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi və şirkətlə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 04 Noyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















