Icma.az
close
up
RU
İordaniya mediası Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı yazıb

İordaniya mediası Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı yazıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qahirə, 19 sentyabr, AZƏRTAC

İordaniyanın “Petra” dövlət informasiya agentliyində, “Jordan Daily” və “əl-Ənbat” qəzetlərində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı məqalələr nəşr edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyinin bəyanatına əsasən hazırlanmış yazılarda bildirilir ki, Azərbaycan Respublikası sentyabrın 20-də ölkənin tam suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsinin ildönümünü – Dövlət Suverenliyi Gününü qeyd edir. Bu əlamətdar tarix, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkənin ərazisində qalan qanunsuz erməni silahlı birləşmələrinin tərk-silah olunması və separatçı rejimin ləğv edilməsi ilə əlaqədardır. Qısa müddət ərzində Azərbaycan Respublikası öz suverenliyini tam şəkildə bərpa edərək dövlətçilik tarixində yeni mərhələyə qədəm qoyub.

Yazılarda vurğulanır ki, bu hadisəyə aparan yol 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən Müharibəsindən keçir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə həmin dövrdə Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində uzun illər Ermənistanın işğalı altında qalan torpaqlar azad olunub, ölkənin ərazi bütövlüyü bərpa edilib. 2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsi isə müharibənin dönüş nöqtəsi və xalqın iradəsinin rəmzinə çevrilib.

Qeyd olunur ki, Azərbaycan dövləti suverenliyi bərpa etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirməyə başlayıb. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün bütün infrastruktur bərpa edilir. Bununla yanaşı, Ermənistanın işğal dövründə yerləşdirdiyi milyona yaxın mina və partlamamış sursat bu prosesin qarşısında ciddi maneə kimi qalmaqdadır. Bu humanitar çağırışın aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

Yazılarda, həmçinin 2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan liderləri arasında sülh müqaviləsinin mətni üzrə razılığın əldə olunması faktına da toxunulub. Bu razılaşma regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilib. Azərbaycan tərəfinin Cənubi Qafqazda əməkdaşlıq və iqtisadi inkişaf naminə Ermənistanla münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa daim hazır olduğu vurğulanıb.

Bundan başqa, səfirliyin bəyanatında İordaniya Haşimilər Krallığının Azərbaycana verdiyi dəstəyə xüsusi təşəkkür ifadə olunub. Qeyd olunub ki, İordaniya Kralı II Abdullahın Prezident İlham Əliyevə zəng edərək sülh sazişi münasibətilə təbrik etməsi, eyni zamanda İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan Prezidentinə ünvanladığı məktub iki ölkə arasında dərin dostluq və həmrəyliyin təzahürüdür.

Vurğulanıb ki, 20 sentyabr – Dövlət Suverenliyi Günü və 27 sentyabr – Anım Günü Azərbaycan xalqı üçün müqəddəs tarixlərdir. Bu günlər şəhidlərin əziz xatirəsinə ehtiramın, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda göstərilən qəhrəmanlığın simvoludur. Bu tarixlərin İordaniyada da qeyd olunması iki dost ölkə arasında mövcud olan dərin bağlılığın bariz nümunəsidir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri