Icma.az
close
up
RU
Azərbaycanın əfsanəvi futbolçusu

Azərbaycanın əfsanəvi futbolçusu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi” futbol komandasının kapitanı olmuş Anatoli Banişevskinin adı uşaq vaxtı dilimizdən düşməzdi. Hamımız onu idealımız sayırdıq. 1966-cı ildə yaşıl meydanlarda “vurhavur”larına görə 2 “bürünc” medal qazanmışdı. Birini “Neftçi”nin tərkibində SSRİ çempionatında, digərini isə ölkə yığması ilə Dünya Kuboku yarışlarında. 

Üstündən 60 il keçsə də, Banişevskinin həmin uğurlarından eyni heyranlıqla danışırıq. Təmsilçimiz yığma komandaya yeni cəlb olunsa da, tezliklə parlamış, hətta bir oyunda “het-trik”ə imza atmışdı. 1972-ci ildə isə Avropa çempionatının gümüş medallarını alanlar sırasında o da vardı. Ümumilikdə, hücumçumuz SSRİ yığmasının heyətində meydana çıxdığı 50 matçda rəqibləri 19 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Məşhur “Marakana” stadionunda Pelenin də çıxış etdiyi Braziliya yığmasının qapısına qol vurmuş ilk sovet futbolçusu kimi tarixə düşüb.   

...Məhlə komandamızda hərəmiz “Neftçi”nin bir oyunçusunu təqlid edirdik. Mən Tuayevə aid “7”, Fərhad Markarova aid “10”, Firuz isə Banişevskiyə aid “9” nömrəli maykanı geyinirdik. O vaxtlar qonşuluğumuzdakı “Göyərçin” ərzaq mağazasının yanında oranın müdirinin “Volqa” maşınına da bir möcüzə kimi baxırdıq. Çünki, deyilənə görə, həmin avtomobil təzəliyində Banişevskinin olmuşdu. Onun sürdüyü maşına əl vurmaq bizim üçün böyük fərəh idi.

Qısaca Tolik-Rıjıy-Baniş deyə çağırılan Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda, Polşa əsilli ukraynalı ailəsində doğulub. Uşaq futboluna Bakının “Lokomotiv” klubunda başlayıb. Bir dəfə Razindəki stadionda “Lokomotiv”lə “Spartak”ın yeniyetmələrinin görüşü keçirilirdi. “Neftçi”nin baş məşqçisi Boris Arkadyev və Ələkbər Məmmədov da oyuna baxır, perspektivli futbolçuları gözaltı edirdilər. “Lokomotiv” 4:3 hesabı ilə qalib gəlib və rəqib qapısına qolların hamısını Banişevski vurdu. Məhz həmin oyundan sonra gənc istedad böyük futbola sıçrayış etdı. Onun “ağ-qaralar”da debütü 16 yaşında oldu və düz 15 il yalnız bu komandada oynadı. 

UEFA-nın versiyasına görə, Banişevski Azərbaycanda 50 ilin ən yaxşı futbolçusu seçilib. Bir qədər yaşlanınca Burkina-Fasonun gənclər yığmasında (1987-1988) məşqçilik edib. O, həmçinin “Neftçi”nin, “Avtomobilçi”nin, “Kəpəz”in və “Polad”ın oynayan məşqçisi olub. İlk Azərbaycan futbolçusu kimi məşhur “Fedotov klubu”nun üzvü seçilsin deyə, özü də 1 hissə oynayır və qollarının sayını tələb olunan 100-ə çatdırmağa çalışırdı. Yeri gəlmişkən, xatırladım ki, Banişevski SSRİ çempionatının güclülər dəstəsində 81, birinci liqada 40 və ölkə kuboklarında 15 olmaqla cəmi 136 qol vurub. Çox gözəl nəticədir! Onun “2-ci mərtəbə”dən - baş zərbəsi ilə vurduğu toplar xüsusilə qarşısıalınmaz olurdu. 

Məşhur futbolçu 20 yaşında ikən İrina adlı bir xanımla ailə qurub. Milena və Marina adlı qızları var. İçkiyə aludəçiliyi səbəbindən 30 illik ailəsi dağılandan sonra, həm də şəkərli diabet xəstəsi olan Banişevskini çətin vəziyyətdən köhnə tanışı və pərəstişkarı Səidə xanım xilas edib. Cütlük evlənib. Əfsanə futbolçunun nəvəsi Əli Babayev də bu populyar idman növünə könül verib və bir müddət “Neftçi U-16” komandasında, özü də babası kimi “9“ nömrəli formada oynayıb.

...1995-ci ilin bir yay günündə Banişevski “Neftçi”nin veteranlar heyətinin tərkibində Astaraya – o vaxtkı polis rəisi Əlövsət Əliyevin təşəbbüsü və zəhmətləri hesabına yaradılaraq 2-ci liqada yarışan “Dinamo” ilə yoldaşlıq görüşünə getmişdi. Mən də AzTV-nin bölgə müxbiri kimi oyunu izləyənlər arasında idim. Hərbi şəhərciyin meydanında keçirilən həmin görüş 2:2 hesabı ilə başa çatdı. Axşam məclisində qonaqlardan biri – yenicə “Şöhrət” ordeni almış dünyaşöhrətli futbolçu, Əməkdar idman ustası Ələkbər Məmmədov özünü öyərək dedi:

– Mən 4 dəfə SSRİ çempionu olmuşam. “San Siro” stadionunda İtaliyanın “Milan” komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atmışam.   

Banişevski özündən 16 yaş böyük həmkarına etik çərçivədə, yumşaq şəkildə belə cavab verdi:

– Sən bunları Moskva “Dinamo”sunda oynayarkən etmisən. Amma mən nə etmişəmsə, “Neftçi” heyətində etmişəm. Çoxlu təkliflər gəlsə də, heç vaxt Azərbaycanı tərk etməmişəm və bununla qürur duyuram. 

Doğrudan da, Rusiya, Ukrayna, hətta İngiltərə klubları parlaq istedada malik futbol ulduzunu öz komandalarında görmək istəyiblər, o isə “yağlı vəd”ləri rədd edərək getməyib. Astarada ləpədöyənində oturduğumuz Xəzər dənizinin Bakı sahilini, sevimlisi olduğu Azərbaycan azarkeşlərinin alqışlarını böyük karyeralardan üstün tutub. Burada Beynəlxalq dərəcəli və Əməkdar idman ustası fəxri adlarını alıb.

Tanınmış idman şərhçisi, Əməkdar jurnalist Fikrət Adıgözəllinin ssenarisi əsasında rejissor Elnur Canıyevin ərsəyə gətirdiyi “9 nömrəli oyunçu” sənədli filmində Banişevskidən məhəbbətlə danışılır və dostlarının xatirələri dilə gəlir. Seyrçilər bir daha onun haqqında ən gözəl təriflərin söyləndiyinə şahid olurlar. Futbol yazarı Rasim Mövsümzadənin “Bir qolun tarixçəsi” adlı araşdırma kitabında isə futbolumuzun fəxrinin 1966-cı ilin dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqasının adına yazılan qoldan bəhs edilir. Bəlkə də, dünyada elə bir futbol ulduzu yoxdur ki, vurduğu, amma öz adına yazılmayan bir qol barədə ayrıca kitab nəşr olunsun. Bu, yalnız Banişevskidir.

Haqqında əfsanələr dolaşan Azərbaycanın vətənpərvər oğlu Anatoli Banişevski 50 yaşında “Şöhrət” ordeni ilə təltif olunub. Ulu öndər Heydər Əliyevin ona ünvanladığı təbrik məktubunda yazılmışdı: “Sizin dünya və Avropa çempionatla­rında nümayiş etdirdiyiniz yüksək peşə­karlıq və böyük məharət Azərbaycanın idman şərəfini ucaltmışdır. İngiltərə, Braziliya, Almaniya və başqa ölkələrin meydanlarında yüz minlərlə azarkeş sizi alqışlamış, misilsiz ustalığınıza hey­ran olmuşdur. Siz Azərbaycan futbolu­nun əsl fədakarı olmuş, komandamızın ən çətin anlarında öz kömək və bacarı­ğınızı əsirgəməmisiniz. Azərbaycan idmanının inkişafında və gənclərin təlim-tərbiyəsi sahəsində fəaliyyətiniz də yüksək qiymətə layiq­dir”.

Anatoli Banişevski həmin təltifdən 1 il sonra, 1997-ci il dekabrın 10-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda torpağa tapşırılıb.   

Əli NƏCƏFXANLI

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Fevral 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see583

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see289

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see268

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see267

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see251

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see251

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see248

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see227

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see220

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see216

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see212

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see211

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see204

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see195

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see192

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see189

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see177

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see173

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri