“Qalatasaray”ın əfsanəvi futbolçusu vəfat etdi
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Cevad Prekazi 69 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub əfsanəvi futbolçusunun vəfatı ilə bağlı başsağlığı mətni yayımlayıb.
“Unudulmaz qolları və yaşatdığı sevinclərlə bir nəsli "Qalatasaray" azarkeşinə çevirən Prekazi qəlbimizdə daim yaşayacaq. Səni unutmayacağıq”, – deyə açıqlamada bildirilib.
1957-ci ildə anadan olan Prekazi 1985–1991-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, İstanbul klubu ilə iki dəfə Türkiyə çempionu, bir dəfə ölkə kubokunun və üç dəfə Superkubokun qalibi olub.
Qeyd edək ki, sabiq yarımmüdafiəçi karyerası ərzində “Partizan”, “Hayduk Split”, “Altay” və “Bakırköyspor” klublarında da çıxış edib.
Günün oyunları bu kanallarda - TV AFİŞA “Liverpul”un sabiq üzvü karyerasını BAŞA VURDU Konseysao “Fənərbaxça”ya niyə gəlmədi? – Səbəb bəlli oldu “Qalatasaray”a Osimhen şoku – 3 həftə oynamayacaq Emre Belözoğlu “Fənərbaxça” ilə rəsmi müqavilə imzaladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Noyabr 2026 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















