Azərbaycanın əleyhinə danışan deputatı səhnədə söydülər Video
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tez-tez anti-Azərbaycan mövqeyi ilə gündəmə gələn rusiyalı deputat Vitali Milonov növbəti dəfə sərt reaksiyalarla üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, insident Rusiyada keçirilən “İlin şansonu” mükafatlandırma mərasimində baş verib. Tədbirə dəvət olunan deputat səhnəyə məşhur ifaçı Mixail Şufutinski ilə birlikdə çıxıb.
Lakin gözlənilmədən zaldan Milonova qarşı kəskin etiraz səsləri yüksəlib.
Şahidlərin sözlərinə görə, deputatın ünvanına təhqiramiz ifadələr səsləndirilib və onu səhnədən getməyə çağırıblar. Baş verənlər canlı yayım zamanı da qeydə alınıb.
Qeyd edək ki, Vitali Milonov daha əvvəl də anti-Azərbaycan ritorikası və sərt çıxışları ilə diqqət çəkib. Bu səbəbdən onun ictimai tədbirlərdə belə reaksiyalarla üzləşməsi təsadüfi sayılmır.
Hadisənin görüntüləri sosial şəbəkələrdə qısa müddətdə yayılaraq geniş müzakirələrə səbəb olub. İnsanlar baş verənləri Milonovun əvvəlki açıqlamalarına verilən cavab kimi qiymətləndirir. /Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Aprel 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















