Icma.az
close
up
RU
Azərbaycanın suverenliyi əleyhinə cinayətlər

Azərbaycanın suverenliyi əleyhinə cinayətlər

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 17-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə hakim Zeynal Ağayev bildirib ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs məhkəməyə müraciət ünvanlayaraq üzrlü səbəbdən prosesdə iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və iclasda elan olunmasını xahiş ediblər.

Tərəflər həmin zərərçəkənlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

Z.Ağayev deyib ki, həmin ifadələr növbəti iclaslarda elan olunacaq.

Sonra məhkəmə iclası sənədlərin elan olunması ilə davam etdirilib.

Belə ki, təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Bako Sahakyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, Levon Mnatsakanyan və digərlərinin bir sıra internet informasiya resurslarına müsahibələri, keçirdiyi görüşlərdə açıqlamaları və səsləndirdikləri fikirlər, eləcə də sosial şəbəkələrdə paylaşımları əsasında sənədlər tədqiq olunub.

Sənədlərə əsasən, həmin müsahibələrdə, açıqlamalarda, çıxışlarda, paylaşımlarda xalqlar arasında etnik, milli və dini düşmənçiliyin yayılmasına zəmin yaradan çağırışlar, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi əleyhinə çıxışlar və digər cinayət xarakterli məlumatlar, habelə müharibəyə və terrorçuluq törədilməsinə dair çağırışlar əksini tapıb.

Sənədlərin elanı başa çatdıqdan sonra iclasa sədrlik edən təqsirləndirilən şəxslərə həmin sənədlərə münasibət bildirmələri üçün söz verib.

Təqsirləndirilən şəxs L.Mnatsakanyan çıxış edərək, onun Cıdır düzündə erməni jurnalistə verdiyi müsahibənin yenidən tədqiq olunmasını istəyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov həmin müsahibənin ötən məhkəmə iclaslarının birində təqsirləndirilən şəxslərin dindirilməsi zamanı nümayiş etdirildiyini və Levon Mnatsakanyanın da bununla bağlı dövlət ittihamçılarının suallarını cavablandırdığını deyib. Vurğulayıb ki, sözügedən müsahibə həmin iclasda tədqiq olunanda Levon Mnatsakanyan razılaşmadığı hissələrə dair fikirlərini bildirib və bu, iclas protokolunda da öz əksini tapıb. Dövlət ittihamını müdafiə edən prokuror həmin sübutun yenidən tədqiqinə ehtiyac olmadığını deyib və məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edib.

Bundan sonra hakim Zeynal Ağayev sözügedən videomüsahibənin nümayiş olunduğu iclasın protokolundan Levon Mnatsakanyanın narazılığını bildirdiyi hissəni elan edib.

Ardınca təqsirləndirilən D.İşxanyan məhkəməyə müraciət edərək, Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mediaya müsahibəsinin videosuna baxmağa şərait yaradıldığını bildirib.

Qeyd edək ki, D.İşxanyan əvvəlki məhkəmə iclasında həmin videonun təqsirləndirilən şəxslərə verilən planşetə yüklənməsini istəmişdi.

D.İşxanyan, həmçinin qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənədin surəti ilə tanış olmaq istəyib.

Əmrin surəti tanış olmaq üçün təqsirləndirilən şəxsə təqdim edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər Davit İşxanyan və David Babayan elan edilmiş sənədlərdə göstərilən bir çox xüsusatla razı olmadıqlarını bildirdilər.

Təqsirləndirilən şəxs A.Qukasyan çıxışında elan olunan sənədlərlə bağlı növbəti məhkəmə iclasında münasibət bildirməsinə şərait yaradılmasını məhkəmədən xahiş edib.

Hakim Zeynal Ağayev xahişin nəzərə alınacağını bildirib.

Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri