Icma.az
close
up
RU
Rusiya mətbuatı həmişə Azərbaycanın əleyhinə danışıb Elçin Şıxlı

Rusiya mətbuatı həmişə Azərbaycanın əleyhinə danışıb Elçin Şıxlı

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rusiya hay-küy salmaqla guya Azərbaycanı qorxutmaq istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı Azərbaycanın Moskvadakı səfirinin Rusiya XİN-nə çağırılması və ona Azərbaycan mətbuatında Rusiya barədə gedən yazılarla bağlı edilən etirazı şərh edərkən deyib.

"Rusiya mətbuatı artıq çoxdan mətbuat olmaqdan çıxıb, "döyüş vərəqəsi"nə çevrilib. Digər tərəfdən, Qarabağın işğalı, 44 günlük müharibə və 2023-cü ilin bir günlük ildırımsürətli əməliyyatı dövründə Rusiya mətbuatı hər zaman Azərbaycanın əleyhinə danışıb, erməniləri yaxşı müstəvidə, azərbaycanlıları isə pis müstəvidə təbliğ etməyə çalışıblar. Bu mənada Rusiya mətbuatı yenə də həmin prosesi davam etdirir. İndi özlərinin yaralı yerlərinə toxunduğumuza görə, yerlərində hoppanıb düşürlər", deyə o bildirib.


Elçin Şıxlı qeyd edib ki, "Zerkalo" saytı artıq 3 ildir Leninqrad vilayət məhkəməsinin qərarı ilə "Roskomnadzor” tərəfindən Rusiyada bloklanıb:

"Buna da səbəb onların xüsusi hərbi əməliyyat adlandırdıqları Ukrayna müharibəsini "Zerkalo" saytının işğal və müharibə adlandırması olub".

Həmsöhbətimiz deyib ki, yalanlarının üstünün açılması, həqiqətin üzə çıxması Kremlin xoşuna gəlmir:

"Rusiya mətbuatı AZAL-ın qəzaya uğrayan təyyarənin qəhrəman pilotlarının Aktauya getmək barədə qərarı guya onların özlərinin verdikləri yalanını uydurdular. Amma Qazaxıstanın rəsmi şəxsləri qara qutudakı məlumatlara istinadən deyiblər ki, rus mətbuatında bu barədə yayılan məlumatlar yalandır. Rusiya sadəcə hay-küy salıb, onun  ətrafında guya ölkəmizi qorxutmaq istəyir". 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib. Bu barədə Rusiya XİN məlumat yayıb. 

Məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında gedən yazılarda Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyib. "Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda "Rus Evi"nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların  tamamilə əsassız olduğu bildirilib. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri