Icma.az
close
up
RU
“Azərbaycanın əlində öz açdığı cinayət işi var...” “Bastrıkinin məktbu ziddiyətlərlə doludur”

“Azərbaycanın əlində öz açdığı cinayət işi var...” “Bastrıkinin məktbu ziddiyətlərlə doludur”

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsinin vurulması ilə bağlı Bakıya göndərdiyi məktub ziddiyyətlər və məntiqi uyğunsuzluqlarla doludur. Xarici işlər naziri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, o mətn həm məntiq, həm də hüquqi ardıcıllıq baxımından anlaşılmazdır”.

Hurriyyet.az Azpolitika.az-a istinadən  xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov sözügedən olayı şərh edərkən bildirib.

Xatırladaq ki, A.Bastrıkin məktubda əvvəlcə cinayət işinin başa çatdığı və dayandırıldığı qeyd olunub. Lakin sonrakı abzaslarda qəzanın səbəblərini araşdırmaq üçün kompleks aviasiya-texniki məhkəmə ekspertizasının təyin olunduğu, bu ekspertizanın isə hələ başa çatmadığı bildirilir.

Ekspertizanın nəticələrindən sonra isə bərpa olunmuş cinayət işi çərçivəsində əlavə hüquqi qiymət veriləcəyi planlaşdırılır. Məktubda qəzaya səbəb kimi hava şəraiti və buludluluq göstərilib. Həmçinin, sığorta ödənişlərinin həyata keçirildiyi qeyd olunur.

“Bu, Rusiyanın baş hüquqşünasının, tez-tez siyasi bəyanatlarla və antimigrant ritorikası ilə gündəmə gələn bir şəxsin imzasını daşıyan məktubdur. Məktub isə ziddiyyətlərlə doludur və açıq-aşkar suallar yaradır”, – deyə F.Məmmədov bildirib.

Onun sözlərinə görə, məktubda əvvəlcə cinayət işinin başa çatdığı qeyd olunur. Ardınca isə “toplanmış sübutların məcmusuna əsasən cinayət işinin dayandırıldığı” bildirilir. Lakin növbəti abzasda Bastrıkin qəzaya uğramanın səbəblərini müəyyən etmək üçün kompleks aviasiya-texniki məhkəmə ekspertizasının təyin edildiyini və bu ekspertizanın hələ başa çatmadığını yazır.

Politoloq qeyd edib ki, məktubun sonunda isə daha bir ziddiyyətli məqam yer alır: ekspertizanın nəticələrindən sonra “bərpa olunmuş cinayət işi çərçivəsində” hadisəyə əlavə hüquqi qiymət veriləcəyi bildirilir.

“Belə çıxır ki, cinayət işi həm bağlanıb, həm də bərpa olunub. Bu, ‘Prostokvaşino məktubu’nu xatırladır, amma müəllifi Rusiyanın İstintaq Komitəsinin sədridir”, – deyə Fərhad Məmmədov ironik şəkildə vurğulayıb.

O, məktubda qəzaya səbəb kimi hava şəraitinin, konkret olaraq buludluluğun göstərilməsini də kəskin tənqid edib: “Buludluluq?! Təyyarə və buludlar… Nə duman, nə texniki nasazlıq – sadəcə buludlar. Bu, tamamilə absurddur”.

Məmmədov diqqətə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putin hələ oktyabr ayında Düşənbədə baş verənlərə qiymət verərək, təyyarənin Rusiya Silahlı Qüvvələrinin HHM sisteminin fəaliyyəti nəticəsində vurulduğunu faktiki olaraq etiraf edib.

“Bu halda sual yaranır: Bastrıkin Putinin artıq səsləndirdiyi mövqeyi dəyişməyə çalışır, yoxsa bu, Rusiyanın baş müstəntiqinin şəxsi təşəbbüsüdür?” – deyə politoloq bildirib.

Fərhad Məmmədov məktubda “kompensasiya ödənişlərinin təşkil edildiyi” barədə deyilənlərin də həqiqətə uyğun olmadığını vurğulayıb: “Sığorta ödənişləri kompensasiya deyil. Bu, hüquqi baxımdan tamamilə fərqli anlayışdır”.

Politoloqun fikrincə, məktubun 17 dekabr tarixində göndərilməsi təsadüfi deyil və məqsəd prosesi uzatmaq, əlavə ekspertizalara istinad etməklə vaxt qazanmaqdır. O bildirib ki, Rusiya artıq faktı tanıyıb və üzrxahlıq edib, indi isə əsas məsələ kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılmasıdır.

“Bu cür ziddiyyətli və qeyri-peşəkar addımlar Azərbaycanın mövqeyini dəyişmir. Bakı hələlik gözləmə mövqeyindədir, çünki Putinin etirafı hələ də siyasi əhəmiyyətini saxlayır. Lakin Bastrıkinin məktubundan sonra Azərbaycanda Rusiyanın adekvat addımlar atacağına dair şübhələr yarana bilər”, – deyə Məmmədov qeyd edib.

Politoloq vurğulayıb ki, Azərbaycanın əlində öz açdığı cinayət işi var və zərurət yaranarsa, beynəlxalq məhkəmələrə müraciət etmək imkanları da mövcuddur.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri