Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bastrıkinin əlinə lupa vermək lazımdır

Bastrıkinin əlinə lupa vermək lazımdır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Kubra Məhərrəmova yazır...

Dünən məlum oldu ki, Rusiyada başbilənin sözünün kəsəri itib.

Çünki ölkənin prezidenti bir söz deyir, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin başqa söz.

Dünən mediaya sızan bir məlumat Rusiyanın orta əsrlər dövrünə qayıtması və sanki knyazlar tərəfindən idarə olunması barədə düşünməyə vadar etdi.

Sənədin qısa xülasəsi odur ki, rəsmi Moskva məsuliyyətdən boyun qaçırır: "2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib".

Bunu da öz imzası ilə Rusiya İstintaq Komitəsinin (İK) rəhbəri Aleksandr Bastrıkin təsdiq edib.

25 dekabr 2024-cü ildə "Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) "J2-8243" nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer E190" təyyarəsinin qəzaya uğraması (vurulması) Bakı ilə Moskva arasında soyuq deyil, şaxtalı münasibətlərin yaranmasına səbəb oldu.

Kreml hər nə qədər nala-mıxa vurmaq istəsə də, rəsmi Bakının siyasi iradəsi nəhayət Düşənbə görüşündə öz nəticəsini verdi.

Rusiya Prezidenti Vladimir Putin 2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin Rusiya HHM kompleksi tərəfindən Qroznı üzərində buraxılmış iki raketin hücumuna məruz qaldığını açıqladı. Daha sonra bildirdi ki, "hücum qəsdən olmayıb - HHM Ukrayna dronlarını vurmaq istəyib". Əlavə etdi ki, "belə faciəli hallarda lazım olan hər şey Rusiya tərəfindən kompensasiya ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək".

Buraya kimi hər şey aydındır. Aydın olmayan odur ki, "əlində lupa gəzən" Bastrıkin niyə ağsaqqalın üzünə qayıdır?

İndi deyəcəksiniz ki, bu nə lupa söhbətidir?

Qayıdaq 2019-cu ilə. Deməli, o vaxt İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin bir şəkli yayıldı. Fotoda Bastrıkin notbukun ekranındakı görüntünü guya diqqətlə araşdırdığı üçün monitora böyüdücü şüşədən (lupadan) baxır. O zaman bu faktı cəmiyyət (Rusiyada) gülüşlə qarşılamış və generalın intellektual səviyyəsinin müzakirəsi üçün əsaslı şübhələr yaranmışdı.

Axı kompüterin özünün böyütmə funksiyası var. Deməli, burada məsələ elmi-texniki tərəqqidə deyil, köhnə və küt düşüncəyə sahib birinin əlində sərhədsiz hakimiyyətin olmasındadır. Təsəvvür edin ki, əlinin altında ən son model kompüter var, amma sənin beynin hələ də lupanın ümidinə qalıb.

Amma lupanı bu qədər sevən Bastrıkin nədənsə AZAL təyyarəsinin üzərində olan qəlpə izlərini görmür. Təyyarənin Rusiya HHM kompleksi tərəfindən buraxılan raket nəticəsində zədə aldığını da görmür. Putinin cənab Əliyevə dediyi sözləri, verdiyi vədləri də eşitmir. Ya da Bastrıkinin lupası o vədlərin yazıldığı internet səhifələrini böyütmür.

Buradan da üç ehtimal doğur: ya Putin yalan danışıb, ya Bastrıkin dövlət başçısını vecinə almır, ya da artıq Rusiyada dövlətçiliyin təməli laxlayıb.

Hər üç ehtimal rəsmi Moskva üçün biabırçı göstəricidir. Hər biri eyni dərəcədə dağıdıcıdır.

Əgər Putin yalan danışıbsa, deməli, Rusiya dövlətinin ali səviyyəsində beynəlxalq tərəfdaşa verilən sözün heç bir hüquqi və siyasi çəkisi yoxdur. Bu halda prezidentin bəyanatları diplomatik jest yox, sadəcə, manipulyasiyadır. Belə bir dövlətlə nə razılaşma bağlamağın, nə də təhlükəsizlik zəmanəti axtarmağın mənası qalır.

Əgər Bastrıkin dövlət başçısını eyninə almırsa, bu artıq idarəetmə böhranı deyil. Bu, hakimiyyətin parçalanmasıdır. O zaman Rusiya Federasiyasında hüquqi qərarları seçilmiş siyasi rəhbərlik yox, özbaşına davranan güc strukturları verir. Bu isə ölkəni faktiki olaraq "dövlət daxilində dövlətlər" modelinə salır.

Əgər Rusiyada dövlətçiliyin təməli laxlayıbsa, yəni prezidentin sözləri ilə hüquqi mexanizmlər arasında əlaqə qırılıbsa, onda söhbət hüquqdan, məsuliyyətdən, siyasi iradədən yox, sadəcə, gücdən gedir.

Əlbəttə, indi məsuliyyət "hava şəraiti"nin, "texniki səhvlərin" və ya hansısa sehrli qüvvələrin üzərinə atıla bilər. Amma görünən odur ki, Rusiyada it yiyəsini tanımır. Tablonu hər nə qədər "lupa" ilə böyütsək də, nəticə dəyişmir. Sadəcə, ortaya yeni detallar çıxır.

Düşünürəm ki, bu gün həmin "lupa"dan elə cənab Putin də istifadə etməlidir. Böyüdücü şüşə altında bütün generallarının fəaliyyətini öyrənməli, ona qarşı çıxanları, sözünün qarşısına söz qoyanları, "müstəqil" siyasət yürüdənləri müəyyən etməlidir. Axı cənab Putin özü də keçmiş "çekistdir". Amma necə deyərlər, keçmiş "KQB"çi olmur. Zənnimcə, Putin də anlayır ki, onun tabeçiliyində olan kəslərin belə özbaşınalığı yaxşı nəticə verməyəcək.

Ya o, "lupa"nı Bastrıkinin əlinə verməlidir, ya da...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri