Icma.az
close
up
RU
Hava şəraiti cinayət törədir, işi Bastrıkinin komitəsi bağlayır Yaxud Rusiyada söz sahibi kimdir?

Hava şəraiti cinayət törədir, işi Bastrıkinin komitəsi bağlayır Yaxud Rusiyada söz sahibi kimdir?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnternetdə Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış sənəd dolaşmaqdadır. Sənəddə qeyd olunur ki, AZAL təyyarəsi guya əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib və sonradan eniş zamanı yerə çırpılıb. Bu əsasla da cinayət işinə xitam verildiyi qeyd olunur.

Təbii ki, bu cür ifadələr baş vermiş faciəyə görə məsuliyyətdən yayınmaq cəhdidir. Çünki qəzadan az sonra yayılan məlumatlarda AZAL təyyarəsinin "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qaldığı bildirilirdi. 2025-ci ilin son günlərində Qazaxıstan Nəqliyyat Nazirliyinin yaydığı istintaq məlumatlarına görə də "hava gəmisinə dəymiş zədələrin döyüş başlığının zərərverici elementləri tərəfindən yaradıldığı ehtimal edilir".

O zaman Rusiya İstintaq Komitəsi hadisəni necə hava şəraiti ilə bağlaya bilər? Bu halda belə çıxır ki, 38 insanın həlak olmasına, 27 nəfərin yaralanmasına görə təqsirli şəxslər məsuliyyətə cəlb edilməyəcəklər. Halbuki faciəyə görə məsuliyyəti məhz Rusiya tərəfi daşıyır.

Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevə söz vermişdi ki, məsələ araşdırılacaq, ancaq görünən odur ki, rəsmi Moskva məsuliyyətdən yayınır. Bunu necə başa düşmək olar? Prezident Putin başqa söz deyir, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin başqa.

Hadisə cinayət tərkiblidir və konkret vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Burada ən böyük absurd isə ondan ibarətdir ki, Rusiya tərəfi həm faciəni etiraf edir, həm də günahkar olmadığını iddia edir. Bu isə ən azı məsuliyyətsizlikdir.

Belə çıxır ki, Rusiyada dövlət başçısının verdiyi söz belə "əlverişsiz istintaq şəraiti"nə düşəndə qüvvədən düşür. Əgər Rusiya tərəfi, doğrudan da, obyektiv araşdırma aparmaq niyyətində idisə, bu cür tələsik və məntiqsiz qərarlarla məsələni bağlamamalı idi. Belə çıxır ki, Moskva faciəni araşdırmaq yox, bağlamaq istəyir ki, sabah analoji hadisə baş verəndə yenə eyni ssenari işə düşsün, günahkar tapılmasın, məsuliyyət də "təbiət"ə yüklənsin. Bu yanaşma isə təkcə faciə qurbanlarına deyil, həm də Azərbaycan dövlətinə qarşı siyasi etinasızlıq, qərəzli yanaşma və ədalətsiz davranışdır. Çünki burada söhbət Azərbaycan vətəndaşlarının həyatından gedir.

Putinin verdiyi sözün kağız üzərində qalıb-qalmaması isə ayrıca sualdır. Əgər Rusiya prezidentinin verdiyi təminat İstintaq Komitəsinin bir məktubu ilə puç edilirsə, deməli, problem təkcə Bastrıkində deyil, sistemdədir. Bu yanaşma isə qəbuledilən deyil. İnsanların ölümü ilə nəticələnən hadisəyə görə heç kimin məsuliyyət daşımaması faşist yanaşmasıdır və beynəlxalq hüququn da norma və prinsiplərinə açıq hörmətsizlikdir. Bu iş bağlanmayıb. Sadəcə, Bastrıkinin simasında Moskva onu bağladığını düşünür, amma unudur ki, bağlanan istintaqlar yeni suallar açır. Bu suallar isə nə qədər cavabsız qalsa, bir o qədər də yüksək tonla səslənəcək. Rusiya unutmasın ki, nə məsuliyyətdən qaçmaq olar, nə də tarixdən.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü daxil olmaqla 67 nəfər olub. Onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olub. 29 nəfər sağ qalıb. Cari il yanvarın 7-də Braziliyada Aktau yaxınlığında qəzaya uğramış "Azerbaijan Airlines" təyyarəsinin qara qutularının açılmasının başa çatdığı məlum olub. Qeyd edilib ki, əldə edilən məlumat Qazaxıstana göndərilib. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş qəzanın araşdırılması üzrə ilkin hesabat ortaya çıxıb. Hesabatda hadisələrin xronologiyası və zədələrin fotoşəkilləri təqdim edilib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Yanvar 2026 01:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri