Azərbaycanın elmi və mədəni irsi Londonda təqdim olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Zöhrə Əliyeva Londonda keçirlən beynəlxalq kitab sərgisində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə dünya üzrə 1200-dən çox nəşriyyat və elmi-ədəbi təşkilat təmsil olunub. Elm, nəşriyyat, akademik əməkdaşlıq və mədəni mübadilə sahəsində ən böyük beynəlxalq platformalardan biri olan sərgidə Azərbaycanın elmi və mədəni irsinə İtaliya, Kanada, ABŞ, İngiltərə, Türkiyə, Almaniya və digər ölkələrin nəşriyyatları xüsusi maraq göstəriblər. Yeni peşəkar əlaqələr qurulub və perspektivli beynəlxalq əməkdaşlıq imkanları yaradılıb. Xarici nəşriyyat nümayəndələri Azərbaycan tədqiqatçılarının əsərlərini öz ölkələrində nəşr etməyə maraq göstərdiklərini və ilkin razılıqlar əldə etdiklərini bildiriblər.
Eyni zamanda, Londonda Yunus Əmrə İnstitutunda XV əsrin böyük sufi filosofu Seyid Yəhya Bakuvi haqqında sənədli film nümayiş olunub. Film nümayişi filosofun irsi və onun İslam dünyasının mədəniyyətinə təsiri mövzusunda elmi konfransla müşayiət edilib. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə açılış nitqi ilə (onlayn) çıxış edib.
Konfransda Zöhrə Əliyeva (Azərbaycan), professor Raşida Şiş (Sorbonna, Milli Elmi-Tədqiqat Mərkəzi, Fransa), professor Leyla Xəlifa (İordaniya), fəlsəfə doktoru Farida Seyidova (Azərbaycan), doktor Nil Vatson (İngiltərə) məruzələrlə çıxış ediblər. Müzakirələrdə Seyid Yəhya Bakuvi irsinin mədəniyyətlərarası dialoq və humanitar düşüncənin inkişafındakı əhəmiyyəti vurğulanıb.
Yunus Əmrə İnstitutunun rəhbərliyi tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və gələcəkdə oxşar elmi-mədəni layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
AMEA Fəlsəfə və Sosologiya İnstitutunun nümayəndələrinin beynəlxalq kitab sərgisində iştirakı və Londonda elmi-mədəni tədbirlər keçirməsi Azərbaycan elminin beynəlxalq səviyyədə təbliği, akademik əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 18 Mart 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















