Icma.az
close
up
RU
Azərbaycanın ən hündür və unikal binası... Foto

Azərbaycanın ən hündür və unikal binası... Foto

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın memarlıq tarixində daha bir sensasiya sayılacaq layihəyə imza atılır.

Xalqcebhesi.az Qaynarinfo-a istinadən xəbər verir ki, dünyaca məşhur memar Şon Killa (Shaun Killa) "Sea Breeze Resort” üçün möhtəşəm bir layihə – "Iconic Tower” üzərində çalışır. Bu layihə Azərbaycanın ən unikal və hündür tikilisi olacaq. "Sea Breeze" kompleksinin sahibi, iş adamı Emin Ağalarovun verdiyi məlumata görə, "Iconic Tower"in hündürlüyü 300 metrə çatacaq. Layihədə innovativ dizayn, dayanıqlılıq və müasir texnologiyaların tətbiqi əsas yerləri tutur. Bu, həm texniki, həm də estetik baxımdan müasir memarlıq incisi olacaq.

"Iconic Tower” layihəsi Azərbaycanın memarlıq sahəsində müasir dövrdəki ən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir. Layihənin əsas məqsədi memarlıq standartlarını yüksəltmək, turistləri və xarici sərmayəçiləri cəlb etməkdir. Gözləntilərə görə, bu bina regionun əsas memarlıq simvollarından birinə çevriləcək.

Tikinti işlərinə yaxın zamanda başlanacağı gözlənilir.

Layihəni hazırlayan Şon Killa, dünyada məşhur olan və bir çox mükafatlar qazanan memardır. Onun ən tanınmış əsərlərindən biri Dubaydakı "Gələcəyin Muzeyi”dir. Memar, "Iconic Tower”in də funksionallığı və estetik görünüşü ilə unikal bir nümunə olacağını bildirib:

"Mən səbirsizliklə bu eleqant qüllə layihəsinin Bakıda həyata keçməsini gözləyirəm. Bu, "Sea Breeze"i dünyada tamamilə yeni bir səviyyəyə qaldıracaq".

Layihə "Sea Breeze Resort”un genişlənmə planının bir hissəsidir. Kurort kompleksinin rəhbəri Emin Ağalarovun təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın turizm sektorunun inkişafında mühüm addımdır. "Iconic Tower” təkcə "Sea Breeze"in deyil, həm də Azərbaycanın qlobal səviyyədə tanınmasına töhfə verəcək.

Layihənin detallarının yaxın aylarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Noyabr 2024 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see243

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see229

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see202

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see191

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see186

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see152

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri