Icma.az
close
up
RU
Azərbaycanın ən hündür və unikal binası...

Azərbaycanın ən hündür və unikal binası...

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın memarlıq tarixində daha bir sensasiya sayılacaq layihəyə imza atılır.

Turkustan.az Qaynarinfo-a istinadən xəbər verir ki, dünyaca məşhur memar Şon Killa (Shaun Killa) "Sea Breeze Resort” üçün möhtəşəm bir layihə – "Iconic Tower” üzərində çalışır. Bu layihə Azərbaycanın ən unikal və hündür tikilisi olacaq.

"Sea Breeze" kompleksinin sahibi, iş adamı Emin Ağalarovun verdiyi məlumata görə, "Iconic Tower"in hündürlüyü 300 metrə çatacaq. Layihədə innovativ dizayn, dayanıqlılıq və müasir texnologiyaların tətbiqi əsas yerləri tutur. Bu, həm texniki, həm də estetik baxımdan müasir memarlıq incisi olacaq.

"Iconic Tower” layihəsi Azərbaycanın memarlıq sahəsində müasir dövrdəki ən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir. Layihənin əsas məqsədi memarlıq standartlarını yüksəltmək, turistləri və xarici sərmayəçiləri cəlb etməkdir. Gözləntilərə görə, bu bina regionun əsas memarlıq simvollarından birinə çevriləcək.

Tikinti işlərinə yaxın zamanda başlanacağı gözlənilir.

Layihəni hazırlayan Şon Killa, dünyada məşhur olan və bir çox mükafatlar qazanan memardır. Onun ən tanınmış əsərlərindən biri Dubaydakı "Gələcəyin Muzeyi”dir. Memar, "Iconic Tower”in də funksionallığı və estetik görünüşü ilə unikal bir nümunə olacağını bildirib:

"Mən səbirsizliklə bu eleqant qüllə layihəsinin Bakıda həyata keçməsini gözləyirəm. Bu, "Sea Breeze"i dünyada tamamilə yeni bir səviyyəyə qaldıracaq".

Layihə "Sea Breeze Resort”un genişlənmə planının bir hissəsidir. Kurort kompleksinin rəhbəri Emin Ağalarovun təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın turizm sektorunun inkişafında mühüm addımdır. "Iconic Tower” təkcə "Sea Breeze"in deyil, həm də Azərbaycanın qlobal səviyyədə tanınmasına töhfə verəcək.

Layihənin detallarının yaxın aylarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Noyabr 2024 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see290

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see267

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see266

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see266

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see262

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see256

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see250

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see241

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see233

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see225

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see221

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see215

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see215

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see200

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see197

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see192

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see186

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri