Icma.az
close
up
RU
Azərbaycanın enerji sektorunun inkişafına dünyanın da ehtiyacı var MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanın enerji sektorunun inkişafına dünyanın da ehtiyacı var MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

""8 Noyabr" elektrik stansiyası gücünə görə Azərbaycanın ən böyük elektrik stansiyası sayılır. "Mingəçevir" Su Elektrik Stansiyası əgər vaxtı ilə Sovet Azərbaycanının ən böyük enerji mənbəyi idisə, bu gün "8 Noyabr" müstəqil Azərbaycanın ən böyük enerji mənbəyi kimi fəxarətlə qeyd edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji siyasəti ümumiyyətlə iqtisadi sektorun ən aparıcı sahəsinə çevrilib. Buna həm cəmiyyətin, həm də Azərbaycanın enerji sektorunun inkişafına dünyanın böyük ehtiyacı var: "Tək-tək ölkələr var ki, onlarda enerji sektorunun hərtərəfli şaxələndirilməsi və inkişaf etdirilməsi təkcə ölkənin milli tələbatı çərçivəsində nəzərdən keçirilir. Eyni zamanda enerji sektorunun inkişafı bəzi ölkələrin timsalında artıq qlobal, regional, dünya əhəmiyyətli prosesə çevrilir. Bu nöqteyi-nəzərdən Azərbaycan təqdirəlayiq bir nümunədir. Çünki Azərbaycanın enerji sektorunun hərtərəfli və şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi göz qabağındadır. Burada həm regional maraqlar nəzərə alınır, həm də Avrasiya boyunca enerji xətlərinin təkmilləşdirilməsi və onun ətrafında əməkdaşlıq şəbəkələrinin qurulması məsələsi var. Azərbaycan enerji sektorunun inkişafına həm ənənəvi enerji sahələrinin inkişafı, həm də alternativ enerji mənbələrinin yaradılması baxımından yanaşır. Azərbaycan bu iki istiqamət arasında az ölkəyə nəsib olan bir balans yarada bilib. Bu gün Azərbaycanın tam mənada enerji təhlükəsizliyini təmin etdiyinə heç kim şübhə edə bilməz.

İllər əvvəl "Mingəçevir" Su Elektrik Stansiyasında baş verən qəza bütün ölkədə müvəqqəti də olsa problem yaratmışdı. Bu da onun göstəricisi idi ki, enerji sektoru hələ də Sovet dövründən qalan sistemlərə müəyyən qədər bağlı idi. Amma "8 Noyabr" stansiyası işə düşdükdən sonra artıq tam təminatla demək olar ki, belə bir risk yoxdur. Çünki Azərbaycanın enerji sistemi indi həm daha müstəqildir, həm də daha təhlükəsizdir. Bu, artıq bir enerji təhlükəsizlik sistemidir. Burada da "8 Noyabr" elektrik stansiyasının xüsusi rolu var. O, müstəqil Azərbaycanın enerji təhlükəsizliyinin əsas təminatlarından biridir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri