Icma.az
close
up
RU
Azərbaycanın futbol komandası Avropa reytinqində sonuncudur

Azərbaycanın futbol komandası Avropa reytinqində sonuncudur

UEFA qadınlardan ibarət futbol komandalarının reytinq cədvəlini yeniləyib. Siyahıda Azərbaycan 1 komanda ilə ürək açmayan mövqedə təmsil olunur.

QOL.az xəbər verir ki, reytinqə "Barselona" liderlik edir. Kataloniya təmsilçisinin aktivində 126,599 xal var. "Lion" 2-ci, "Çelsi" 3-cüdür. 

Reytinqdə təmsil olunan Azərbaycanın yeganə qadın komandası "Neftçi" isə sonuncu - 121-ci yerdədir.

İlk "10-luq" aşağıdakı kimidir:

1. “Barselona” (İspaniya) — 126,599 xal

2. “Lion” (Fransa) — 110,199 xal

3. “Çelsi” (İngiltərə) — 102,833 xal

4. “Bavariya” (Almaniya) — 88,266 xal

5. PSJ (Fransa) — 82,197 xal

6. "Volfsburq" (Almaniya) - 81,266 xal

7. "Arsenal" (İngiltərə) — 59,833 xal

8. "Real" (İspaniya) — 53,599 xal

9. "Mançester Siti" (İngiltərə) — 47,833 xal

10. "Yuventus" (İtaliya) — 46,600 xal

seeBaxış sayı:59
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri