Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 13 iyun, AZƏRTAC
AFFA-nın təşkilatçılığı ilə Slovakiyada UEFA Pro kursunun 2-ci mərhələsi keçirilir.
Milli asossiyasidan AZƏRTAC-a verilən məlumata görə, tədbirin təşkilində məqsəd Slovakiyada baş tutan 21 yaşadək milli komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarından analiz və müzakirələrin aparılmasıdır.
Təlimatçılar Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və Ramin Quliyevin rəhbərliyi ilə keçirilən kursa 10 iştirakçı qatılıb. Bunlar Elnur Çodarov, Fərid Namazov, Elman Sultanov, Çudomir Çakarov, Rüstəm Məmmədov, Vaqif Cavadov, Rəşad Abdullayev, Aqil Nəbiyev, Aleksandr Qross və Zamir Həsənovdur.
Qeyd edək ki, Slovakiyanın Bratislava, Trnava, Nitra və Dunayska Streda şəhərlərində təşkil olunan Avropa çempionatı iyunun 28-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















