Azərbaycanın qrup komandası Avropa kubokunda gümüş medal qazanıb
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, komandamız Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət heyətlə üç top və iki halqa ilə kompozisiyanın icrasından sonra fəxri kürsüdə yer alıb.
Gimnastlarımız 25,150 xal toplayaraq ikinci yeri tutublar. Qızıl medal isə Bolqarıstan gimnastlarına qismət olub.
Eyni zamanda, beş lentlə icra edilən kompozisiya komandamıza dördüncü yeri qazandırıb.
Komanda həmçinin çoxnövçülükdə mayın 17-də keçiriləcək finala - "Cross Battle" yarışına vəsiqə qazanıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















