Icma.az
close
up
RU
Azərbaycanın gücü və Qarabağda yeni mərhələ

Azərbaycanın gücü və Qarabağda yeni mərhələ

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


2025-ci il iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi təkcə diplomatik və iqtisadi hadisə deyildi — bu, Qarabağın tarixi dönüş nöqtəsini təcəssüm etdirən mühüm mesaj idi. Uzun illər işğal altında qalan bir şəhərin indi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün xalqımız üçün həm qürur, həm də ümid mənbəyidir.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir (2006, 2012 və 2025). Amma bu dəfə tədbirin Xankəndidə keçirilməsi xüsusi simvolik anlam daşıyır. Bu, Azərbaycanın öz torpaqlarına sahib çıxmasının, dövlət iradəsinin və bölgədə sülh quruculuğunun göstəricisidir.
Zirvədə iştirak edən ölkələrin siyahısı da bu əhəmiyyətə güclü dəstəkdir. Prezident İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rəhmon, İran Prezidenti Məsud Pəzəşkiyan, Pakistan Baş naziri Şahbaz Şərif və digər ölkələrin rəhbərləri iştirak etdilər. Bu, regionda Azərbaycanın lider ölkələrdən bir olduğunu beynalxalq arenaya sübut etdi.
Cənab İlham Əliyevin geniş məzmunlu və hərtərəfli çıxışında səsləndirdiyi əsas məqamlar bu zirvəni daha da önəmli etdi. Bunlar aşağıdakılardır:
1. İşğal nəticəsində 20%-ə yaxın ərazilərimiz 30 ilə yaxın işğalda qaldı, 1 milyondan çox insan öz torpağından didərgin salındı.
2. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Qələbə nəticəsində torpaqlarımız azad edildi, amma Ermənistan tərəfindən zəbt edilmiş şəhərlərimizdə basdırılmış minalar acı reallıqları ortaya qoyur.
3. Bütün bu dağıntılara baxmayaraq, Azərbaycan bu gün artıq 50 mindən çox insanın yaşadığı yeni Qarabağ qurur, 16 yaşayış məntəqəsinə qayıdış təmin olunub.
4. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına sülh yolu ilə qayıdışı üçün aparılan beynəlxalq mübarizə də davam edir.
Zirvə həmçinin “ECO Həftəsi” çərçivəsində keçirilən forumlar (Şuşada Biznes, Ağdamda Gənclər, Laçında Qadınlar), Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində Azərbaycanın rolu və 350 milyard dollar sərmayə ilə iqtisadi nailiyyətləri gündəmə gətirildi.
Xülasə, Xankəndidə baş tutan ECO Zirvə görüşü Qarabağın bir zamanlar işğalın simvolu olduğu torpaqdan indi beynəlxalq əməkdaşlığın mərkəzinə çevrildiyini göstərdi. Bu mənzərə, mənim kimi hər bir azərbaycanlı üçün sadəcə tarixi hadisə yox, həm də gələcəyə olan böyük inamdır. Azərbaycanda aparılan düşünülmüş siyasət nəticəsində ölkəmiz - gücü təkcə döyüş meydanında deyil, quruculuq, əməkdaşlıq və liderlikdə də apardığını bir daha sübut etmiş oldu.
Sənan Hüseynov – Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri