Icma.az
close
up
RU
Azərbaycanın Qarabağda antiterror əməliyyatı: zərurət və nəticələr

Azərbaycanın Qarabağda antiterror əməliyyatı: zərurət və nəticələr

Icma.az, Sia Az saytına istinadən bildirir.

Qədim tarixi, zəngin maddi və mənəvi irsi, özünəməxsus mədəniyyəti, əsrarəngiz təbii -coğrafi şəraiti, tükənməz sərvətləri olan ölkəmiz müxtəlif dövrlərdə neçə-neçə sınaqlardan keçmiş, torpaqlarına göz dikən düşmənlərlə mübarizə aparmışdır. Müstəqilliyini bərpa etdikdən sonra doğma Vətənimiz Azərbaycan ən müasir tarixinin 30 ilə yaxın dövrünü yenə ağır və çətin bir imtahan- Qarabağın azadlığı üçün mübarizəyə həsr etmişdir. Nəhayət, 2020-ci ildə 44 günlük müharibədə qazandığı Şanlı Qələbə ilə haqqı olanı alaraq torpaqlarını düşmən tapdağından azad etmişdir.

2023-cü il sentyabrın 19–20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün təmin olunması istiqamətində məsələlərə nöqtə qoyan son addım oldu. Bu əməliyyat həm regionda sülh və sabitliyin bərqərar olunması, həm də işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyimizin tam şəkildə bərpası baxımından tarixi əhəmiyyət daşıyır.

2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktına baxmayaraq, Qarabağ bölgəsində 10 mindən artıq Ermənistanın qanunsuz silahlı birləşmələri qalmaqda idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, həmin silahlı birləşmələr üç il əvvəl ərazidən çıxarılmalı idi. Dövlətimiz bu müddətdə gərginliyin qarşısını almaq, reinteqrasiya prosesini təmin etmək və məsələni danışıqlar yolu ilə həll etmək üçün humanist mövqe nümayiş etdirdi. Təəssüf ki, erməni tərəfi bu çağırışlara adekvat cavab vermədi, əksinə silahlı qüvvələrin sayını artırdı, yeni texnika gətirdi və separatçı fəaliyyətini davam etdirdi.

İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və beynəlxalq ictimaiyyətə müraciət edərək, ölkəmizin suveren ərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun qanunsuz olduğunu bildirmişdi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, Ermənistan rəhbərliyi bu tələbləri qulaqardına vurdu.

Müharibədən sonra Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ardıcıl təşəbbüslərlə çıxış etsə də, Ermənistan tərəfi danışıqlardan boyun qaçırdı. 2021-ci ildən başlayaraq sərhədlərin delimitasiyası ilə bağlı aparılan danışıqlar tez-tez böhranlarla müşayiət olunurdu. 2021-ci ilin noyabrında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin mart–may aylarında Ermənistan tərəfinin törətdiyi silahlı təxribatlar bölgədə yeni gərginliklər yaratmışdı.

Ermənistan 2020-ci il 10 noyabr Bəyanatına əməl etməyərək üç il ərzində nə canlı qüvvəsini, nə də hərbi texnikasını ərazimizdən çıxarmadı. Əksinə, Qarabağda yüzdən çox tank və zirehli nəqliyyat vasitəsi, iki yüzdən çox top və artilleriya qurğusu, müasir hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələri yerləşdirmişdi.

Beynəlxalq hüququn prinsiplərini təmin etmək, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19–20-də qısamüddətli və lokal xarakterli antiterror tədbiri həyata keçirdi. Əməliyyat nəticəsində düşmənin əsas hərbi infrastrukturları zərərsizləşdirildi, qanunsuz silahlı dəstələr tərksilah edildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Bu əməliyyat həm də bölgədə uzunmüddətli sülh və sabitlik üçün yeni imkanlar açdı.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik üçün ən böyük təhdidlərdən biri Ermənistan istehsalı olan minalar idi. 2021-ci ildən etibarən Ermənistan tərəfindən dövlətimizə qarşı məqsədyönlü şəkildə terror aktları həyata keçirilirdi, müharibədən sonrakı illərdə isə Ermənistandan Qarabağa qanunsuz şəkildə minalar gətirilir və müxtəlif yerlərdə basdırılırdı. Qarabağda separatçıların qeyri-qanuni fəaliyyəti Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının haqlı narazılığına səbəb oldu. Şuşa–Laçın yolunda keçirilən etiraz aksiyası separatçıların qanunsuzluqlarına qarşı ictimai müqavimətin təzahürü idi. Xüsusilə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və ekoloji normaların pozularaq təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin səbir kasasını daşırmışdı.

Ölkəmizin ərazisində düşmən dövlətin qanunsuz fəaliyyətinin qarşısını almaq məqsədilə 2023- cü ilin 23 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bu addım üçtərəfli bəyanatın müddəalarının icrasına uyğun olaraq atılsa da, Ermənistan tərəfindən müqavimətlə qarşılandı. Bununla belə, məntəqənin yaradılması Ermənistanın Qarabağa yeni silah-sursat və canlı qüvvə göndərməsinin qarşısını almaqda mühüm rol oynadı və sərhədlərimizdə təhlükəsizlik tədbirləri gücləndirildi.

2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin diversiya və terror aktları nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması, Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması və Ağdamla Şuşada baş verən terror aktları ölkəmizi qətiyyətli addımlar atmağa vadar etdi. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı qüvvələrinin mövqelərini gücləndirməsi və yüksək döyüş hazırlığına gətirməsi də əməliyyatın labüdlüyünü artırdı. Bütün bu səbəblər Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal xarakterli antiterror əməliyyatına başlanmasına gətirib çıxardı.

Cəmi 23 saat davam edən əməliyyat nəticəsində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan Ordusu yüksək dəqiqlikli müasir silahlarla düşmənin mövqelərini, uzunmüddətli atəş nöqtələrini və hərbi texnikasını sıradan çıxardı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti əsasında atəşkəs razılaşması əldə olundu. 20 sentyabr saat 13:00-da əməliyyat dayandırıldı və qeyri-qanuni silahlı dəstələrin və Ermənistan silahlı qüvvələrinin tam tərksilah olunması və Azərbaycan ərazilərini tərk etməsi, bütün silah-sursatın və ağır texnikanın təhvil verilməsi, bu prosesin Rusiya sülhməramlıları ilə əlaqələndirilməklə həyata keçirilməsi şərtləri ilə tədbirlər həyata keçirildi.

Ordumuz 19–20 sentyabr 2023-cü ildə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı yüksək peşəkarlıq, qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Çətin relyef şəraitində, düşmənin illərlə qurduğu istehkamların mövcudluğuna baxmayaraq, hərbi qulluqçularımız qısa müddətdə bütün istiqamətlər üzrə mühüm uğurlar əldə etdilər. Əməliyyat nəticəsində 406 kvadratkilometrlik ərazi yad ünsürlərdən təmizlənərək Azərbaycan Ordusunun tam nəzarəti altına alındı.

Antiterror əməliyyatı başlamazdan öncə Silahlı Qüvvələrimizə ciddi göstəriş verilmişdi ki, mülki əhali hər hansı zərbə altında qalmamalıdır. Azərbaycanın Müdafiə Nazirliyi bölgədə yaşayan erməni sakinləri SMS, səsgücləndirici və paylanılan məlumat vərəqələri vasitəsilə xəbərdar etmiş, onların təhlükəsizliyini təmin etmək üçün xüsusi tədbirlər həyata keçirmişdir.

Azərbaycan dövləti əməliyyat zamanı humanizm prinsiplərinə sadiq qalaraq beynəlxalq humanitar hüquq normalarına tam riayət etdi. Əhalinin təhlükəsizliyi təmin olundu, tibbi və sosial yardımlar göstərildi, qadınlar, uşaqlar, yaşlılar və xəstələr xüsusi qayğı ilə qorundu. İctimai, sosial, tibbi, dini və digər mühüm obyektlərin mühafizəsi təşkil edildi.

Bir günlük antiterror əməliyyatından sonra illərlə Azərbaycan tərəfi ilə danışıqlardan imtina edən Qarabağdakı erməni icmasının nümayəndələri Yevlaxda görüşə gəlməyə məcbur oldular. Görüşdə separatçı rejimin ləğvi və erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə edildi.

Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbəri Samvel Şahramanyan separatçı qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da, 24 saatdan az müddətdə Ermənistan ordusu Azərbaycan ərazisindən tam çıxarıldı, xunta rejimi süquta uğradı, əsas separatçı liderlər həbs edildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il 15 oktyabrda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli bayrağımızı ucaldaraq dövlətimizin tam suverenliyini və ərazi bütövlüyünü bütün dünyaya nümayiş etdirdi.

Bu il artıq ərazi bütövlüyümüz tam bərpa olunmasının ikinci ili tamam olur. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, müzəffər Ordumuzun keçirdiyi bu antiterror əməliyyatı, suveren dövlətimizin qüdrətini və ədaləti bərpa etmək qabiliyyətini bütün dünyaya bir daha sübut etmişdir.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri