Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Azərbaycanın humanizminə cavab: Bu dəfə necə olacaq?

Azərbaycanın humanizminə cavab: Bu dəfə necə olacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan üzərindən Ermənistana daşınmasından sonra növbəti ticarət əməliyyatı həyata keçiriləcək.

Bu dəfə Azərbaycan Ermənistana neft məhsulları tədarük edəcək. Neft daşıyan tankerlərin Gürcüstan ərazisindən keçməklə Ermənistana tranzitinə dair razılaşma əldə olunub. Əvvəlcə Gürcüstan hökumətinin neftin hər tonuna görə tranzit üçün 92 ABŞ dolları istəydiyinə dair məlumat yayılsa da, sonradan rəsmi Tiflis bu xəbəri təkzib edib. 

Gürcüstan hökuməti regional əməkdaşlığı dəstəkləmək məqsədilə Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranzit daşınmasına tətbiq edilməli olan rüsumları ləğv etdiyini bildirib. Ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfdaşlardan müvafiq sorğunun 5 dekabrda alındığını və dərhal təsdiqləndiyini bildirib. 

Rəsmi açıqlamaya görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze şəxsən Gürcüstan Dəmir Yollarına yük daşınmasını gecikdirmədən təşkil etməyi tapşırıb. Departament Tbilisinin hər iki qonşu üçün etibarlı strateji tərəfdaş statusuna dəyər verdiyini, Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə çalışdığını bəyan edib. 

Qeyd edək ki, neft məhsullarının tədarükü Azərbaycanla Ermənistan arasında münaqişənin başlanmasından sonra ilk birbaşa ticarət əlaqəsi olacaq. Lakin bu ticarət əlaqlərinin qurulması üçün kifayət qədər siyasi və hüquqi zəmin formalaşmadığından, Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi geniş müzakirələrə səbəb olub. 

Doğrudur, Azərbaycan 2020-ci ildə öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistana sülh sazişi imzalamağı, kommunikasiyaları açmağı, iqtisadi, siyasi və diplomatik əlaqələrib bəpa etməsını təklif edib. Lakin Ermənistan tərəfinin ötən 5 ildə manipulyativ mövqedən çıxış etməsi sülh prosesini və əməkdaşlığın bərpasını ləngidib. 

Bu baxımdan, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin yaranması üçün ciddi siyasi və hüquqi maneələr qalmaqdadır. Təbii ki, avqustun 8-də iki ölkə arasında sülh sazişinin paraflanmasının ardınca Azərbaycanın Ermənistana tranzit qadağalarını ləğv etməsi əməkdaşlığın yenidən qurulmasını qaçılmaz edir. 

Bu kontekstdə Azərbaycanın Ermənistana neft məhsulları satması sülh prosesinin və kommunikasiyaların açılmasının xeyrinə ola bilər. Ona görə də Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin bərpasının müsbət nəticə doğura biləcək addım hesab edilir. 

Belə ki, Nikol Paşinyan hakimiyyətinin Azərbaycandan benzin və dizel almağa üstünlük verməsi Ermənistanın Rusiyanın enerji asılılığından azad olmaq cəhdi sayıla bilər. Azərbaycana qarşı işğalçılıq müharibəsinə başladıqdan sonra iqtisadiyyatın bütün sektorlarında olduğu kimi, enerji sahəsində də Rusiyadan tam asılı vəziyyətə düşüb. 

2024-cü ildə Ermnənstana idxal edilən neft məhsullarının 61,2 faizi Rusiyanın payına düşür. Yəni ötən il Rusiya Ermənistana 230 min ton benzin, 175 min ton dizel yanacağı ixrac edib. Tələbatın digər hissəsini isə İran, Rumıniya, Malta, Türkiyə kimi ölkələrin hesabına təmin edib. 

Görünür, indi Ermənistan hakimiyyəti diversifikasiyaya yol verməklə Rusiyanın asılılığından xilas olmağa çalışır. Bu, xüsusilə 2026-cı ilin uyun ayında keçiriləcək parlament seçkiləri öncəsi Rusiyanın siyasi təzyiqlərindən yayınmaq istəyən Paşinyan hakimiyyətinə daha çox lazımdır. 

Eyni zamanda, Azərbaycandan neft məhsullarının idxalı Nikol Paşinyanın seçkilər öncəsi əlini gücləndirə bilər. Paşinyanın seçkilərdə qalib gəlməsi Ermənistan üzərində Rusiyanın təsirinin azalmasında mühüm rol oynayacaq amillərdən hesab edilir. Nəticədə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması prosesi sürətlənmiş olar. 

Ancaq iki ölkə arasında ticarət əlaqələrinin yaranması üçün lazım olan siyasi və hüquqi baza tam formalaşmadığından, bu əməkdaşlığın mənfi təsirləri də ola bilər. Çünki Azərbaycanla Ermənistan arasında ticari-iqtisadi əlaqələrin, o cümlədən energetika sahəsində əməkdaşlığın qurulmasına dair müqavilə imzalanmayıb. 

Həmçinin, Azərbaycanla Ermənistan arasında yalnız atəşkəs razılaşması var və yekun sülh müqaviləsi mövcud deyil. Ona görə də Ermənistanın hər zaman atəşkəsi pozması mümkündür. Əgər növbəti seçkilərdə revanşist müxalifət qalib gələrsə, bu, Azərbaycana qarşı ciddi təhlükə yarada bilər. 

Ermənistanın konstitusiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi ididaları qalır. Azərbaycan Ermənistana neft məhsullarını barışıq və humanitar məqsədlərlə ixrac edib. Lakin hər zaman Azərbaycanın humanizminə silahla cavab verən Ermənistanın benzin və dizel yanacağından hərbi məqsədlər üçün istifadəsi istisna edilmir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri