“SpaceX” “Nvidia” çiplərini almaq üçün milyardlarla dollarlıq müqavilə imzaladı
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“SpaceX” qrafik prosessorlar (GPU) almaq üçün on milyardlarla dollar vəsait cəlb edib.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru, amerikalı sahibkar İlon Mask “X” sosial media platformasında məlumat verib.
O, “SpaceX”in qrafik prosessorları əldə etmək üçün 40 milyard dollar vəsait cəlb etdiyini bildirib.
“Bloomberg” agentliyinin məlumatına görə, “SpaceX” vəsaiti əldə etmək üçün “Apollo Global Management” investisiya şirkəti ilə müqavilə bağlayıb.
Vəsaitlər “Nvidia” qrafik prosessorlarının alınması üçün nəzərdə tutulub.
Məlumata görə, müqavilənin 2026-cı ilin sonuna qədər bağlanması gözlənilir.
Qeyd edək ki, oktyabrın 23-də “Bloomberg” agentliyi “SpaceX”in ABŞ-də ən azı 80 000 mobil rabitə qurğusuna çıxış əldə etmək üçün danışıqlar apardığını bildirib. Agentliyin məlumatına görə, şirkət artıq bu infrastrukturdan istifadə imkanlarını əsas bazar oyunçuları ilə müzakirə edir.
Bu mövzuda digər xəbərlər:ABŞ Nvidia çiplərini Çinə satmağı planlaşdırır
22 Noyabr 2025 10:43
Tramp Nvidia ya H200 çiplərini Çinə ixrac etməyə icazə verib
09 Dekabr 2025 09:53
Ukrayna “SpaceX” ilə müqavilə imzaladı
07 Dekabr 2024 22:51
SpaceX və Nvidia kosmosda süni intellekt mərkəzi yaradacaq
05 Avqust 2026 13:54
Nvidia süni intellekt çipləri hazırlayan şirkətlə müqavilə imzaladı...
26 Dekabr 2025 23:42
Baxış sayı:185
Bu xəbər 26 Oktyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















