Icma.az
close
up
RU
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər RƏSMİ AÇIQLAMA

Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər RƏSMİ AÇIQLAMA

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda bəzi problemlər sürücüləri təngə gətirib.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a yoldan istifadə edən sürücülər müraciət ediblər. Müraciətdə bildirilir ki, yeni inşa olunaraq istifadəyə verilən avtomobil yolunda işıqlandırma sistemi lazımi səviyyədə deyil. Bildirilir ki, yolda gecə saatlarında avtomobil idarə etmək təhlükəlidir: "Yolun istifadəyə verilməsindən kifayət qədər vaxt keçsə də, yolun işıqlandırma sistemi yoxdur. Bu da axşam saatlarında sürücülər üçün kifayət qədər təhlükə yaradır. Yolda işıq dirəkləri yoxdur".

Sürücülər yoldakı daha bir problemdən bəhs ediblər. Bildiriblər ki, adıçəkilən magistralda ödəniş çeklərində yanlışlığa yol verilib: "Yola bir tərəfdən daxil olanda ödədiyimiz pula görə qəbz təqdim olunur və qəbzdə yola nəzarət edən qurumun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olduğu göstərilir. Bu da ödənişin həmin qurumun balansına köçürülməsini təsdiqləyir. Amma həmin yola digər tərəfdən daxil olarkən ödədiyimiz pula görə bizə təqdim edilən qəbzdə bu qurumun adı qeyd olunmayıb. Bizə təqdim edilən çekdə yalnız "Ofis" sözü yazılıb. Bu prosesdə isə ödənilən pulun hansı hesaba köçürüldüyü məlum deyil. Bizim ödədiyimiz pullar hara gedir, bilinmir".

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, prosesdə qanunsuzluq yoxdur: "Bildiririk ki, ödənişli avtomobil yollarında ödəniş zamanı təqdim olunan çeklər bankın ödəniş sistemi vasitəsilə formalaşdırılır və bu proses Agentlik tərəfindən idarə edilmir. Bununla belə, çeklərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin adının qeyd olunması ilə bağlı müvafiq banka tövsiyə verilə bilər.

Yolun işıqlandırılmasına gəldikdə, layihəyə və qüvvədə olan normativ tələblərə uyğun olaraq, yolboyu işıqlandırılması zəruri hesab edilən bütün ərazilərdə müvafiq sistemlər quraşdırılıb. Bütün yolun fasiləsiz işıqlandırılması normativ baxımdan tələb olunmadığından, digər hissələrdə nəqliyyat vasitələrinin gecə saatlarında təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə işıqqaytarıcı xüsusiyyətə malik yol nişanlarından, nişanlanma xətlərindən və digər texniki yol elementlərindən istifadə olunub.

Bundan əlavə hərəkət təhlükəsizliyinin artırılması məqsədilə yol boyu təhlükəsizlik çəpərləri quraşdırılıb. Görülən bütün işlər layihə sənədlərinə, qüvvədə olan tikinti norma və qaydalarına, eləcə də yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun şəkildə həyata keçirilib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Avqust 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri