Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

Azərbaycanın inanc azadlığı və məzhəb vəhdəti örnəyi

Azərbaycanın inanc azadlığı və məzhəb vəhdəti örnəyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ölkəmiz İslam dünyasında dini həmrəylik yaratmağı bacaran yeganə ölkə kimi tanınır

Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində toxunduğu vacib məsələlərdən biri də bu gün müsəlman dünyasının üzləşdiyi ən ciddi problemlərdən biri olan məzhəbçilik və təriqətçilik təmayülləridir.

Həm ölkəmiz, həm də müsəlman dünyası üçün önəmli mesajlar verən dövlətimizin başçısının dedikləri bugünkü reallıqları, milli həmrəyliyi və dövlətçilik fəlsəfəsinin mahiyyətini əks etdirir: “Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda, eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı məzhəb ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur. İstənilən xarici müdaxilədən tamamilə azadıq. Çünki biz təkcə dəyərlərimizi təbliğ etmirdik, biz, həmçinin ideoloji cəhətdən özümüzü istənilən növ müdaxilədən, müsəlmanlar arasına nifrət toxumu səpmək cəhdlərindən qorumalı idik. Bu, müsəlman dünyasında yüksək qiymətləndirilir”.

“Azərbaycanda dini zəmində ayrıseçkilik, qarşıdurma halları olmayıb”

Milli Məclisin deputatı Ceyhun Məmmədov dövlət başçısının bu açıqlaması ilə bağlı XQ-yə bildirdi ki, Prezident İlham Əliyevin dedikləri bir daha təsdiq edir ki, Azərbaycan təkcə regionda deyil, bütün İslam dünyasında vəhdət, birgəyaşayış və dini tolerantlıq nümunəsi kimi xüsusi çəkiyə sahibdir:

– İlham Əliyevin vurğuladığı kimi, məzhəbçilik müsəlman xalqlarını parçalamaq istəyən qüvvələrin əlində təhlükəli vasitəyə çevrilib. Azərbaycan isə öz milli həmrəyliyi, dövlət-din münasibətlərində tarazlığı və ictimai birliyi ilə bu təhlükəni dəf edən, nümunə göstərən ölkədir.

Bu yanaşma Azərbaycanın əsrlərlə formalaşmış dəyərlərinə söykənir. Bizim tariximizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların dinc yanaşı yaşaması ənənəsi var. Prezidentimizin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan təkcə dini dəyərlərini təbliğ etmir, həm də ideoloji müstəqilliyini təmin edərək, müsəlman dünyasında nifrət toxumları səpmək istəyən xarici təsirlərə qarşı sipər rolunu oynayır. Azərbaycan azsaylı müsəlman ölkələrindəndir ki, burada tarixən dini zəmində heç vaxt ayrıseçkilik və qarşıdurma olmayıb. Ərlər boyu Azərbaycanda müxtəlif dinlərin və məshəblərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Onlar arasında heç zaman münaqişə və qarşıdurma olmayıb. Bu, Azərbaycanın güclü dövlətçiliyinin, zəngin tolerantlıq və multukulturalizm ənənələrinin və milli iradəsinin bariz göstəricisidir.

“Milli tolerantlıq ənənəsi dövlət siyasəti səviyyəsində qorunur”

Ötən əsrin 90-cı illərində müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda ciddi proseslərin getdiyini xatırladan deputat Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizi bir çox bəlalardan qoruduğunu, o cümlədən dini zəmində münaqişələrin yaranmasına imkan vermədiyini vurğuladı:

– Sonrakı dövrdə də bu siyasi xəttə riayət olundu və məhz bunun nəticəsində bu gün Azərbaycanda ayrıseçkilik və qarşıdurma meyilləri yoxdur. Əlbəttə, burada tarixi ənənə ilə yanaşı, təcrübə də öz sözünü deyir. Dövlət bu ənənələrin qorunub saxlanması üçün bütün zəruri addımları atır. Yəni, milli tolerantlıq, adət-ənənələr dövlət siyasəti səviyyəsində qorunmaqdadır. İctimai sabitliyin qarantı kimi çıxış edən dövlətimizin yürütdüyü siyasətdə əsas istiqamətlərdən biri məhz budur. Azərbaycanın seçdiyi yol birlik, həmrəylik və güclü milli dəyərlər yoludur. Bu yol ölkəmizi həm regionda, həm də İslam aləmində möhkəmləndirir və nümunəyə çevirir.

“Fərqli dini məzhəbləri bir araya gətirməyi bacaran yeganə ölkəyik”

Hazırda Gürcüstanda gürcü-pravoslav, Ermənistanda erməni-qriqorian kilsələrinin dövlət siyasətinə müəyyən qədər müdaxilə etdiklərinə diqqəti yönəldən Ceyhun Məmmədov Azərbaycanda vəziyyətin tamamilə fərqli olduğunu bildirdi:

– Bizim ölkədə dini müstəvidə siyasi fəaliyyət yoxdur. Azərbaycanda bütün dinlər qanun qarşısında bərabərdir. Yada salmaq istəyirəm ki, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən Ulu öndərə əsas qanunumuza müsəlman ölkəsi kimi İslam amilinin təsbiti təklif olunmuşdu. Amma o zaman Heydər Əliyev buna razılıq verməmiş, Azərbaycanın siyasətinin Gürcüstan və Ermənistandan fərqləndiyini bildirmişdi. Həmin siyasət, ənənə və dəyərlər bu gün də davam etdirilir və qorunur.

İndi qururla deyə bilərik ki, Azərbaycan yeganə müsəlman ölkəsidir ki, onun məscidlərində vəhdət namazı qılınır. Yəni, belə bir presedent dünyanın heç bir müsəlman ölkəsində mövcud deyil. Xaricdən ölkəmizə gələn yüksək qonaqlarla görüşlərimizdə də bunun şahidi olmuşuq. Onlar bu tarixi nailiyyətə necə nail olduğumuzla maraqlanırlar. Azərbaycan cəmiyyətində fərqli məzhəblərin bir araya qələrək vəhdət naması qılmaq düşüncəsi formalaşıb. Ən zəngin dini təcrübəyə malik müsəlman dövlətlərində tolerantlıqdan danışılsa da, onlar bu vəhdətə nail ola bilməyiblər. Bu gün də onlar dini zəmində münaqişə və qarşıdurmalardan əziyyət çəkirlər. Bizdə isə vəziyyət tamamilə fərqlidir. Bəli, bu, dövlətin apardığı düzgün ideoloji siyasətin bəhrəsidir.

“Bölücülüyə qarşı ən kəsərli üsul milli dəyərlərə sadiqlikdir”

Prezident İlham Əliyev müsahibəsində qeyd etdiyi kimi, bu gün müsəlman dünyası üçün ən böyük təhlükə dini ayrı-seçkilikdir. Bu bölücülüyü təbliğ edən ideologiyanın daşıyıcıları ilə mübarizə böyük əhəmiyyət kəsb edir. Bu həssas məsələyə də münasibət bildirən müsahibimiz müsəlman ölkələrində müşahidə etdiyimiz qarşıdurmaların, hakimiyyət davalarının kökündə əsasən din amilinin dayandığını qeyd etdi:

– Ümumiyyətlə, hər hansı ölkənin daxilində ictimai-siyasi vəziyyəti gərginləşdirmək üçün din amilindən böyük peşəkarlıqla istifadə olunur. Dini ayrı-seçkilik, məzhəblərə bölmək təbliğatı fonunda ölkələrin ictimai-siyasi sabitliyi pozulur. Hazırda istər müsəlman Şərqində, istərsə də Qərb ölkələrində bu “kartdan” pozucu amil kimi çox məharətlə yararlanmağa çalışırlar. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, belə pozuculara qarşı ən kəsərli üsul milli dəyərlərə sadiqlikdir.

Azərbaycanın qazandığı uğurların kökündə məhz milli dəyərlərə, milli ənənələrə sadiqliyimiz dayanır. Bunun ən bariz nümunəsini biz 44 günlük müharibədə gördük. Azərbaycanda yaşayan və fərqli dinlərə sitayiş edən azsaylı xalqların, etnik azlıqların nümayəndələri düşmənə qarşı mərdliklə, vətənpərvərcəsinə vuruşdular. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı fəxri adı ilə, eləcə də orden və medallarla təltif olunanlar yüzlərlədir.

“Milli kimlik, vətəndaş mövqeyi dini mənsubiyyətdən daha irəlidədir”

Azərbaycanın qazandığı uğurların bir səbəbinin də Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı milli kimliyin, vətəndas mövqeyinin dini mənsubiyyətdən irəlidə gəlməsi amilinin olduğunu önə çəkən Ceyhun Məmmədov bunu dövlətin apardığı məqsədyönlü və düzgün siyasətin nəticəsi kimi qiymətləndirdi:

– Nə gizlədək, illər boyu ictimai şüurda bu balansın pozulması üçün ciddi cəhdlər edildi, müəyyən addımlar atıldı. Amma buna imkan verilmədi. Bütün bu cəhdlərin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alındı. Tolerantlığımız İslam dünyasının bir parçası olaraq bizə milli-mənəvi dəyərlərimizi birləşdirməyimizə heç də mane olmur. Azərbaycan həm müsəlman, həm də, eyni zamanda, dünyəvi ölkə olaraq hər zaman İslam dəyərlərinin qorunması ənənəsinə malikdir. Bu dünyəvilik heç də milli-mənəvi dəyərlərimizə mane olmur, əksinə, onlar sintetik xarakter daşıyır. Buna zəmin yaradan amillərdən biri də Azərbaycanda tarixən mövcud olmuş təsəvvüf, irfançılıq ənənələrinin qorunub saxlanmasıdır.

Hesab edirik ki, güclü dövlət kimi ayaqda qalmağımıza, daha da güclənməyimizə təkan verən amillərdən biri də budur. Tam ənimliklə söyləyə bilərik ki, bu gün Azərbaycandakı tolerant mühit, multikulturalizm, milli-mənəvi dəyərlərə bağlılıq tarixən formalaşıb və dövlətimizi bu ənənələrin hamisi kimi, onların gələcək nəsillərə çatdırılmasına öz töhfəsini verir. Bu isə həm Şərq, həm də Qərb dünyası üçüm unikal nümunə sayılır. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin təməlində məhz bu model durur. Qarabağda sürətlə aparılan bərpa-quruculuq işlərini, orada məscidlərimizin təmirini, yenilərinin inşa edildiyini görəndə ürəyimiz fəxrlə döyünür. Bəli, 30 illik işğal dövründə olduğu kimi, Azərbaycan dövləti bu gün də mili-mənəvi dəyərlərin qorunmasına xüsusi qayğı göstərir, onların daha da möhkəmlnəməsinə yeni-yeni töhfələr verir. Bir daha təkrar etmək istərdim ki, bizim güclü olmağımızın, Qarabağda qazandığımız Zəfərimizin kökündə milli-mənəvi dəyərlərimizə bağlılığımız və onlara sadiqliyimiz durur.

Söhbəti hazırladı:
İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see317

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see196

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see187

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see185

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see178

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see169

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see152

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see148

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see139

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see129

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see128

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see128

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see127

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see125

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

38 ZAVODDAN 21 i “VURULUB”... Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb

12 Oktyabr 2025 11:21see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see120

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri