Icma.az
close
up
RU
Qalib və bütövləşən Azərbaycanın müəllifi dünyaya İlham Əliyev örnəyi ŞƏRH

Qalib və bütövləşən Azərbaycanın müəllifi dünyaya İlham Əliyev örnəyi ŞƏRH

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 63 yaşını qeyd edir. Əvvəlki illər kimi, 2024-cü il də Prezidentin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətinin zirvə ili oldu.

İlham Əliyev titanik, yorulmaz fəaliyyəti ilə ilin ilk günündən xalqın yaddaşında qaldı. Bu ilin ən mühüm hadisəsi, şübhəsiz ki, işğaldan azad edilən torpaqlarda ilk dəfə Prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin ən yüksək səslə qalibiyyət əldə etməsi oldu.

Təsadüfi deyil ki, bu gün İlham Əliyevin təcrübəsi, diplomatiyası, sərkərdəlik qabiliyyəti tək postsovet məkanında deyil, regiondan kənarda da analiz edilir, öyrənilir.

2024-cü il həm də Bakının BMT-nin ən ali tədbirlərindən biri - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə əlamətdar oldu. Azərbaycanın yüksək təşkilatçılıq və peşəkarlıqla keçirdiyi tədbir bu gün də dünya mediasının diqqət mərkəzindədir.

Beləliklə, 2020-ci il Zəfəri ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaradan Prezident hər keçən gün, hər ötən il Azərbaycana uğurlar bəxş edir.

Ümid edək ki, nəhayət, 2025-ci ildə İlham Əliyev Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə imza atan lider kimi də tarixə düşəcək.

Xalqının qəlbinə əbədi daxil olan lider

Başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri siyasi, ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edirlər.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Tarixdə az sayda liderə rast gəlmək olar ki, qısa müddət ərzində öz ərazisində 200 ildir kök salan separatizm və terror bəlasını cəmi 44 gün ərzində dəyişsin.

Azərbaycan lideri haqlı olaraq xalqımızın və bütün dünyadakı soydaşlarımızın böyük məhəbbətini, hörmətini qazanıb. Çünki onun hər bir qərarının, hər bir addımının arxasında Vətənə xidmət istəyi durur.

Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev dünya arenasında yüksək nüfuz qazanmış güclü, qüdrətli dövlət qurub. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ardıcıl olaraq həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də informasiya məkanında möhtəşəm qələbələr qazanır. Bu gün ölkəmiz öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan və Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpası ilə ədalətin və beynəlxalq hüququn təntənəsinə çevrilən Böyük Qələbənin salnaməsi tarixə qızıl hərflərlə yazılıb.

COP29 - yüksək peşəkarlıq, təşkilatçılıq nümunəsi

“Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”, - Prezident sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında belə demişdi. Daha sonra dövlət başçısı "80 dövlət və hökumət başçısını, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq", - deyə qeyd etmişdi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk gündən tədbirin ən yüksək dərəcədə baş tutması üçün titanik zəhmət ortaya qoydular. Ən əsası, Bakıda keçirilən COP29 uğurla, konkret nəticə ilə başa çatdı. Belə ki, COP29-da əldə olunan razılaşmaya görə, zəngin ölkələr iqlim dəyişikliyinə hazırlaşmaq və onun qarşısını almaq üçün kasıb ölkələrə hər il 300 milyard dollar verəcəklər. Bu, COP29-un ən mühüm uğuru oldu.

BMT-nin belə mötəbər, qlobal əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Bu, beynəlxalq aləmdə Azərbaycan Liderinə, onun qlobal əhəmiyyətli müxtəlif energetika, nəqliyyat və başqa layihələrdə oynadığı müsbət rola verilən dəyərin göstəricisidir.

Ona dost olanlar və dost olmayanlar da tədbirin Bakıda keçirilməsinə razılıq veriblər. COP29-un Bakıda reallaşmasına Ermənistanın razılıq verməsi Azərbaycanın müsbət nüfuzunun rəsmi İrəvan tərəfindən qəbulu, etirafıdır. Bir sözlə, bu, rəsmi Bakının yürütdüyü siyasətin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmasının nəticəsidir.

İşğaldan azad edilən ərazilərdə quruculuq - Qarabağda yeni həyat

İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ölkəmizdə və regionda yeni reallıqlarla müşayiət olunmaqdadır. Bu il 30 illik işğalın acı nəticələrinin, əgər belə demək mümkünsə, mirasının aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Bizlərə onlarca şəhər və qəsəbənin, yüzlərlə kəndin yerlə-yeksan edilməsi, evlərin, infrastrukturun dağılması kimi acı və ağır miras qalıb.

Bu gün biz Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. “O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əslində, bu proqram artıq icra edilir.

“Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”, - Prezident əlavə edib.

Azad edilmiş ərazilərə tez-tez səfərləri ilə Prezident İlham Əliyev sevincini xalq ilə bölüşməklə yanaşı, Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.

Hazırda azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə geniş inşaat işləri gedir. Doğma yurdun hər qarışında tikinti bumu yaşanır. Yeni infrastruktur - xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, muzeylər, hava limanları, avtomobil və dəmir yolları, körpülər, tunellər tikilir, məscidlər bərpa olunur.

Artıq xeyli vaxtdır ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası reallaşmaqdadır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

Qarabağ və Şərqi Zəngəzuru "dəmir yumruq"la alan Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq Zəfərimizdən ötən 4 il müddətində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir. Onu da deyək ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır və 2024-cü ildə bu məbləğ 4 milyard manat nəzərdə tutulmuşdu.

Artıq ölkəmizin müxtəlif istiqamətlərindən köç karvanı Qarabağa, Şərqi Zəngəzura yola salınır.

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrə nəzər yetirsək, görərik ki, bəlkə də, böyük dövlətlərin bir neçə il ərzində görə bilmədikləri işləri Azərbaycan cəmi 4 ildə reallaşdırıb. Bu ərazilərdə hava limanları, yaşayış məntəqələri, avtomobil və dəmir yolları, körpülər, tunellər, su anbarları, elektrik enerjisi stansiyaları, içməli su xətləri və sosial-iqtisadi infrastrukturun yaradılması dünyanın diqqətini cəlb edir.

Qərbi Azərbaycanı milli ideyanın əsas hədəflərinə çevirən lider

Azərbaycan cəmiyyətində Qərbi Azərbaycana qayıdış çağırışları həmişə olub. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında indiki Ermənistanın Azərbaycan ərazilərində yaradıldığını deyib. Məsələn, Prezident İlham Əliyev hələ 2011-ci ilin aprelində bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edən zaman bu barədə demişdi:

"Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".

Və elə həmin görüşdə Prezident İlham Əliyev bildirmişdi ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Prezident İlham Əliyev öz qətiyyətli siyasəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu hadisə cəmiyyətimizdə həm də Qərbi Azərbaycana qayıdış inamını gücləndirdi. Bəli, Azərbaycan dövlətinin növbəti tarixi hədəfi, qeyd etdiyimiz kimi, Qərbi azərbaycanlıların əzəli yurdlarına qayıdışının təmin edilməsidir. Təsadüfi deyil ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi milli ideyanın əsas hədəflərindən biridir.

Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının irəli sürülməsi respublikamızda bu mövzuya konseptual baxışın yaranmasına səbəb olub. Bu gün Qərbi Azərbaycana qayıdış Azərbaycan xalqını mobilizasiya edən əsas faktor kimi özünü göstərir. Bu, dövlət-xalq birliyi formalaşdırmaqla ədalətin təntənəsinə böyük inam yaradıb.

Beləliklə, Azərbaycan xalqı yeni dövrün ilk günlərini yaşayır və Prezidentimizin də qeyd etdiyi kimi, yeni dövrə qədəm qoyarkən bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Və bu gün hər bir vətəndaşımız əmindir ki, onun ümidləri, arzuları həyata keçəcək, yeni dövr də Azərbaycan xalqı üçün çox uğurlu olacaq. Bu əminlik xalqımızın öz gücünə, öz bacarığına inamla yanaşı, öz Liderinə sonsuz etimadından irəli gəlir.

Prezident İlham Əliyevin bütün vədləri həyatda öz əksini tapdığı kimi, yeni dövrdə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək!

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, CƏNAB PREZİDENT!

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Dekabr 2024 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see122

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110

“Açığı, sualınız bir qədər qəribə səslənir” Arif Əsədov nəyə təəccübləndi?

29 May 2025 18:27see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri