Icma.az
close
up
RU
Azərbaycanın dini maarifləndirmə örnəyi

Azərbaycanın dini maarifləndirmə örnəyi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İnanc siyasi alətə çevriləndə ekstremizmə, məzhəbçiliyə yol açır, sülhə təhdid yaradır

Son illər Bakı müxtəlif konfessiyaları bir araya gətirən nüfuzlu forum və konfranslara, sivilizasiyalararası və dinlərarası dialoqa layiqli töhfə verən beynəlxalq tədbirlərə evsahibliyi edib. Azərbaycan paytaxtında “Bakı Prosesi” kimi tanınan, mədəniyyətlər arasında dialoqu təşviq edən çeşidli forumlar keçirilib. Cari ilin noyabr ayında BMT-nin COP29 iqlim konfransı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müsəlman Ağsaqalları Şurası, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Dini Liderlərin Qlobal Sammitinin məhz Bakıda baş tutması təsadüfi deyildi.

Dünən Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin Forumu öz işinə başlayıb. “Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşıb. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib”. Bu fikirlər Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi məsələsinin vacibliyinə diqqət çəkən dövlət başçısımız müraciətində bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb: “Mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir”.

Yeri gəlmişkən, dünya dini liderlərini bir araya gətirmək kimi nəcib təşəbbüslər məkanına çevrilən Bakının bu gün mədəniyyətlərarası əməkdaşlığın və dialoqun daha geniş miqyas almasında danılımaz xidmətləri var. Bunun təsadüfi olmadığını diqqətə çatdıran dövlətimizin başçısı forum iştirakçılarına müraciətində bu fikri xüsusi olaraq vurğulayıb: “Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk”.

* * *

“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları dekabrın 22-də Heydər məscidində vəhdət namazı qılıblar. Dövlətimizin və xalqımızın tolerantlıq, multikultural dəyərləri qoruyub saxlamasının, bu dəyərlərə dərin hörmətinin ifadəsi sayılan vəhdət namazında respublikamızın müxtəlif bölgələrindən gəlmiş 100-ə yaxın din xadimi iştirak edib. Azərbaycanda yaşayan müxtəlif məzhəblərə mənsub insanların vahid məkanda, eyni sırada düzülərək ibadət etmələri faktının özü ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin bəhrəsi sayılmalıdır. Qürurla qeyd etməliyik ki, vəhdət namazının məhz ulu öndər Heydər Əliyevin adını daşıyan məsciddə qılınması nəinki ölkəmizdə, eləcə də bütün dünyada xoşniyyətli gözəl bir ənənənin əsası qoyulub. Həqiqətən də Azərbaycan müxtəlif coğrafiyaların və sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq içində, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşaması dünyada nadir nümunələrdən sayılır.

Forum iştirakçıları əvvəlcə Azərbaycan ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMIN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatını seyr ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan nadir məkandır. Komitə sədri ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri modelinin tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad etdiyini nəzərə çatdırıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyətin deyil, insan amilinin dayandığını vurğulayan R.Məmmədov bildirib ki, dövlətimizi güclü edən əsas amillərdən biri, heç şübhəsiz, multikultural ənənələrimizlə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumağımızdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır. Şeyxülislam bildirib ki, dövlətimizin başçısının qlobal ideya və bəşəri həmrəyliyə xidmət edən müdrik təşəbbüslərinin təbliği yönündə din xadimlərinin fəallığı, cəmiyyətin həyatında yaxından iştirakı önəmli məsələlərdəndir.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sözlərinə görə, Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə, xüsusilə suverenliyin və ərazi bütövlüyünün tam təmin olunması ilə tarixi nailiyyətlər əldə edilmiş, həmçinin din və əqidə məsələlərində mühüm dəyişikliklər baş verib. Əli Əhmədov bu reallıqlar fonunda dini baxışların və insanların dinə münasibəti sayəsində Azərbaycanın transformasiya dövrünü yaşadığını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında qeyd etdi ki, bu gün dünyada gedən proseslər aydın şəkildə göstərir ki, sabitliyin və mənəvi kamilliyin təmin olunmasının əsas amilləri içərisində din xüsusi əhəmiyyətə malikdir. Azərbaycanda dini sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinın vacibliyindən danışan İ.Həbibbəylinin sözlərinə görə, cəmiyyətdə dini maarifləndirmə işi elmi əsaslara söykənməsə, fanatizmə və digər meyillərə yönləndirmə, milli-mənəvi dəyərlər sferasından yayınma müşahidə oluna bilər. O, son illər bu sahədə atılan addımlar Azərbaycanda dini maarifləndirmənin yeni mərhələsinin başlanğıcından xəbər veridiyini bildirdi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğrafiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində yaşayıb və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov dini maarifləndirmənin vacib məsələlərdən olduğunu qeyd edərək deyib: “Həyatı dərk etmək üçün üç yol var. Birincisi elm, ikincisi incəsənət, üçüncü isə dindir”. O, təhsil proqramlarında daha çox humanizmə diqqət yetirildiyini qeyd edib. “Məktəblərdə keçirilən həyat bilgisi, tarix və digər fənlərdə bu mövzular ətraflı öyrənilir. Həmçinin multikulturalizm fənni də tədris olunur. Bu, Azərbaycanda dinlərə olan münasibətin təzahürüdür”, – deyə nazir müavini diqqətə çatdırıb.

Sonra forum işini panel iclaslarla davam etdirib. “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsındə din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar”, “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularında təşkil edilən panel iclaslarda çıxış edənlər öz fikir və mülahizələrini bölüşüblər.

Tədbirin sonunda forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

* * *

Bizim nə milli təfəkkürümüzdə, nə də qan yaddaşında başqa xalqlara, inanclara dözümsüzlük təcrübəsi var. Azərbaycan xalqı kimi onun dövləti də dini və etnik mənsubiyyətindən asılı olmayaraq, ərazisində yaşayan bütün vətəndaşlarına qucaq açan, onları hər cür təhlükədən qoruyan dövlətdir. Vətəndaşlarımız öz gələcəklərini tolerant bir cəmiyyətdən kənarda təsəvvür etmirlərsə, deməli, bu, milli həmrəyliyin əlamətidir. Bu gün Azərbaycan həm də bu reallığı yaratması ilə fəxr edə bilər. Elə daxildə mövcud sabitliyi şərtləndirən əsas amillərdən biri də budur.

Amma əldə etdiyimiz uğurlar arxayınlaşmağa dəlalət etməməli, biz heç zaman üzləşə biləcəyimiz kənar ideoloji təhdidləri unutmamalıyıq. Din xadimlərinin dövlət qurumları ilə birgə fəaliyyətinin qayəsini məhz bu istiqamətdə maarifləndirmə işlərinin aparılması təşkil etməlidir. Bakıda öz işini uğurla başa vuran “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Forumu bu nəcib niyyətin, savab işin reallaşması yollarını müəyyənləşdirmiş oldu.

Hazırladı:
İmran BƏDİRXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see140

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see128

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see119

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see119

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see114

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see114

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see114

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see113

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see113

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see112

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see112

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see112

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see111

İsrail kosmosa ilk rabitə peykini buraxıb

13 İyul 2025 13:10see111

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see111

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see110

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri