Icma.az
close
up
RU
Azərbaycanın inkişafı ABŞ, Yaxın Şərq və Çinlə əlaqələrin artmasından keçir Politoloqdan AÇIQLAMA

Azərbaycanın inkişafı ABŞ, Yaxın Şərq və Çinlə əlaqələrin artmasından keçir Politoloqdan AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycanla Rusiya arasında münasibətlər son zamanlar gərginləşib və müəyyən qədər soyuyub. Bunun səbəbləri artıq məlumdur. Biz də öz tələblərimizdən əl çəkmirik. Çünki bizə qarşı baş verən hadisələrin beynəlxalq hüquq normalarına uyğun olmadığını yaxşı bilirik".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O, bildirib ki, biz Rusiya ilə münasibətlərin normallaşmasını istəyirik, amma yalnız beynəlxalq qanunlar və hüquq normaları çərçivəsində:
"Rusiya bizim tələblərimizi yerinə yetirməlidir. Vurulan təyyarəyə görə kompensasiya ödəməli, cinayətkarlar cəzalandırılmalı və Azərbaycandan üzr istənilməlidir.
Azərbaycanın ən böyük problemlərindən biri də uzun müddət Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanması da gündəmdə idi. Bu məsələlər Azərbaycanın Türkiyə ilə birgə apardığı güclü siyasət nəticəsində, Azərbaycanın razılığı və eləcə də Vaşinqtonda Donald Trampın təşəbbüsü ilə öz həllini tapdı. Beləliklə, Zəngəzur dəhlizi açıldı və istifadə olunmağa başladı".
Politoloq bildirib ki, artıq həmin dəhlizlə bağlı komissiya üzvləri həm Amerikadan, həm İrəvandan, həm də Azərbaycandan iştirak edir və işlər görülür:
"Azərbaycanın xarici siyasətində isə əsas istiqamət Türk Dövlətləri Birliyi ilə əməkdaşlığın gücləndirilməsidir. Prezidentin inaugurasiya çıxışında qeyd etdiyi kimi, Azərbaycanın bir yolu var – Türk yolu, Türk ailəsi. Biz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndiririk. Orta Asiya ölkələri, Türkiyə və Amerika ilə münasibətlərimiz də inkişaf edir. Xüsusilə, Bayden dövründə müəyyən qədər zəifləyən münasibətlər, Trump-ın hakimiyyətə qayıdışı ilə yenidən yaxşılaşmağa doğru gedir. Biz də müxtəlif məsələlərin birgə həllinə çalışırıq. Azərbaycanın inkişafı qərb ölkələri, ABŞ, Yaxın Şərq və Çinlə əlaqələrin möhkəmlənməsindən keçir. Bu da həm ticarət dövriyyəsini, həm də əməkdaşlığı artıracaq".
Onun sözlərinə görə, Rusiya bizdən daha çox asılıdır, nəinki biz Rusiyadan:
"Ona görə də Rusiyanın apardığı təcavüzkar siyasət beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməlidir. Biz Rusiyasız yaşamaq istəyirik, onun təcavüzkar siyasətinə ortaq deyilik və onu dəstəkləmirik".
Ekspert bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və onlara yardım göstərir:
"Çünki bizim yolumuz demokratiya yoludur, haqq yoludur. Bu da xalqın sosial məsələlərinin həllinə xidmət edir. Mən hesab edirəm ki, Azərbaycan düzgün yoldadır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see190

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see165

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see142

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see137

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see134

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri