Icma.az
close
up
RU
Azərbaycanın Şərq və Qərblə strateji əlaqələrin möhkəm əsaslara söykənir TƏHLİL

Azərbaycanın Şərq və Qərblə strateji əlaqələrin möhkəm əsaslara söykənir TƏHLİL

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son 32 il ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib.

1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb. 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib.

Azərbaycan-Çin münasibətlərinin inkişafı Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra daha da sürətlənib. 1994-cü ildə Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı iki ölkə arasında səkkiz mühüm müqavilə imzalanıb. 1996-cı ilin aprelində isə Çin Xalq Respublikasının Baş nazirinin müavini Tsyan Tsiçen Azərbaycanda səfərdə olub. Bu səfərlər qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Prezidenti İlham Əliyev də Çinlə əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. 2003-cü ildən sonra İlham Əliyev bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

Son illər ərzində Azərbaycan və Çin arasındakı əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin də Azərbaycanla münasibətlərə böyük önəm verdiyini və iki ölkənin dost və tərəfdaş olduqlarını dəfələrlə ifadə edib. Bu münasibətlər, yalnız iqtisadi və siyasi deyil, həm də regional təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib.

Azərbaycanın “Bir kəmər, birə yol” təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsi və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib.

Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Beləliklə, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.

Göründüyü kimi, Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafına töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi İpək yolunun yeni nəfəs aldığı dövrdə bu əməkdaşlıq gələcək nəsillər üçün dayanıqlı tərəfdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanan uğurlu bir yol xəritəsidir.

Xəbər verdiyimiz kimi, aprelin 22-də Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfər edib. Dövlət səfəri status baxımından səviyyəsinə görə ən yüksək səfər hesab olunur və il ərzində bir ölkəyə məhdud sayda dövlət səfəri edilir. Dövlət səfəri zamanı müzakirə edilən məsələlərin əhatəsi daha geniş, mahiyyəti daha dərin olur. Bu baxımdan Azərbaycan Prezidentinin dövlət səfəri Çin tərəfinin ölkəmizə, onun liderinə göstərdiyi hörmətin nümayişidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri və bu səfər çərçivəsində imzalanmış Birgə Bəyanat özündə bir sıra vacib aspektləri əhatə edir. Hər iki ölkə bir-birini etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər. Bu Birgə Bəyannamə ilə iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb.

Əldə olunan razılaşmaların miqyası kifayət qədər böyükdür: iqtisadi, siyasi, humanitar sahələrdə bir çox əməkdaşlıq layihələri nəzərdə tutulur.

İndiki geosiyasi rəqabətin gücləndiyi bir məqamda İlham Əliyevin Çinə səfəri, müzakirə olunan məsələlər və imzalanan bu mühüm sənəd iki ölkə arasında bir çox sahələrdə strateji əlaqələrin əsas təməlini təşkil edir. Çin qlobal miqyasda çox güclü iqtisadi və siyasi oyunçuya çevrilib. Ona görə də bu gün Çinlə Azərbaycan arasında ticari sahədə yaxınlaşma ölkəmizin maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Siyasi sahədə tam etimad mövcuddur, Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Azərbaycan da öz növbəsində Tayvan məsələsində tam olaraq Çinin suverenliyini və ərazi bütövlüyünü tanıyır. Bu məsələlər iki ölkə arasında imzalanan bəyannamədə də öz əksini tapıb.

Politoloq Tofiq Zülfüqarov deyir ki, İlham Əliyevin Çinə rəsmi səfəri, Azərbaycan-Çin münasibətlərinin strateji səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Bu səfər yalnız ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından deyil, həm də qlobal və regional proseslərdə Azərbaycanın rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi:

"Beləliklə, bu səfər Azərbaycanın həm Şərq, həm də Qərb ilə qurduğu strateji əlaqələrin möhkəm əsaslara söykəndiyini və ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyən önəmli siyasi hadisə oldu".

Millət vəkili Anar İsgəndərovun sözlərinə əsasən, Çin Xalq Respublikası dünyanın həm iqtisadi, həm hərbi cəhətdən, həm də əhalisinin sayına görə ən böyük dövlətlərindən biridir. Çin həm də bu gün dünyada inkişaf tempinə görə diqqəti cəlb edən dövlətlərdən birincisidir:

"BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Çin dünya siyasətində, dünya iqtisadiyyatında mühüm rola, siyasi gücə malikdir. Bu mənada Prezident İlham Əliyevin Çinə səfəri böyük tarixi əhəmiyyət kəsb edir. Çinlə Azərbaycan arasında bağlanmış müqavilələr, perspektivlər göstərir ki, hər iki dövlət iqtisadi, siyasi və bir çox başqa sahələrdə münasibətlərin inkişafının tərəfdarıdır. Bu səfər, danışıqlar, imzalanmış sənədlər də buna əyani nümunədir".

Millət vəkili vurğulayıb ki, vaxtilə İpək yolunun bünövrəsi Çindən qoyulduğu kimi bu gün də Çindən başlanan ticarət yolu Zəngəzur koridoruna qədər uzanacaq. Bu, həm Çin Xalq Respublikasına, həm də Azərbaycana böyük uğur gətirəcək.

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Tahir Mirkişili qeyd edib ki, Prezident İlham Əliyevin Çinə səfəri münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda möhkəmləndiyinin göstəricisidir:

“Çinlə əməkdaşlığın genişlənməsi yalnız iqtisadi və diplomatik deyil, həm də regional sülhə, təhlükəsizliyə və inkişafa xidmət edir. Çin Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin fəal iştirakına böyük önəm verir. Bu təşəbbüs çərçivəsində nəqliyyat imkanlarının genişləndirilməsi təkcə Çin məhsullarının Azərbaycana idxalını deyil, eyni zamanda, yerli məhsulların Çin bazarına çıxışını asanlaşdırır. Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi 800 milyard dollara yaxınlaşır. Bu fonda ölkələrarası ticarətin genişlənməsi, nəqliyyat imkanlarının inkişafından birbaşa asılıdır.

Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadi artıma mühüm töhfə verəcək. Hazırda ölkələrimiz arasında qeyri-neft sektorunda, xüsusilə yüksək texnologiyalar, innovasiyalar, alternativ və bərpaolunan enerji sahələrinə yönəlmiş birbaşa investisiyaların cəlbi ilə bağlı danışıqlar aparılır. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsindəki rolu isə strateji xarakter daşıyır. Bu mövqe Çin tərəfindən yüksək qiymətləndirilir. 2500 il əvvəl qədim İpək Yolu vasitəsilə başlayan ticari və mədəni əlaqələr bu gün də müasir dövrün tələblərinə uyğun davam etdirilir. Ən önəmlisi, iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün hər iki liderin siyasi iradəsi mövcuddur”.

Millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycan və Çin arasında strateji yaxınlaşma bu gün demək olar ki, siyasi dialoqdan nəqliyyat logistikasına, mədəni mübadilədən beynəlxalq təhlükəsizliyə qədər bütün əsas sahələri əhatə edir. Liderlər səviyyəsində etimad, iqtisadi göstəricilərin sabit artımı, qlobal arenada qarşılıqlı dəstək, suverenlik və hörmət prinsiplərinə qarşılıqlı sadiqlik bu tərəfdaşlığı Azərbaycanın xarici siyasətinin dinamik inkişaf edən istiqamətlərindən birinə çevirir:

“Tarixə nəzər salsaq, ikitərəfli əməkdaşlığa ilk təkan 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri ilə verilib. Sonrakı illərdə tamhüquqlu əməkdaşlıq arxitekturası üçün təməllər qoyuldu. Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdəki səfərləri bu tendensiyanı daha da gücləndirdi və onların hər biri - əvvəlkindən daha geniş və əhatəli gündəliyə malik olmaqla - Azərbaycanın təkcə Çinlə tərəfdaşlıqda maraqlı olmadığını, həm də uzunmüddətli işləməyə hazır olduğunu nümayiş etdirdi. Qeyd etmək lazımdır ki, İlham Əliyevin Pekinə növbəti səfəri də bu xəttin simvolik davamıdır. Bu səfər qarşılıqlı hörmətin təsdiqi olmaqla yanaşı, həm də yeni təşəbbüslər - ticarət, turizm, təhsil, təhlükəsizlik sahələrində platforma olacaq. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, o, bütün sahələrdə əməkdaşlığı gücləndirməyi gözləyir və çinli tərəfdaşlar da eyni dialoqa hazırdırlar. Azərbaycan və Çin bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində də birgə səy göstərir, təşəbbüslə çıxış edir. Bu gün hər birimiz dünyamızın gələcəyi ilə bağlı narahatlıq keçiririk. Bir tərəfdən sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda mübarizə gedir, digər tərəfdən isə hegemoniya, güc siyasəti, ikili standartlar, ölkələrə münasibətdə selektiv yanaşma müşahidə edirik. Azərbaycan ilə Çin arasında ikitərəfli münasibətlər gələcək onilliklər üçün yaxşı düşünülmüş, sistemli və strateji strukturlaşdırılmış bir işdir. Bu, hörmətə, qarşılıqlı maraqlara və gələcəyə ümumi baxışa əsaslanan tərəfdaşlıqdır”.

Sevinc,

BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Aprel 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see148

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see147

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see147

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see138

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see134

Pulsuz vəkillik mümkündürmü? Hüquqşünas aydınlıq gətirir

23 Aprel 2025 19:01see131

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see128

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see127

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see127

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see126

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see126

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see124

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see123

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see121

Varis planı: DİN rəhbəri niyə istefaya göndərilib?

24 Aprel 2025 11:16see119

Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

23 Aprel 2025 20:23see117

Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid edir

25 Aprel 2025 05:57see117

Sumqayıtda 15 ağacı kəsən şəxs cərimələndi

23 Aprel 2025 19:21see117

Papanın ölümünün İstanbuldakı zəlzələ ilə nə əlaqəsi var? 10 şəhər hədəf göstərildi

24 Aprel 2025 03:03see114

Çinlə ticarət dövriyyəsinin həcmi 20,7 faiz artıb ANALİZ

24 Aprel 2025 06:33see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri