Icma.az
close
up
RU
Azərbaycanın İrana raket atması na ehtiyac yoxdur, rejimin içində 40 milyonluq bombamız var

Azərbaycanın İrana raket atması na ehtiyac yoxdur, rejimin içində 40 milyonluq bombamız var

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Aslangil yazır...

Onda Arazın o tayının yuxusunu bu tayında yozmuşduq...

Dişini sıxan yüz ilimiz var. Savalanımız var, "Heydər baba"mız var, Şəhriyarımız var.

Onda dilinin altında söz saxlayan ən çox Pezəşkian olmuşdu. Və Şah İsmayılın sufi ənənələri üzərində qurduğu, qoruduğu İranın Pezeşkianı Bakıya gəlmişdi. Nəhayət, "Heydər baba" yetişmişdi harayına. O tayın həsrətini, bu tayda şüuraltı olaraq haraylamışdı.

Biz İranın bütün günahlarını Pezeşkiana bağışlamışdıq...

Bir şəkil diqqətimi çəkmişdi. Şəkildə dil açıb, danışmışdı Prezident İlham Əliyevin səmimiyyəti. İlham Əliyevin Pezeşkiana "buyurun" - dediyi şəkildən danışıram.

Biz İranın bütün günahlarını - Araz ovalığında əsgərlərimizin qarşısını kəsməyini, quyruğun (Amulinin) şir ilə oynamağını Pezəşkiana bağışlamışdıq, unutmamışdıq…

Yeni səhifələr açılacaqdı. Ta ki, İsrail İranı bombalayana qədər.

Yenə quyruqlar, aftafalarını başlarına keçirdib, düşüblər ortaya. Elə bil İranı bombalayan İsrail yox, Azərbaycan olub. Eləsini-beləsini bilmirəm, bizim İrana kənardan bomba atmağımıza ehtiyac yoxdur. Onsuz da bizim İranın içində 40 milyonluq bombamız var.

Mollaların yeni şəbih tamaşasının əsl məqsədini biz yaxşı bilirik. Azərbaycana qarşı bütün bu qaralama kampaniyasını ona görə başladıblar ki, bu yolla həm İran dövlətinin uğursuzluğunu ört-bastır etsinlər, həm də, güneydəki soydaşlarımızı bizdən küsdürsünlər. Xamenei də bu trenddən geri qalmayaraq bunkerdən çıxan kimi öz yersiz moizələrinə başlayıb. Əcəb aftafaya ilişmişik…

Tarixin yuxusu yoxdur yozaq. İndi vərəqlə, sabah unutma.

İndi mən 2017-ci ilin kitabını açacağam. Səhv etmirəmsə, İran tərəfi 2017-ci ilə qədər Azərbaycanla danışıqlar aparırdı. Araz çayının Qarabağdan yol aldığı yerlərdə, SES tikmək üçün. Azərbaycan tərəfi buna razılıq vermirdi və qəfil İran tərəfinə məlumat çatdırılır ki, Azərbaycan tərəfi SES-in tikintisinə razıdır. Bu xəbər 2018-ci ildə mətbuatımızda da yayıldı - "İran Ermənistana Araz çayı üzərində SES tikir". 2001-ci ildə Arazın üstündə İranla Ermənistanın Azərbaycanla razılaşdırmadan SES tikmək planı rəsmi Bakı tərəfindən olduqca sərt qarşılanmışdı. Çünki SES üçün tikiləcək nəhəng su anbarından İran və Ermənistanın həmsərhəd ərazilərində suvarma uçun kanallar çəkiləcəkdi və bu da Arazda suyun xeyli azalmasına səbəb olacaqdı.

Ancaq bir müddət sonra Tehran rəsmi Bakının icazəsi olmadan Xudafərin körpüsünün yaxınlığında Qarabağ erməniləri ilə əlbir olaraq 200 MBt gücündə Xudafərin Su Elektrik Stansiyasını inşa etdi və nəticədə gözlənildiyi kimi Arazın aşağıya doğru, Azərbaycana axan hissəsində su xeyli azaldı.

SES-in tikilməsi Ermənistanda və İranda toy-bayram kimi qarşılanmışdı. Ermənistan bu razılaşmanı "Azərbaycan Qarabağdan əlini üzüb" kimi yozmuşdu.

Yozmuşdular, sevinmişdilər, fəqət yaxşı strateq olan İlham Əliyevin planından xəbərsiz idilər. SES-in tikildiyi ərazilər, işğal altında olan ərazilərimizdi və tikinti gedəcəyi üçün minalardan təmizlənməli idi. Təbii olaraq Arazın işğal altında olan şimal sahilləri minalardan təmizlənir.

2020-ci ilin sentyabrı:

Prezident İlham Əliyev Azərbaycan ordusuna hücum əmri verir. Xalqı ordu olan Əliyev, "Mən bilirəm nəyi, nə vaxt etmək lazımdır" prinsipi ilə qollarını çırmayıb, Qarabağ yükünü çiyinlərinə alır.

Azərbaycan ordusunun piyadaları və zirehli texnikaları Fizuli, Murov və digər istiqamətlərdən simulyasiya xarakterli hücuma keçirlər.

Bəs xüsusi təyinatlılar harada idi? Onlar İlham Əliyevin Ermənistanı və İranı tələyə saldığı yerlə irəliləyirdi - Arazın minalardan təmizlənmiş həmin sahilləri ilə. O, bu dəhlizi illər öncədən öz ordusu üçün hazırlamışdı. Həm də düşmənin öz əli ilə.

Bu, Ermənistan üçün şok, İran üçün vahimə idi!

Dedim axı, Pezeşkianın Bakıya səfəri zamanı İranın günahlarını Pezeşkiana bağışlamışdıq. Əslində bizim İranın günahlarını bağışlamağımız üçün Pezeşkian prezident oldu. Xamenei hiyləyə əl ataraq, o tayın da, bu tayın da gözünə bu tövr siyasətlə kül üfürmüşdü.

Fəqət biz yaxşı bilirdik ki, mollaların ipinin üstünə odun yığmaq olmaz. İkiüzlü siyasət yürüdən molla rejimi İsraildən çox Azərbaycanı özünə düşmən bilir.

Dişini sıxan yüz ilimiz var. Savalanımız var, "Heydər baba"mız var, Şəhriyarımız var. Bir də, mənim kimilər var...

Hərgah, sözüm küllü ayinlərdən arif olanlara.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri