Icma.az
close
up
RU
“Erməni soyqırımı”na niyə ehtiyac yoxdur?

“Erməni soyqırımı”na niyə ehtiyac yoxdur?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Torosyanın həyasız hiyləgərliyinin pərdəarxası məqamları

Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından olan deputatı Arsen Torosyan bildirib ki, “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması və qınanması ölkəsinin xarici siyasət prioriteti ola bilməz. Şübhəsiz, onun bu mövqeyi hay cəmiyyətinin xəstə təfəkkür sahiblərində, o cümlədən, revanşist və şovinistlərdə, habelə onların xaricdəki havadarlarında böyük qəzəb doğurmaqdadır.

O da şübhəsizdir ki, Torosyan da tezliklə baş nazir Nikol Paşinyan və komandasındakı digər şəxslər kimi xain elan ediləcək. Ancaq mövzumuz təkcə bu barədə deyil. Çünki deputatın açıqladığı başqa məqamlar da var. O məqamlar ki, onlarda son dərəcə ciddi həyasızlıq elementləri duyulmaqdadır.

Məlum olduğu kimi, ötən il Ermənistanın yeni dövlət büdcəsinin müzakirəsi zamanı ölkənin xarici işlər naziri Ararat Mirzoyan Torosyanın “soyqırımı” və beynəlxalq siyasət mövzusunda bildirdiklərini dilə gətirmişdi. Elə təəssürat yaranmışdı ki, rəsmi İrəvan məsələnin qondarma mahiyyətini anladığı üçün ondan uzaq dayanır.

Amma bundan bir neçə gün keçməmiş, Mirzoyanın rəhbərlik etdiyi qurum İrəvanda “Soyqırımı və digər cinayətlərə qarşı erkən xəbərdarlıq və erkən reaksiya üçün beynəlxalq mexanizmlərin effektivliyinin gücləndirilməsi” mövzusundakı iki gün davam etmiş “Soyqırım Cinayətinə Qarşı” V Qlobal Forum keçirmişdi.

Tədbirdə Azərbaycan və Türkiyə əleyhinə açıq və qapalı ittihamlar, subliminal mesajlar səslənmişdi. Sözügedən toplantı elə təəssürat formalaşdırmışdı ki, Ermənistanın hakim komandası dildə bir şey deyir, əməldə başqa cür davranır. Əslində isə, onun sözülə əməli eynidir. Torosyanın fikirləri erməni hakim komandanın mövqeyini ortaya qoyur. Ona görə də diqqət yetirək görək deputat nədən danışır və bu adamın revanşist və şovinistlərdən, digər xəstə təfəkkür sahiblərindən fərqi nədir?

Beləliklə, A.Torosyan “erməni soyqırımı”nın dünya miqyasında tanınmasının hər bir dövlətin ümumbəşəri vəzifəsi olduğunu vurğulayıb. Əvvəldə haqqında söz açdığımız həyasızlıq elə budur. Deməli, dünyanın işi-gücü qurtarıb, qondarma iddianın tanınmasını özü üçün ümumbəşəri vəzifə elan edəcək?! Sən demə, məsələ o qədər böyük əhəmiyyətli imiş ki, onu Ermənistanın xarici siyasət gündəminə yerləşdirmək mümkünsüzdür. Yəni, “erməni soyqırımı” bir ölkənin sərhədlərini aşır. Belə sərsəm düşüncəyə heyrətlənməyə bilmirsən. Fikrimizcə, heç baş nazir Nikol Paşinyan özü də bu cür “formul” düşünüb tapa bilməzdi ki, onu Torosyan müəyyənləşdirdi.

Amma əvvəldə də vurğuladığımız kimi, deputatın dediklərində revanşist-şovinist kəsiminin hiddət və qəzəbini doğuracaq motivlər var. Axı o kəsim Rusiyadan qidalanır. Məsələn, Torosyan bildirir ki, “erməni soyqırımı” ətrafında yersiz hay-küy qaldırmaqla, Ermənistan öz çəkisini aşağı salır: “Nə vaxtadək belə boş ümidlərlə yaşamaq olar? Nə vaxtadək ümid bəsləmək olar ki, günlərin birində Türkiyə “erməni soyqırımı”nı tanıyacaq və reparasiyaya razılıq verəcək?” Əgər biz Ermənistanda bunun üçün yaşayırıqsa, o zaman məni bağışlayın, amma razılaşmayacam. Ermənistan Respublikası rifah, çiçəklənmə, təhlükəsizlik və vətəndaşları üçün digər vacib məsələlərin həlli naminə mövcuddur, başqa şeylərə görə yox. Əgər biz Ermənistan qarşısında başqa məqsədlər müəyyənləşdirsək, onda qeyd etdiyim vacib məqamları şübhə altına alacağıq”.

İstər-istəməz yada erməni əsilli məşhur fransız musiqiçi Şarl Aznavurun vaxtilə “erməni soyqırımı” ilə bağlı bildirdikləri düşür. Ermənistanın İsveçrədəki səfiri kimi də fəaliyyət göstərmiş Aznavur “soyqırımı” söhbətinə tüpürmək istədiyini dilə gətirmişdi. Hesab etmirik ki, A.Torosyan eyni hərəkəti gerçəkləşdirməyə çalışır. Onun bildirdikləri tülkü hiyləgərliyindən başqa bir şey deyil. Ancaq hər halda deputatın mövqeyinə müəyyən pozitiv pəncərədən baxaq. Əlbəttə, bunda müsbət nə isə varsa.

İndi isə yada baş nazir N.Paşinyan düşür. O, ötən ay Davos İqtisadi Forumu çərçivəsində İsveçrədə olarkən, ölkənin erməni diasporunun təmsilçiləri ilə görüşündə “erməni soyqırımı”nı şübhələndirən fikirlər söyləmişdi. Nikolun sözlərindən belə çıxmışdı ki, XX əsrin 30-cu illərində gündəmdə olmayan qondarma iddianın həmin əsrin 50-ci illərində yenidən gündəmə gəlməsi sabiq SSRİ-nin anti-Türkiyə fəaliyyətinin nəticəsi idi. Yəni, Türkiyə NATO-ya üzv oldu və bundan sonra Sovetlər Birliyinin başbilənləri “erməni soyqırımı”nı törədən və sovet Ermənistanı ilə həmsərhəd olan ölkənin Şimali Atlantika Alyansında iştirakını qabartmağa kökləndilər. Beləliklə, Türkiyəyə qarşı haylarda onsuz da mövcud olmuş qəzəbi qəsdən körüklədilər.

Bəli, N.Paşinyanın bildirdikləri beynəlxalq dairələrin “erməni soyqırımı”nı alətə çevirməsi reallığının sübutu idi. Yəni, SSRİ-yə lazım olmuşdu, qondarma iddia ilə bağlı “iş” aparmışdı. Nəzərə alaq ki, Sovetlər Birliyi formalaşmayanadək də saxta soyqırımı iddiası siyasiləşdirilmişdi. Özü də XIX əsrin sonu – XX əsrin əvvələrində. N.Paşinyan isə “erməni soyqırımı”nın rus təqdimatından uzaq durur. Bu, o deməkdir ki, qondarma təqdimatın Qərb seqmenti qeyri-aktivdir. Çünki Türkiyənin dünyada oynadığı rol bəllidir. İndiki məqamda Qərbə “erməni soyqırımı”ndan Ankaraya qarşı təzyiq vasitəsi kimi yararlanmaq lazım deyil. Torosyan isə onun tanınmasını ümumbəşəri vəzifə kimi elan etməklə çox sadə mesaj verir: “Soyqırımı” kartından istifədəni kim istəyirsə, buyursun. Hər halda, onun hakim komandanın deputatı olduğunu bir daha vurğulayaq. O komandanın ki, Qərbpərəstdir. O komanda ki, anti-Rusiya meyillidir. Deməli, Ermənistan Rusiyanın uydurduğu soyqırımı musiqisinin zəngulələrinə “ağlamayacaq”, Qərbdə isə sözügedən musiqini eşitmək istəyənlər yoxdur. Yəni, hələlik yoxdur. Güman edirik, əlavə şərhə də ehtiyac qalmır.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 02:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see284

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see266

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see264

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see258

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see251

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see239

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see229

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see228

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see228

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see227

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see225

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see220

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see214

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see212

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see211

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see208

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see202

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see194

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see181

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri