Azərbaycanın İsraillə münasibətləri... Hacıyev
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın İsrail ilə yaxşı münasibətləri var. Bununla yanaşı, biz burada prinsiplərdən də geri çəkilmirik. Həmişə demişik ki, Fələstin və iki dövlətli həll, həmçinin Şərqi Qüdsün paytaxt olması tərəfdarıyıq.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.
“İsrailli dostlarımız da Azərbaycanın prinsipial mövqeyini bilirlər. Eyni şəkildə, iranlı qonşularımızla danışarkən bildiririk ki, biz mehriban qonşuluq münasibətlərinə və bir-birimizin daxili işlərinə qarışmamaq prinsipinə tam hörmət edirik. Həmçinin Azərbaycanın suveren ərazisindən qonşularımızın hər hansı birinə qarşı hər hansı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Çünki Azərbaycan üçün də ölkə ərazisində heç bir xarici hərbi mövcudluğun olmaması prioritetdir”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 02 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















